Munatoril

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Munatoril

Munatoril

MUNATORIL®

Aerozol

N –asetilsistein və hialuron turşusu əsasında nebulayzer üçun steril məhlul.

Hər birində 2 ml olan 15 ədəd tək dozalı flakonlar.

TƏRKİBİ:

N-Asetilsistein, hialuron turşusunun natrium duzu, kəklikotunun efir yağı.

Köməkçi maddələr:etilendiamintetrasirkə turşusunun ikiqat natrium duzu, polisorbat 20, natrium dihidrogen fosfat dihidrat, natrium hidroksid, su.

Tərkibinə N –asetilsistein və hialuron turşusu daxil olan steril nebulayzer məhlulu (biotexnologiya əsasında heyvani zülallardan təmizlənmiş) olub burun-udlaq nahiyəsinin müdafiəsini təmin edir. Qıcıqlanmanı, iltihabı və yenidən infeksiyalaşmanın qarşısını alır.

N –asetilsistein bəlğəmi durulaşdırır, iltihabi proseslə əlaqədar simptomları, udqunmanın çətinliyini, yad cisim hissini, ağrı və quruluğu aradan qaldırır. Hialuron turşusu selikli qişanın səthini bürüyərək suyu özündə saxlayır, müdafiə təbəqəsi əmələ gətirir, qıcıqlanmanı aradan qaldırır. Bürüyücü təbəqənin əmələ gəlməsi sayəsində selikli qişa tamlığını qoruyur, ətraf mühitin zərərverici faktorlarından və patogen agentlərdən müdafiə olunmuş olur.

MUNATORIL® aerozol steril nebulayzer məhlulu olub tənəffüs yollarının kəskin və xroniki xəstəliklərinin (tonzillit, faringit, laringit, rinit, traxeobronxit, bronxit), müxtəlif formalı öskürəklərin müalicəsində, soyuqdəymə və qrip, səs tellərinin iltihabı, şişkinliyi, disfoniya, qastroezofageal reflyuks nəticəsində yaranan respirator problemlər zamanı, otorinolarinqoloji cərrahi müdaxilələrdən sonra istifadə olunur

2-6 yaşlı uşaqlar: hər istifadədə flakonun yarısı (1ml) olmaq şərtilə gündə 2 dəfə,

6 yaşdan yuxarı uşaqlar və böyüklər: hər istifadədə 1 flakon olmaq şərtilə gündə 2 dəfə.

Flakonun üzərində dozanın yarısını göstərən xüsusi qabarıq xətt var. Məsləhət görülən dozanı aşmayın. Məhlul xüsusi inhalyator (püskürdücü) vasitəsilə orqanizmə yeridilir.

İstifadədən əvvəl və sonra əllərinizi yuyun. İstifadə üçün aşağıdakıları yerinə yetirin:

1.Flakonu əyin və yerləşdiyi sıradan ayırın.

2.İstifadədən əvvəl flakonu ehtiyatla çalxalayın.

3. Qapağı fırladaraq flakonu açın.

4.Flakonun divarlarına ehtiyatla təzyiq edərək müvafiq dozanı inhalyatora boşaldın. Üzərinə 1:1 nisbətində (və ya müvafiq miqdarda) natrium xlorid məhlulu (NaCl) əlavə edin. Flakonu yalnız inhalyator vasitəsilə istifadə etmək olar.

5. Flakondakı məhlulun yarısı istifadə edildiyi halda yenidən ağzı başlıq vasitəsilə kip bağlanmalıdır. Açıldıqdan sonra yenidən bağlanmış flakon otaq temperaturunda 24 saat ərzində saxlanıla bilər.

Aerozol günün istənilən vaxtı istifadə oluna bilər.

Müalicə müddəti simptomlar itənədək, 30 gün ərzində ola bilər. Əgər bu müddət ərzində simptomlar azalmırsa, mütləq müalicə həkiminizə müraciət edin.

Sərin, quru, birbaşa düşən günəş şüalarından uzaq, 25°C-dən aşağı temperaturda saxlayın. Son istifadə tarixi qutunun, alüminium falqanın və birdəfəlik flakonların üzərində göstərilmişdir. Birdəfəlik istifadə üçün flakonlar alüminium falqada, isti və nəm yerdən uzaq saxlanılmalıdır. Birdəfəlik flakon açıldıqdan sonra 24 saat müddətində otaq temperaturunda saxlanıla bilər. İstifadədən sonra flakonu kanalizasiya vasitəsilə utilizasiya etməyin.

Pharmaluce S.r.l. Strada delle Seriole, 45 – 47894 Chiesanuova (San Marino Respublikası.)

www.pharmaluce.com

Erbozeta Austria GmbH Graben 12, 1010 Vienna (Avstriya)

Spelling error report

The following text will be sent to our editors: