NEONOKS ELIT

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

NEONOKS ELIT

BPA

Kosmetik yağ vasitəsi

NEONOKS ELIT

Evkalipt, lavanda, çaytikanı, çay ağacı, şaftalı, zeytun yağları;

Propolis, kalendula, bağayarpağı, şam ağacı tumurcuğunun yağlı ekstraktı.

Neonoksun müalicəvi effekti tərkibinə daxil olan bitki və ekstraktların, təbii yağların və propolisin hormonik kombinasiyasına əsaslanıb.

Çayağacı yağı antibakterial təsirə malik olub, hətta ayrılıqda belə tənəffüs yolları xəstəliklərinin müalicəsində istifadə olunur. Çaytikanı yağı burun boşluqlarını aktiv dezinfeksiya edir, belə ki, bu xüsusiyyət havalandırılması və nəmləndirilməsi zəif olan qapalı ərazilərdə xüsusilə vacibdir.

Evkalipt yağı iltihabəleyhinə təsir göstərib, antiseptik və təravətləndirici effektlərə malikdir. Propolis, kalendula, bağayarpağı və lavanda ekstraktları ilə birgə kombinasiyada tənəffüsü asanlaşdırır və haymoritin gedişatını yüngülləşdirir. Neonoks ELİT sprey tənəffüs orqanlarının xəstəlikləri, qrippin ağırlaşmaları, zökəm və soyuqdəymə zamanı istifadə olunan effektiv vasitədir. Neonoks burun boşluqlarındakı iltihabi proseslərin qarşısını alır, ödemi aradan qaldırır, patogen mikroflora ilə mübarizə aparır. Neonoks nəinki qrip və soyuqdəyməni profilaktika və müalicə edir, həmçinin fəsli infeksiyalarla, toza, bitki tozcuqlarına allergiya ilə mübarizə aparır və hətta ağır xroniki proseslərdə belə effektiv nəticə verir. Neonoks – burun tutulmaları zamanı əmələ gələn diskomfort hissi və bundan irəli gələn bütün ağırlaşmaları aradan qaldırır. Burun boşluğu və burunətrafı ciblərdə aparılan cərrahi əməliyyatlardan öncə sanasiya, cərrahi əməliyyatdan sonrakı bərpa dövründə isə bu dövrün qısaldılması məqsədilə istifadə olunur. Eyni zamanda Neonoks burun boşluğunu digər dərman vasitələrinin yeridilməsinə hazırlanması üçün istifadə olunur, belə ki, onların sorulmasını yaxşılaşdırır və kimyəvi elementlərin selikli qişaya zədələyici təsirinin qarşısını alır. Soyuqdəymə və zökəm zamanı burunun selikli qişasının ödemini profilaktika edir.

burunətrafı ciblərin iltihabında;

– epidemiyalar zamanı respirator infeksiyalarda;

– soyuqdəymə və zökəm zamanı burun tutulmasında;

– burun daxilində mikro-çatlarda və burunətrafı iltihabda.

preparatın komponentlərinə qarşı fərdi yüksək həssaslıq

yerli istifadə üçün. Böyüklər üçün preparatı hər 3 saatdan bir, burunun selikli qişasına bir neçə dəfə püskürtmək lazımdır. Istifadə müddəti – 10 günə qədərdir. İstifadədən qabaq preparata qarşı mütləq həssaslıq sınağı keçirilir: preparat burunun bir pərinə 1 doza püskürdülür və əlavə təsiri olmadığı halda, istifadəyə icazə verilir (1 püskürtmə = 1 doza).

Istifadədən qabaq çalxalamaq lazımdır.

Istifadə zamanı başı arxaya tərəf əymək olmaz

Müşahidə olunmamışdır

Neonoks ELİT sprey – 10ml plastik flakon.

qaranlıq, günəş işığı düşməyən yerdə, 0°C-dən + 25 °C –dək temperaturda, nisbi rütübətlik 70-80%-dən çox olmayan şəraitdə,

saxlamaq lazımdır.

Reseptsiz buraxılan vasitələr qrupuna aiddir.

“Neoflora” MMC, Ukrayna, 61007, Xarkov, 2-ci Pyatiletka küç.,16/92.

U TŞ 24.5-2802017532-001:2005

Spelling error report

The following text will be sent to our editors: