NEYROVAL

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Neuroval®

NEYROVAL

Neyroval

Bioloji aktiv əlavə

Neuroval,Bitki tərkibli preparat olub,psixi yüklənmələr,stress və yuxusuzluq zamanı müsbət təsir göstərir.İstifadədən əvvəl içlik vərəqə ilə tanış olmanız mütləqdir

Tərkibi:

Neuroval,tərkibinə daxil olan bitki ekstraktlarının dozası qarşılıqlı sinergist təsirə əsaslanıb.Preparatın tərkibinə daxil olan bitki ekstraktları, 1×10-1 həcmində 34% spirtdə məhluldur: yemişan, yulaf, dazı otu, heyva, maral kökü.

Neuroval® bitki ekstraktlarının unikal kombinasiyası olub, yorğunluq, yuxusuzluq və stress zamanı müsbət təsir göstərir. Tərkibinə daxil olan ekstraktların dəqiq və spesifik dozalanması preparatın effektivliyini təmin edir.

Neuroval® tərkibinə daxil olan bitki ekstraktları bir-birini tamamlayaraq psixi gərginlik və emosional hiperhəssaslıq zamanı müsbət təsir göstərir, neyrovegetativ distoniyanın müalicəsində uğurla istifadə olunur (psixi gərginliklə bağlı MBT pozğunluqları, diareya, qəbizlik). Preparat beynin psixi aktivliyinə təsir göstərmədən psixi gərginliyi aradan qaldırır.

Yemişan (Crataegus monogyna) – tərkibində bioflovonoidlər – əsasən də aminopurinlər,laktonlar,triterpen turşuları,leykoantosianin,eskulin,adenozin və s. saxlayır. Bunlar da ümumi qan dövranı, əsasən də korоnar qan dövranını təmin edir. Yemişan ürək əzələsini möhkəmlədir, sinirləri sakitləşdirir, qan təzyiqini və xolesterinin səviyyəsini aşağı salır. Əsasən ürəklə bağlı problemləri olanlarda, ürəkdöyünmələrdə, yuxusuzluqda, əsəbilik, arterial təzyiqin yüksəlməsi və menopauza zamanı uğurla istifadə olunur.

Yulaf (Avena sativa)- tərkibində saponinləri, nişasta, qlukokininlər, vanilo-qlükozidlər, flavonoidlər, pektin, karotin və suda həll olan vitaminləri saxlayır. Yumşaq qıcıqlandırıcı təsiri və müvafiq absorbsiyası sayəsində qanda xolesterin və şəkərin miqdarının azalmasına gətirib çıxarır.Sinir sisteminin ləbilliyi zamanı istifadə olunur. Qalxanabənzər vəzin hipersekresiyasını tənzimləyir. İştaha zəifliyi zamanı uğurla istifadə olunur. MBT müxtəlif problemləri,həmçinin diarreya zamanı sakitləşdirici təsir göstərir.

Dazı otu (Hypericum perforatum) – əsasən tərkibində efir yağları, flavonoidlərdən hiperasid qlikozid, piqmentlər və tannin saxlayır. Dazıotu sovrulmanı,qaraciyər metabolizmini,qan dövranını yaxşılaşdırır.Qıcıqlanmanın artması, oyanma və tormozlanma arasında balansın pozulması zamanı istifadə olunur.

Heyva (Cydonia oblonga)-tərkibində musin, amiqdalin, nişasta, minerallar və vitaminlər saxlayır. Iltihabəleyhinə təsirə malikdir. MBT funksional pozğunluqlarında istifadə olunur.

Maral kökü (Rhaponticum carthamoides) – əsasən tərkibində effektləri estrogenlərə ekvivalent olan antrasin törəmələrini,alloy emodin,krisofanol,essein,rapontisin saxlayır.Bağırsaq perilstatikasına kiçik dozalarda stimuləedici, yüksək dozalarda isə sakitləşdirici təsir göstərir, bağırsağın işini tənzimləmək üçün istifadə olunur. Psixi fəallığı canlandırır.

Neuroval aşağıdakı hallarda istifadə olunur

Ağır psixi yüklənmələr

Emosional hiperhəssaslıq

MBT-nin psixi gərginliklə əlaqədar funksional pozğunluqları

Böyüklərə gündə yeməkdən 20 dəqiqə qabaq, 15 damcıdan 2 dəfə təyin olunur. Əgər eyni vaxtda bir neçə preparat qəbul olunursa onlar arasında ən azı 5 dəqiqə fasilə olmalıdır, əks halda qəbul edilən preparatların effektivliyi qarşılıqlı təsir nəticəsində zəifləyə bilər. Göstərilmiş dozalanmada preparat 8 həftə müddətində istifadə oluna bilər. Sutkalıq dozanı aşmaq məsləhət deyildir.

Diqqət: Neuroval 3 yaşdan kiçik uşaqlarda istifadə etmək məsləhət deyildir.Bioloji aktiv əlavə olduğundan kimyəvi dərman vasitələrini tamamilə əvəz edə bilməz.

Bioloji aktiv əlavələr qidanı əvəz etmir.

Quru yerdə 5-25 C temperaturda saxlamalı.Uşaqlardan uzaq tutmalı.Düz düşən günəş süaları altında saxlamamalı.Çöküntünün olması keyfiyyətə təsir göstərmir.Qablaşdırmada göstərilən son istifadə tarıxındən sonra istifadə etmək olmaz

Preparatın tərkibinə konservant daxil deyildir.

Damcıladan qapaqlı şüşə flakon. Həcmi: 50ml

VALOSUN a.s. Kytnerova 403/5, 621 00 Brno, Cexiya Respublikası

Spelling error report

The following text will be sent to our editors: