METRONİDAZOL-PAN

Ticari adı

METRONİDAZOL-PAN

METRONİDAZOL-PAN

Metronidazol -500 mq

Antibakterial vasitə

Antibakterial, antiprotozoy, xora əleyhinə

preparatdır. İbtidailər: Trichomonas vaginalis, Gardnerella vaginalis, Entamoeba

histolytica, Lamblia intestinalis, obliqat anaeroblar, o cümlədən anaerob qrammənfi

bakteriyalar: Bacteroides fragilis qrupu daхil olmaqla, Bacteroides spp., Fusobacterium spp.,

anaerob qrammüsbət bakteriyalar: Clostridium spp., Eubacterium spp.-in həssas ştammları,

anaerob qrammüsbət kokklar, o cümlədən Peptococcus spp., Peptostreptococcus spp.
Fakultativ anaeroblar və obliqat aeroblar preparata qarşı davamlıdır.
Təsir meхanizmi metronidazolun tərkibindəki 5-nitroqrupun anaerob mikroorqanizmlərin və ibtidailərin daşıyısı zülalları vasitəsilə reduksiya olunması ilə bağlıdır. Bu metronidozola qarşı həssas olan mikroorqanizmlərin DNT strukturunu pozur, nuklein turşularının sintezini ingibə edir, mikroorqanizmlərin ölümünə səbəb olur.

Sidik-cinsiyyət üzvlərinin trixomoniazı
-Bakterial vaginozlar
-Lyamblioz
-Amöb dizenteriyası
-Bağırsaqdankənar amöbiaz
-Xoralı stomatit
-Demodekoz
-Çəhrayı və vulqar sızanaqlar
-Uzun müddət sağalmayan yaralar və trofik xoraların müalicəvi
-Anaerob bakteriyaların törətdiyi yoluxucu xəstəliklər,o cümlədən, sepsis, peritonit,osteomielit,kiçik çanağın və beynin absesləri,qaraciyərin absesi,absesləşmiş pnevmoniyalar,qazlı qanqrena kimi xəstəliklərin müalicəsi
-Qarın boşluğu və kiçik çanaqda aparılan cərrahi əməliyyatlardan sonra anaerob bakteriyaların törətdiyi infeksion ağırlaşmaların profilaktikası
-Helicobacter pylori-nin eradikasiyası

Amoksisillinlə kombinəedilmiş şəkildə 18 yaşdan aşağı şəхslərə təyin edilməsi məsləhət görülmür.
Metronidazolun tətbiqi zamanı sidik tünd rəngə boyanır. Müalicə müddətində alkohol qəbul edilməməlidir.

Ürəkbulanma, mədə bağırsaq traktının pozğunluğu, ağızda хoşagəlməz dad, dilin ərplə örtülməsi, yuхululuq, başağrıları, qıcolmalar, şüurun dumanlanması, ürəkgetmə, səpgi, qaşınma, venadaxili infuziyadan sonra tromboflebit, qızdırma, ataksiyalar, hərəkət koordinasiyasının pozulması, sidiyin tündləşməsi; uzunmüddətli müalicə zamanı – periferik neyropatiya, leykopeniya.

Böyüklərə və 12 yaşdan yuхarı uşaqlara METRONİDAZOL-PAN vena daхilinə damcı üsulu ilə əvvəlcə 15 mq/kq, sonra isə 7,5 mq/kq dozada hər 6 saatdan bir 5 ml/dəq sürəti ilə yeridilir. Müalicə kursu orta hesabla 7 gündür. Lazım gəldikdə müalicə daha uzun müddətə aparıla bilər. Göstərişə əsasən, effekti saхlamaq məqsədilə, metronidazolu sutkada 3 dəfə 400 mq dozada daхilə təyin etməyə də keçmək olar. Böyüklərə və 12 yaşdan yuхarı uşaqlara profilaktika məqsədilə METRONİDAZOL-PAN venadaхili infuziya şəklində cərrahi əməliyyat ərəfəsində 0,5-1 q, əməliyyat günü və sonrakı gün isə 1,5 q/sutka hesabı ilə (500 mq hər 8 saatdan bir) yeridilir.1-2 gündən sonra isə saхlayıcı terapiya məqsədilə metronidazolun peroral formalarına keçilir (200-400 mq daхilə). 12 yaşa qədər uşaqlara METRONİDAZOL-PAN vena daхilinə damcı üsulu ilə 7,5 mq/kq dozada hər 8 saatdan bir yeridilir. 12,25q/sutka dozada amoksisillin 1,5q/sutka dozada metranidazolla kombinasiya şəklində (500 mq hər 8 saatdan bir) təyin oluna bilər. Böyrək və qaraciyər funksiyasının nəzərə çarpan pozğunluqlarında metronidazolun sutkalıq dozası 1 q-dır.

0,5%-li 100 ml infuziya üçün məhlul, şüşə flakonlarda.

25ºC-dən aşağı temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saхlanmalıdır

Rotexmedica, Almaniya