MUKABİON

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

MUKABİON

MUKABİON

Tərkibi: 1 ml siropun tərkibi:

Qara qarağat (lat. Ribes nigrum) – 0.03 qr

Həmərsin (lat. Rosa canina) – 18.75 mq

Adi vələs (lat. Carpinus betulus) – 9.4 mq

Ginkqo (lat.Ginkgo biloba) – 9.4 mq

Tüklü biyan (lat.Glycyrrhiza glabra) – 5 mq

İstiotlu nanə (lat.Mentha piperita) – 5 mq

Qara qızılağac (lat.Alnus glutinosa) – 5 mq

Dalayıcı gicitkən (lat. Urtica urens) – 9.4 mq

Qara qarağat (lat. Ribes nigrum) – Vit C mənbəyidir. İltihabəleyhinə və antiallergik təsirlərə malikdir. Həmçinin, allergik mənşəli yuxarı tənnəfüs yollarının iltihabi xəstəliklərində olduqca effektlidir. Tərkibi Vit. C ilə zəngin olduğundan, güclü immunostimulyatordur.

Həmərsin (lat. Rosa canina) – tərkibi bioloji fəal maddələr, C, A, K, P vitaminləri, pektin maddəsi, mikroelementlərlə zəngin olduğundan, itburnu orqanizmdəki müxtəlif xəstəliklərlə mübarizə aparmağa qadirdir. İmmunostimulyator, iltihabəleyhinə, antiallergik təsirlərə malikdir.

Tüklü biyan (lat.Glycyrrhiza glabra) – biyan kökləri tərkibində qlisirizin turşusu və qlisirizin saxlayır, bu isə bəlğəmgətirici, iltihabəleyhinə, immunostimulyator, spazmolitik, regenerasiyaedici təsirə malikdir.

Qara qızılağac (lat.Alnus glutinosa) – selikli qişada yüksək iltihabəleyhinə və antiseptik təsirə malikdir.

Dalayıcı gicitkən (lat. Urtica urens) – xroniki bronxitlər zamanı müşahidə olunan öskürəkdə spazmolitik və sakitləşdirici təsir göstərir.

Ginkqo (lat.Ginkgo biloba) – allergiya nəticəsində meydana gələn bronxospazmı və şişkinliyi aradan qaldırır.

İstiotlu nanə (lat.Mentha piperita) – efir yağının əsas tərkib hissəsi mentoldur. Bu isə antiseptik, spazmolitik təsir göstərir. Həmçinin, tənəffüsü asanlaşdıraraq, öskürəyi aradan qaldırır.

Preparat yuxarı tənəffüs yollarının xəstəliklərində istifadə olunur:

Traxeobronxit;
Kəskin bronxoektazaynan nəticələnən müxtəlif etiologiyalı bronxitlər;
Bronxial astma;
Allergik, infeksion mənşəli öskürəklər;
Ağciyərlərin vərəmi;
Pnevmoniya;
Mukovissidoz.

Preparat yuxarı tənəffüs yollarının xəstəliklərində kompleks təsir göstərir: bəlğəmgətirici, iltihabəleyhinə, antiseptik, spazmolitik, sakitləşdirici, immunomodulyator.

Allergiyalar zamanı yaranan bronxospazmı, şişkinliyi aradan qaldırır.

Preparat boğazda qıcıqlanmanı, ağrını aradan qaldırır, bəlğəmin xaric olmasını və tənəffüsü asanlaşdırır

Böyüklərə: 10 ml gündə 3-4 dəfə yeməkdən qabaq;

Uşaqlara: 6 aydan – 1 yaşa qədər: 2,5 ml gündə 2 dəfə

(lazım gəldikdə azacıq su ilə qarışdırılır);

1 yaşdan – 3 yaşa qədər: 5 ml gündə 2 dəfə;

3 yaşdan – 6 yaşa qədər: 7.5 ml gündə 2 dəfə;

6 yaşdan – 12 yaşa qədər: 10 ml gündə 2 dəfə;

Preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq.

PHARMALUCE S.r.l.,İtaliy

Spelling error report

The following text will be sent to our editors: