METASPAN

Ticari adı

METASPAN

METASPAN

Hər 1 ml-lik ampulun tərkibində vardır:

Betametazon natrium-fosfat…………………… 5.263 mq (4 mq betametazona müvafiqdir).

Köməkçi madələr: fenol, natrium-sitrat dihidrat, susuz limon turşusu, фенол, inyeksiya üçün su.

Sistem istifadə üçün kortikosteroid.

Təxirəsalınmaz vəziyyətlər və müxtəlif mənşəli şoklar (cərrahi, travmatik, yanıq); kəskin anafilaktik və allergik reaksiyalar; udlaq ödemi, transfuziyadan sonrakı vəziyyətlər, astmatik pristup, beyinin ödemi, miokard infarktı, qan xəstəlikləri kəskinləşmə dövründə; kəskin böyrəküstü vəzi çatmamazlığı, Adisson xəstəliyi, Simmonds xəstəliyi, böyrəküstü vəzilərin rezeksiyası; yumşaq toxumaların zədələnmələri, çiyin oynağının periartriti.

Metaspan-ın istifadəsi xəstəliyin ağırlıq dərəcəsi və pasiyentlərin fərdi reaksiyasına uyğun aparılmalıdır. Adətən birdəfəlik doza 4 mq təşkil edir, təkrar istifadəsi arzuolunan terapevtik nəticəyə qədər yeridilir. Bəzi hallarda birdəfəlik dozanı 10-15 mq və daha artıq miqdara qədər artıqrmaq olar, və bu döza gündə 3-4 dəfə təyin olunur. Metaspan həm əzələdaxili həm də venadaxili istifadə olunur. Ehtiyyac olduq infuzion istifadəsi mümkündür. Bəzi hallarda Metaspan-ın ocaqlı istifadəsi (oynaqdaxili, endoplevral, gözdaxili) mümkündür.

Sistemli infeksiyalar (əgər antibiotikoterapiya aparılmırsa), viruslarla immunlaşdırmanın aparılması. Metaspan inyeksiyasının vətərlərə yeridilməsi qadağandır

Metaspan həkim nəzarəti altında istifadə olunmalıdır. Az yaşlı uşaqlara və hamilə qadınlara ehtiyyac olduqda, həkim nəzarəti ilə təyin edilir. İdmançılarda göstəriş olmadan istifadəsi dopinq hesab edilir, antidopinq testlərdə müsbət nəticə verir. Südlə xaric olduğu üçün südverən analarda həyatı göstəriş olduqda təyin edilir.

İstifadəsi zamanı bəzi yan təsirlər müşayidə oluna bilər.

Hidro-elektrolit balansın pozulması, nadir hallarda isə buna müyilli olan şəxslərdə durğunluqlu ürək çatmamazlığı; Əzələlərin zədələnməsi, osteoporoz, aseptik osteonekroz (əsasən də bud sümüyünün zədələnməsi), sümüklərin kövrəkliyi; Qastroinstenal ağırlaşmalar, peptiki xoraların əmələgəlməsi və ya fəallaşması; Dərinin zədələnməsi, dərinin nazikləşməsi və tamlığının pozulması, yaraların gec sağalması; Nevroloji pozğunluqlar: vertiqo, baş ağrıları, beyindaxili təzyiq, psixoloji qetyri-stabillik; Hormonal pozğunluqlar: mensrtual tsiklin pozulması, uşaqlarda böyümənin pozulması, hipotalamı-hipofizar funksiyanın pozulması (əsasən də stress zamanı), gözlənilməz olaraq şəkərli diabetin yaranması və ya diabetli xəstələrdə hipoqlikemik preparatlara təlabatın atrması; oftalmoloji pozöunluqlar, qlaukoma, arxa subkapsulyar katarakta və gözdaxili təziqin artması; Mənfi azot balansı.

Belə hallarda müalicə həkimi və ya əczaçı ilə məsləyətləşmək lazımdır.

Qutuda 3 ədəd 1 ml-lik inyeksiya üçün məhlul, içlik vərəqəsi ilə birlikdə.

LABORATORİO FARMACOLOGİCO MİLANESE S.R.L., İtaliya.