Nano Baby

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Nano Baby

Nano Baby

Nano Baby

körpələr və uşaqlar üçün nişasta vannası

(istifadəsinə dair təlimat)

Nano Baby bitki nişastası əsasında 100% təbii məhsuldur. Tərkibində konservantlar, süni boyaq maddələri və aromatizatorlar yoxdur.

Tərkibi:

Hər bir paketin tərkibində vardır:

Amiloza – 30 q.

Nano Baby körpə dərisini sakitləşdirir, zədərənmiş edipermisin regenerasiya prosesinə kömək edir. Nano Baby-nin fəal komponenti amilozadır ki, bu maddə nişastanın əsas polişəkərlərindən biridir. Quru və qıcıqlanmış dəriyə rahatlıq verir. Dərinin baryer funksiyasının bərpa edilməsinə, sızanaqların və epidermisin kiçik zədələnmələrinin sağalmasına kömək edir. Vanna qəbulundan sonra uşağın dərisini hamar və sağlam edir

Nano Baby körpələr və uşaqlara vanna hazırlamaq üçün məhsuldur. Nano Baby ilə vannanın istifadəsi quru, həsas və qıcıqlanmış dərisi olan körpələrdə müxtəlif problemlər zamanı (tərləmə nəticəsində qıcıqlanma, bişməcə, allergik ekzema) nəzərdə tutulub.

Su ilə doldurulmuş vannaya paketin tərkibindəki toz (30 q) əlavə edilir və su qarışdırılır.

Vanna qəbulu prosesi 10-15 dəqiqə ərzində davam edir.

Sonra dəsmal vasitəsi ilə uşağın dərisi ehtiyatla qurudulur (bu zaman dərini sürtmək olmaz).

Dərinin vəziyyətindən asılı olaraq vanna arzuedilən nəticəyə çatana qədər hər gün və ya günaşırı qəbul edilməlidir.

Daha yaxşı nəticə almaq üçün prosedurlar beş dəfə aparılmalıdır.

Həyatın ilk günlərindən istifadə oluna bilər!

İstifadəyə hazırdır.

Qida hazırlamaq üçün nəzərdə tutlmayıb!

Yararlılıq müddəti bitdikdən sonra istifadə etməyin!

Otaq temperaturunda, qaranlıq, quru və uşaqlar üçün əlçatmaz yerdə.

Qutuda 30q-lıq 10 ədəd paket

ADAMED

Consumer Healthcare S.A.

Penkov 149

05-152 Çosnov, Polşa

Spelling error report

The following text will be sent to our editors: