NorAmin imuno 200ml

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

NorAmin imuno 200ml

NorAmin imuno 200ml

Tərkibi

100 q məhsulda var:

1 ml (1.12 q) siropda var:

Beta D Qlükan (Pleurotus Ostreatus)

2.55 q

0.029 q (29 mq)

Vitamin C (L- askorbin turşusu)

890 mq

10.0 mq

Köməkçi maddələr: təmizlənmiş su, fruktoza, qliserin, qatılaşdırıci (E 415), konservant (E 211), çiyələk aroması.

Qida dəyəri:

Məhsulun 100 q – da orta hesabla var:

1 ml (1.12 q) siropda orta hesabla olan miqdar:

Enerji dəyəri

612 / 146

6,85 / 1,63

Karbohidrat (q)

34

0,38

Zülallar (q)

˂0,1

˂0,001

Yağlar (q)

˂0,1

˂0,001

İmmunomodulyator

NorAmin İmuno siropunun tərkibi tamamilə təbii bioloji aktiv polisaxarid kompleksindən ibarətdir. Preparatın tərkibindəki Beta D Qlükan “Pleurotus ostreatus” adlı göbələkdən alınıb. Beta D Qlükan insan sağlamlığı üçün çox faydalıdır. İmmun sistemini stimulə edərək (immunomodulyator aktivlik) orqanizmi infeksion xəstəliklərdən qoruyur. Belə ki, orqanizmdə infeksiyaya qarşı mübarizə aparan ağ qan hüceyrələrini: makrofaq, qranulosit və monositləri aktivləşdirir. Nazik bağırsaqdakı Peyer ilgəyində olan immun hüceyrələrin (makrofaq) membranlarındakı xüsusi reseptorlarla birləşir, təbii immun cavabı aktivləşdirir (faqositoz prosesini stimulə edir, interferon və interleykinləri aktivləşdirir, şiş hüceyrələrini nekrozlaşdırıcı faktorun sintezini sürətləndirir, digər immun hüceyrələri aktivləşdirir).

Orqanizmin toxuma baryerlərinin funksiyasını tənzimləyir. Antioksidant effektə malikdir. Araşdırmalarla təsdiq olunub ki, Beta D Qlükan ümumi və LDL-xolisterinin səviyyəsini azaldır, həzm sisteminin funksiyasını yaxşılaşdırır, qlikemiyanı normallaşdırır.

Vitamin C – suda həll olan vitamin olub, güclü antioksidant və bərpaedicidir. Kapilyarların keçiriciliyini bərpa edir. İmmun sisteminin normal funksiyasına imkan yaradır, hüceyrələri oksidləşmə prosesindən qoruyur, həmçinin yorğunluğu və halsızılğı aradan qaldırır.

Vitmin C və Beta D Qlükan birlikdə sinergist təsir göstərərək bir-birinin təsirini gücləndirir, bu birləşmə immun sistemin müqavimətini artırır və orqanizmin normal fəaliyyətini təmin edir. Diqqət:

NorAmin İmuno preparatı orqanların transplantasiyası əməliyyatı keçirən xəstələrə məsləhət

görülmür və immunosupressiv terapiyaya məruz qalan xəstələrə həkim məsləhəti ilə təyin olunmalıdır.

NorAmin İmuno preparatı uzun müddətli müalicə üçün təhlükəsizdir.

İmmunodefisit vəziyyət, tez-tez xəstələnmə halları, timomeqaliya

v İştahsızlıq halları

v Yuxarı tənəffüs yollarının kəskin respirator virus infeksiyaları (KRVİ), infeksion xəstəliklər

v Uşaqlarda və böyüklərdə qrip və soyuqdəymə

v Uzun müddətli antibiotikoterapiya

v Vaksinasiya zamanı

v Allergik xəstəliklər (allergik rinit, bronxial astma)

v Endokrin xəstəliklər (şəkərli diabet)

v Hamilələrdə infeksion xəstəliklər (toksoplazma, məxmərək, sitomeqalovirus və s.), cinsi yolla ötürülən infeksiyaların müalicə və profilaktikası zamanı (xlamidiya, mikoplazma və s.)

v Xroniki yorğunluq sindromu, əqli və fiziki yüklənmələr

Təhlükəsiz olduğu üçün hamiləlik və laktasiya zamanı istifadəsinə əks göstəriş yoxdur. Hamiləliyin ilk 3 ayında həkim təyinatı əsasında istifadə olunur.

Preparatin tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq

İstifadə qaydası və dozası

Yaş

Doza

Qəbul

0 – 1 yaş

1 ml

1 dəfə

1 – 3 yaş

2.5 ml

1 dəfə

3 – 6 yaş

5 ml

1 – 2 dəfə

6 – 12 yaş

5 ml

2 – 3 dəfə

Böyüklər

10 ml

2 dəfə

İstifadədən əvvəl siropu yaxşı çalxalamaq lazımdır.

Sirop, acqarına səhər və ya axşam yatmazdan əvvəl təyin olunur. İnfeksiyaya yoluxma zamanı və ya immun sistem zəifləyən hallarda gündəlik doza ən azı 3 gün müddətində 2 dəfə artırıla bilər

Aşkar olunmayıb.

200 ml sirop içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Preparatı uşaqlar üçün əlçatmaz yerdə, 5oC- dən 25oC- dək olan temperaturda, nəmişlik və birbaşa düşən günəş şüalarından uzaqda saxlamaq lazımdır.

Preparat açıldıqdan sonra 2 ay müddətində istifadə olunmalıdır. Preparatı soyuducuda 2oC- dən 8oC- dək temperaturda saxlamaq lazımdır.

Qutu və flakonun üzərində qeyd olunub. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Reseptsiz buraxılır. Dərman vasitəsi deyildir.

Esensa Ltd., Viline vode, Slobodna Zona Beograd, Republic of Serbia www.esensa.rs

Eksklüziv distribütor

“AZERİMED” MMC

Spelling error report

The following text will be sent to our editors: