NOTTA 50 ml

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

NOTTA 50 ml

NOTTA 50 ml

NOTTA® daxilə qəbul etmək üçün homeopatik damcı

Tərkibi:

Təsiredici maddələr: 100 ml Notta® -nın tərkibində 20 ml Əkin yulafı (Avena sativa) Dl, 10 ml Fosfor (Phosphorus) D12 , 10 ml Çobanyastığı (Chamomilla) D12, 10 ml Kofe ağacı (Coffea) D12, 10 ml Sink valerianat (Zincum valerianicum) D12 vardır.

Köməkçi maddə: 43 % – li etil spirti (çəkiyə görə)

Şəffaf,sarımtıl rəngdən yaşıl-sarı rəngə çalan,spesifik iyə malik olmayan,yüngül yulaf tamlı maye

Homeopatik dərman vasitəsi.

Trankvilizəedici təsirə malikdir,psixoemosional gərginliyə qarşı dözümlüyü artırır,yuxunun fizioloji ritmini normallaşdırır.

Yüksək qıcıqlanma,yorğunluq,psixi gərginlik, yuxu pozğunluğu, nevroloji və psixi pozğunluqlar zamanı əhval-ruhiyyənin dəyişkənliyi.

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə preparat həkim təyinatı ilə qəbul olunur.

Digər dərman vasitələri ilə preparatın kliniki əhəmiyyət kəsb edən qarşılıqlı təsiri qeydə alınmamışdır.

3 yaşa qədər uşaqlarda, hamiləlik və laktasiya dövründə olan qadınlarda preparatın istifadəsinə dair kifayət qədər klinik tədqiqatlar aparılmamışdır, bu qrup xəstələrdə preparatın istifadəsinə ehtiyac yaranarsa, müalicə həkimi ilə məsləhətləşmək lazımdır.

Effektivliyinin daha yaxşı təmin olunması məqsədilə Notta® yeməkdən 30 dəq. əvvəl və ya 1 saat sonra təmiz halda və ya 1 xörək qaşığı suda həll edilməklə daxilə ağızda müəyyən müddət saxlamaqla qəbul edilir.

Yaş

Doza

(birdəfəlik)

Qəbul sayı və müalicə müddəti

Körpələr və uşaqlar

5 damcı

Gündə 3 dəfə. Müalicə kursu – 1-4 ay,əgər vəziyyətə psixikanı zədələyən hal səbəb olmuşdursa – müalicə kursu 1-4 həftə təşkil edir.

Böyüklər və yeniyetmələr

10 damcı

Xəstəliyin əvvəlində, həmçinin simptomların yüngülləşməsini sürətləndirmək məqsədi ilə hər 30-60 dəqiqədən bir 3-12 yaşlı uşaqlara 3-5 damcı, böyüklər və yeniyetmələrə – 8-10 damcı vəziyyət yaxşılışana kimi 8 dəfədən çox olmayaraq təyin edilə bilər.Yaxşılaşma başlayandan sonra dozanın qəbulu gündə 3 dəfəyə endirilə bilər.

Bu vaxta qədər preparatın doza həddinin aşılması qeydə alınmamışdır.

Qeydə alınmayıb.Hər hansı bir əlavə təsir meydana çıxarsa həkimə müraciət etmək lazımdır.

20 ml və 50 ml polietilen dozatorla təchiz edilmiş qəhvəyi rəngli şüşə flakonlar. Hər flakon içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

25ºC-dən yuxarı olmayan temperaturda,qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Nottanın tərkibində bitki mənşəli komponentlər olduğundan saxlanma zamanı az nəzərə çarpan bulanıqlıq, qoxu və tamın zəifləməsi müşahidə oluna bilər. Bunlar preparatın effektivliyini aşağı salmır

5 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Reseptsiz buraxılır

Richard Bittner AG, Vyana, Avstriya

Spelling error report

The following text will be sent to our editors: