NEUROVİN

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

NEUROVİN

NEUROVİN

Beyin hüceyrələrinin metabolizmini yaxşılaşdıraraq, beyni qocalmadan qoruyur.

Beyin qan dövranını yaxşılaşdırır. Baş ağrısını aradan qaldırır.

İntellekt səviyyəsini, yaddasaxlama qabiliyyətini. diqqət və yaddaşı yaxşılaşdırır.

1 softgelin tərkibi: Fosfatidilserin – 100 mq

Neyroprotektor, Nootrop.

Fosfatidilserin essensial fosfolipid olub, sinir hüceyrəsi membranlarının 10 %-ni təşkil edir. O neyronlarda çox vacib funksiyaları həyata keçirən membran zülallarının işini tənzimləyir.

Təsirləri:

Neyroprotektor – neyron və neyronal orqanellərin biomembran strukturuna təsir edərək, membranın elastikliyini yüksəldir, reseptorların aktivliyini artırır, sinaptik fəaliyyəti və mielin qişanın regenerasiyasını sürətləndirir.

Neyrotrofik – sinir toxumasının qidalanmasını və neyronlarda metabolik prosesləri yaxşılaşdırır. Hematoensefalik baryerdən qlükozanın baş beyinə transportunu sürətləndirir, hipoksiya və işemiyaya dözümlülüyünü artırır, asidozun təsirindən qoruyur.

Neyromodulyator – asetilxolinin sintezində iştirak edərək neyrotransmissiyanı sürətləndirir. Koqnitiv funksiyaların pozulmasında müsbət təsir göstərir, diqqət konsentrasiyasını, yaddasaxlama qabiliyyətini yaxşılaşdırır, əqli fəaliyyət proseslərini aktivləşdirir, əhvalı və müsbət emosiyaları tənzimləyir. Qlütamat blokatoru kimi təsir göstərərək qlütamin turşusunun neyronlara toksiki – degenerativ təsirini azaldır. İnsulin reseptorlarının funksiyasını və insulinə hədəf hüceyrələrdə transmembran keçiriciliyi yaxşılaşdırır.

Qavrama qabiliyyətinin zəifləməsi, əqli yüklənmə dövrü

– Asteniya və xroniki yorğunluq sindromu, diqqət və yaddaş zəifliyi

– Xronik beyin qan dövranı çatışmazlığı, ateroskleroz

– Kəllə-beyin travmalarının kəskin və sonrakı dövrü

– Şəkərli diabet, diabetik neyropatiya, polineyropatiya

– Müxtəlif mənşəli demensiya (ağıl zəifliyi), miqren

– Beyin qan dövranının hemorragik və işemik tipli pozulmaları

– Virus və bakterial neyroinfeksiyalar, periferik ifliclər

– Göz dibində distrofik dəyişikliklər, görmə sinirinin atrofiyası

– Koxleo-vestibulyar, neyrosensor pozulmalar (başgicəllənmə, qulaqlarda küy)

– Uşaq serebral iflicinin müxtəlif formaları

– Uşaqlarda psixomotor və nitq inkişafında ləngimə, kəkələmə, tiklər

– Uşaqlarda diqqət defisiti ilə gedən hiperaktiv sindrom

Preparata qarşı indivudal həssaslığın olması, hamiləlik, laktasiya dövrü

3 – 6 yaş 1 softgel gündə 1 – 2 dəfə

6 – 12 yaş 1 softgel gündə 2 dəfə

12 yaşdan yuxarı 1 softgel gündə 3 dəfə

Preparat yeməkdən sonra qəbul olunur.

Nature’s Bounty – ABŞ

Azərbaycanda rəsmi distributor: AZERİMED şirkətidir.

Spelling error report

The following text will be sent to our editors: