Neo-Lizin B

Ticari adı

Neo-Lizin B

Neo-Lizin B

Neo-Lizin B

Tərkibi :

5 ml siropda ;

Tiamin hidroxlorid  – 4,16 mq

Piridoksin hidroxlorid  –  1,00 mq

Riboflavin  –  1,66 mq

Sianokobalamin   –  8,33 mkq

Lizin monohidroxlorid  –  33,33mq           

İnozit  –  5,00 mq

Nikotinamid –  18,00mq

Kalsium D-pantotenat –  2,5 mq

Askorbin turşusu  –  75,00 mq

Lizin və B qrup  vitamin kompleksi. 

Vitamin B1 (tiamin hidroxlorid) – orqanizmdə fosforlaşma prosesləri hesabına kokarboksilazaya çevrilir ki, bu da bir çox fermentlərin kofermentidir. Vitamin B1 sinapslarda impulsların ötürülməsində vacib rol oynayır. Orqanizmin müxtəlif funksiyalarına aktiv təsir göstərməklə, maddələr mübadiləsində iştirak edir və sinir-reflektor tənzimləmədə iştirak edir. Bir çox patoloji proseslərdə müsbət effekt göstərir.   

Vitamin B6 (piridoksin hidroxlorid) – maddələr  mübadiləsində mühüm rol oynayır. Vitamin B6, mərkəzi və periferik sinir sisteminin normal fəaliyyəti üçün vacib pomponentdir. Piridoksin histamin, vitamin B12 və fol turşusu mübadiləsində mühüm rol oynayır, o cümlədən yağ mübadiləsində də yaxından iştirak edir. Piridoksin aterosklerozda lipid mübadiləsini yaxşılaşdırır.

Vitamin B12 (sianokobalamin)- yüksək bioloji aktivliyə malikdir. Nuklein turşularının sintezində iştirak edir. Normal böyümədə, qanyaranmada və epitel hüceyrələrinin inkişafı  prosesində vacib faktordur. Vitamin B12 fol turşusunun və mielinin sintezində əsas komponentdir.  Sianokobalamin qaraciyər funksiyalarının normallaşmasında və sinir sisteminə müsbət təsir göstərir, beyinin fəaliyyətini yaxşılaşdırır. Vitamin B12 karbohidrat və lipid mübadiləsini aktivləşdirir.

Vitamin B2 (riboflavin)- karbohidrat, zülal və yağ mübadiləsi proseslərində iştirak edir. Onun boy artımı prosesində, gözün normal görmə funksiyasında və hemoqlobin sintezində mühüm rolu mövcuddur.  O cümlədən, hidrogenin daşınması və oksidləşmə proseslərində iştirak edir.

Lizin (monohidroxlorid) – praktiki olaraq, hər bir zülalın tərkibində olan əvəzolunmaz amin turşudur. Boy artımı, toxumaların bərpa olunmasında, antitel, hormon, ferment, albuminlərin sintezi üçün vacibdir. Lizin virusəleyhinə təsir göstərir. Kollagenin formalaşmasında iştirak edir, qandan kalsiumun mənimsənilməsini yaxşılaşdırır və onun sümük toxumasına ötürülməsində iştirak edir, həmçinin orqanizmin immun sistemini artırır.

İnozit- membranoprotektor, lipotrop, antiaterosklerotik, sinir hüceyrələrini bərpa edən, antidepressant və yuxunu normallaşdıran vitaminəbənzər maddədir.  Çəki azalmasında, inozit qaraciyərdən və ətraf daxili orqanlardan  yağın mobilizasiyasına kömək edir. Qeyri-həssas və sinir zədələnmələri olan şəkərli diabet xəstələrində inozit sinir keçiriciliyini yaxşılaşdırır.

Vitamin PP (nikatinamid)-  hidrogen daşınmasında və oksidləşmə prosesində, toxuma qidalanmasında, karbohidrat və yağ mübadiləsində iştirak edir. Nikatinamid antiallergik təsirdən başqa həmçinin, damargenəldici təsirə malikdir.

Pantotenat kalsium – karbohidrat və yağ mübadiləsində, asetilxolin sintezində iştirak edir. İnsan orqanizmində bağırsaq çöpləri kifayət qədər pantoten turşusu sintez edir. 

Vitamin C (askorbin turşusu)-  orqanizmin həyat fəaliyyətində  mühüm rol oynayır. Bir çox biokimyəvi reaksiyalarda hidrogenin daşınmasını tənzimləyir, trikarbon turşusu şəklində qlükozanın istifadəsini yaxşılaşdırır, kollogen və prokollogen sintezində iştirak edir, toxumaların regenerasiyasında mühüm rol oynayır. Kapillyar keçiriciliyini normallaşdırır.

 

  • Ø İştahsızlıq
  • Ø Boy artımının ləngiməsi
  • Ø Anemiya
  • Ø İmmunitetin zəifləməsi
  • Ø İnfeksion xəstəliklər (kompleks müalicədə)
  • Ø Xroniki yorğunluq sindromu
  • Ø Müxtəlif etiologiyalı stress vəziyyəti (kompleks müalicədə)

 

Preparatın tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq.

Nadir hallarda allergik reaksiyalar, qaşınma.

 

Yaş Dozalanma Qəbul
0-2 yaş 2.5 ml 1 dəfə
2- 6 yaş 5 ml 1 dəfə
6-12 yaş 5 ml 1-2 dəfə
Böyüklər 5 ml 2 dəfə

Preparat uşaqlar üçün əlçatmaz yerdə, 15oC-dən 25oC-dək olan temperaturda saxlamaq lazımdır.