NYAM-NYAM KIDS

Ticari adı

NYAM-NYAM KIDS

NYAM-NYAM KIDS

Hər 5 ml şərbətin tərkibi:

Aroniya şirəsi 400 mq

Aloe ekstraktı 0,12 mq

L- selenometionin 1.96 mq

Vitamin A 142,6 µg

Vitamin C 14,3 mq

Vitamin E 4.2 mq

Sink qlukonat 12.42 mq

(1,8 mq sinkə ekvivalent)

Nyam- Nyam kids uşaqlarda iştahanın artması və orqanizmin inkişafının stimulyasiyası məqsədilə istifadə olunur. Nyam-Nyam kids uşaq orqanizminin normal inkişafını, boy artımını təmin edir və maddələr mübadiləsini normallaşdırır. Nyam Nyam kids iştahasızlığın bütün səbəblərini aradan qaldırır: iştahanı, qidanın həzmini, sovrulmasını və mənimsənilməsini yaxşılaşdırır.

Aroniya şirəsi – iştahanı artırır, mədə şirəsinin ifrazını stimulə edir və həzmi normallaşdırır. Aroniyanın tərkibində bioflavonoidlər, beta-karotin, vitamin B1, B2, B6, C, E, K, PP, dəmir, yod vardır. Vitamin A – orqanizmin fizioloji inkişafını və boy artımını təmin edir, dəridə, qaraciyərdə, gözdə və digər orqanlarda mübadilə proseslərini tənzimləyir. Vitamin C – yolxucu xəstəliklər zamanı orqanizmin müqavimətini artırır, antioksidant təsir göstərir, toxumalarda regenerasiya proseslərini gücləndirir.

Vitamin E –hüceyrələri sərbəst radikalların dağıdıcı təsirindən qoruyur, orqanizmin müqavimətini artırır hormonların sintezində iştirak edir. Sink – boy hormonunun, insulinəbənzər boy faktorunun sintezini stimullaşdırır. Sink hüceyrələrin bərpası, immun və sinir sistemin, göz büllurunun normal fəaliyyəti üçün lazım olan vacib antioksidantlardan biridir. L-selenometionin – güclü antioksidantdır. Selen eritrositləri və hüceyrə membranını sərbəst radikalların zədələyici təsirindən qoruyur, orqanizmin ətraf mühitin əlverişsiz şəraitinə qarşı müqavimətini artırır. Selen ürək əzələsi və qan damarlarının fəaliyyəti üçün vacibdir. Aloe ekstraktı – orqanizmdə virusların yayılmasının qarşısını alır, selikli qişalarda toxumaların qıcıqlanmasını aradan qaldırır, iltihabəleyhinə təsir göstərir. Aloe ekstraktı böyüməkdə olan uşaq orqanizmini vitamin ( o cümlədən, B12 vitamini və fol turşusu), mineral, ferment, amin turşuları (8 əvəz olunmayan amin turşusu) və digər bioloji aktiv maddələrlə təmin edir. Tərkibindəki bioloji aktiv maddələrin sayı 200-dən çoxdur. Aloe fermentativ aktivliyi artırır, maddələr mübadiləsini stimulə edir və orqanizmin ümumi tonusunu artırır.

İştahasızlıq
Boy artımının ləngiməsi
Iimmunitetin zəifləməsi
Tez yorulma
Asteniya

Preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq.

6 aydan 12 aya qədər uşaqlar: 2.5 ml gündə bir dəfə;

1 yaşdan 3 yaşa qədər uşaqlar: 2.5 ml gündə 2 dəfə;

3 yaşdan 6 yaşa qədər uşaqlar: 5 ml gündə 2 dəfə;

6 yaşdan 12 yaşa qədər uşaqlar: 5 ml gündə 3 dəfə;

Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: 10 ml gündə 2 dəfə.

Preparat yeməkdən 20 dəqiqə əvvəl qəbul edilməlidir. İstifadə etməzdən əvvəl flakon çalxalanmalıdır.

200 ml şərbət flakonda, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır

S.C Pharmex Rom İndustry SRL, Crizantemelor street, no. 1, Mogosoaia, Ilfov, Romania.

NORMA PAN