Neyromiks

Ticari adı

Neyromiks

Neyromiks

NEYROMİKS

Nootrop

Hər 10 ml şərbətin tərkibində vardır:

Qamma – amin yağ turşusu (QAYT) — 200 mq
Ginkqo Biloba ………100 mq

Qlisin ………………..50 mq

Maqnezium oksid… 50 mq

B6 vitamini …………2 mq

Banan dadlıdır.

NEYROMİKS – nootrop, angioprotektor, antiaqreqant təsirlərə malik, həmçinin mikrosirkulyasiyanı yaxşılaşdıran kombinə olunmuş vasitə olub, sinir sisteminə neyrometabolik, neyroprotektor və neyrotrofik təsir edir.

Beyin toxumasının hipoksiya və toksik təsirlərə qarşı müqavimətini artırır. Neyronlarda anabolik prosesləri stimulə edir, nootrop, dezintoksikasiyaedici, ammoniumbirləşdirici təsir göstərir, oksidləşmə-bərpa proseslərini, zülal mübadiləsini stimulə edir. Sinir və endokrin sistemin funksional fəaliyyətini dəyişməklə, maddələr mübadiləsini normallaşdırır. MSS-də sinapslarda qıcığın düzgün ötürülməsini təmin edir, ammoniumu birləşdirir və xaric edir. Mülayim sedativ təsir edir.
Əqli və fiziki iş qabliyyətini artırır. Beynin energetik funksiyalarını və metabolizmini yaxşılaşdırır, beyin toxumasının tənəffüs aktivliyini artırır, oksigenin və qlükozanın sinir sistemi tərəfindən mənimsənilməsini və beyin qan dövranını yaxşılaşdırır. Qıcolma əleyhinə təsir edir.
NEYROMİKS psixo-emosional gərginlik, yuxusuzluq, sosial dezadaptasiya, vegetativ damar pozğunluqları, beynin işemik və travmatik zədələnmələri, ensefalopatiyalar və digər bu kimi sinir sistemi xəstəliklərində effektivdir. Həmçinin antioksidant, həm də antitoksik təsirə malikdir.

Qamma – amin yağ turşusu (QAYT) – biogen amin olub, mərkəzi sinir sisteminin vacib tormozlayıcı neyromediatorlarından biridir. Beynin energetik funksiyalarını və metabolizmini yaxşılaşdırır, beyin toxumasının tənəffüs aktivliyini artırır, oksigenin və qlükozanın sinir sistemi tərəfindən mənimsənilməsini və qan dövranını yaxşılaşdırır.

Ginkqo Biloba – beyin qan dövranını, həmçinin, koronar və periferik qan dövranını yaxşılaşdırır. Tərkibindəki flavon qlikozidləri hüceyrələrdə qlikoliz prosesini aktivləşdirərək, (əsasən beyin hüceyrələrində) hüceyrələrin oksigenə olan tələbatını azaltmaqla, enerji təminatını optimallaşdırır. Beləliklə, beyin hüceyrələrinin normal funksiyalarını bərpa edərək koqnitiv funksiyaları gücləndirir. Ginkqo Biloba tərkibindəki terpen birləşmələri hesabına damar divarını möhkəmləndirərək, damarın elastikliyini artırır. Damar divarının strukturunun (endotel qişa) zədələnməsindən irəli gələn eritrositlərin və trombositlərin aqreqasiyası və adgeziyasının qarşısını alaraq, qanın reoloji xüsusiyyətlərini normallaşdırır.

Qlisin – amin turşu olub, mərkəzi sinir sistemində tormozlayıcı funksiyaları stimulyasıya edən neyromediatordur. O, neyronlardan qıcıqlandırıcı amin turşularının ayrılmasını ləngidir, metabolizmi tənzimləyir, antidepressant və sakitləşdirici təsir göstərir. Qlisin və QAYT alfa 1- adrenoblokatorlardır.
Maqnezium – bütün hüceyrələrin normal fəaliyyəti üçün vacib elementdir. Hüceyrələrin həyati vacib elementi kimi maddələr mübadiləsinin bir sıra reaksiyalarında iştirak edir. Fizioloji baxımdan maqnezium hüceyrədaxili kationdur. Maqnezium ionları neyronların oyanıqlığını azaldır, sinir-əzələ ötürücülüyünü tənzimləyir. Əzələlərdə ion balansını bərpa edərək, bir sıra reaksiyalarda iştirak edir. Maqnezium defisiti orqanizmdə tremor, tetaniya, ataksiya, yüksək reflektor oyanıqlıq, yuxusuzluq , ürək ritminin, mədə-bağırsağın motor funksiyasının pozulmasına və diareya kimi patologiyaların əmələ gəlməsinə səbəb olur. Kalsiumun metabolizminin tənzimlənməsində iştirak edərək sümüklərin mineralizasiyası və inkişafinı təmin edir.
B6 vitamini – maddələr mübadiləsində aktiv iştirak etməklə beyin toxumasında metabolizmi yaxşılaşdırır, sinir sistemində neyromediatorların sintezini stimullaşdırır. Əqli və fiziki əmək qabiliyyətini artırlr, yaddaşı və əhval-ruhiyyəni yaxşılaşdırır.

– Hipoksiya ilə doğulan uşaqlar;
– Doğuş travmaları;

-Beyin qan dövranının pozulması;
– Əqli inkişafdan qalma;
– Epilepsiya;

– Uşaq serebral iflici;
– İnfeksion ensefalopatiyalar;
-Uşaq və yeniyetmələrdə davranış labilliyi;
-Hiperaktivlik fonunda uşaqlarda diqqət defisiti sindromu;

-Uşaqlarda diqqət və yaddaşın artırılması məqsədi ilə;

-Sidik kisəsinin neyrogen-funksional pozğunluqları. Enurez.

NEYROMIKS cədvəldə göstərilən dozalarla yeməkdən sonra qəbul edilir.

Yaş dövrü:

Dozalanma:

0-3 yaş uşaqlar

2,5 ml gündə 1- 2 dəfə

3 – 5 yaş uşaqlar

5 ml gündə 1- 2 dəfə

5 – 8 yaş uşaqlar

7,5 ml gündə 1- 2 dəfə

8 -12 yaş uşaqlar

10 ml gündə 1- 2 dəfə

12 yaşdan böyük uşaqlar

15 ml gündə 1- 2 dəfə

NEYROMİKS flakonda 120 ml şərbət, ölçü qapağı və içlik vərəqə ilə birlikdə karton qutuda qablaşdırılmışdır.

AKSON Ilaç/ Türkiye.