MEQAFER FORTE (örtüklü tabletlər)

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

MEQAFER FORTE (örtüklü tabletlər)

MEQAFER FORTE (örtüklü tabletlər)

Təsiredici maddə: hər tabletdə 100 mq dəmir hidroksid polimaltoz və 0,35mq fol

turşusu vardır.

Köməkçi maddələr: krospovidon, polietilenqlikol 6000, polivinilpirrolidon, maqnezium-stearat,

mikrokristallik sellüloza, örtük: Opadry || 85F26721 (qırmızı-qəhvəyi)

Antianemik preparat / fol turşusu ilə kombinasiyada

Meqafer forte preparatı qeyri ion birləşməsi olan üçvalentli dəmir hidroksid polimaltoz kompleksi tərkibli olub, 100 mq elementar dəmirə və 0,35 mq fol turşuna malikdir. Bu cür

kombinasiya maksimal olaraq qan zərdabına dəmirin təbii birləşməsi ferritinə uyğundur və

dəmir çatışmazlığının müalicəsi və profilaktikası zamanı istifadə olunur.

Kompleks adi fiziolji şəraitdə, Ph 4,4-11,0 stabildir. Dəmirin sorulması 12-barmaq və nazik

bağırsaqda aktiv nəqlolunma yolu ilə qastrointestinal mayedə və MBT – da selikli qişanın

epitelində dəmir birləşdirici zülalların köməyi ilə baş verir, ona görə də preparat dozadan artıq

sorulma və intoksikasiya vermir. Absorbsiyanın dərəcəsi dəmir çatışmazlığından asılıdır.

(çatışmazlıq nə qədər cox olarsa sorulma bir o qədər yaxşı olur). Kompleksin qeyri ion quruluşu

dəmirin transferrinin tərkibində nəqlinə şərait yaradır, bu isə dəmir ionlarının sərbəst

diffuziyasının, prooksidant xüsusiyyətlərinin qarşısını alır.Dəmir transferrinlə sümüük iliyində

birləşərək hemoqlobin sintezinə sərf olunur.Bəzi miqdarı ferritin, hemosiderin, mioqlobin

tərkibində depolaşır, transferrinlə birləşmiş şəkildə, enzim və plazmada yerləşir. Depolaşmış

dəmir orqanizimdə ehtiyac olduqca istifadə olunur. C max plazmada peroral qəbuldan sonra 1

saata çatır.

Hemoqlobin malekulunun parçalanması zamanı dəmirin cox hissəsi yenidən istifadə olunur

(reutilizasiya), yalnız bir hissəsi orqanizimdən çıxarılır. Bu cür toplama mexanizmi və çıxarılma

mexanizmi, təkrari hemotransfuziyalar və əlavə olaraq dəmirin orqanizmə daxil olması dəmirin

orqanizimdə yüksəlməsinə səbəb ola bilər.

Daxilə qəbul zamanı fol turşusu onikibarmaq və nazik bağırsaqdan müalicəvi dozada(0,35 mq)

cox böyük dəyişikliyə uğramadan enterohepatik qan dövranına qoşulur. Sonra plazmada və

qaraciyərdə metabolizmə uğrayaraq 5-metittetrahidrofolata çevrilir. Metabolitlər və artıq

miqdarda dəyişilməmiş forması böyrəklərlə xaric olur. Fol turşusu ana südünə keçir.

Dəmir orqanizmin normal həyat fəaliyyəti üçün vacib mikroelementdir: eritrositlərin tərkibində

hemoqlobin, mioqlobin, və bir cox fermentlərin tərkibinə daxil olub, oxuma tənəffüsündə və

qanyaranmada iştirak edir, immuniteti tənzimləyir.

Meqafer forte peroral qəbul zamanı dəmir tez bir vaxtda, lazimi miqdarda sorularaq

hemoqlobininvə mioqlobinin sintezinə sərf olunur və ya dəmir depolarına daşınır, bununlada

dəmir çatışmazlığı ilə əlaqadar kliniki və laborator simptomların reqresiyası baş verir.Meqafer

forte ionlaşan dəmir duzlarının prparatlarından fərqli olaraq ağızda metallik hiss, diş emalının,

damağın qaralmasını törətmir.

Fol turşusu – B qrup viatmin olub, orqanizimdə aktiv formaya – tetrahidrofolata çevrilir,hansı ki,

koferment şəklində aminturşu, nuklein turşularının sintezi kimi əksər metabollik proseslərdə,

eritrositlərin, sinir toxuması komponentlərinin əmələ gəlməsində iştirak edir.

latent gedişli dəmir çatışmazlığı və dəmir çatışmazlığı, dəmirdefisitli anemiyası, müxtəlif

mənşəli fol turşusu çatışmazlığı

hamiləlik dövründə yüksəlmiş dəmir və fol turşusu çatışmazlığının profilaktikası

(məsələn, vegetarianlarda və yaşlı adamlarda, MBT dəmirin sorulmasının pozulması)

hemoxromatoz, xroniki hemoliz;
preparatın komponentlərinə və dəmirə qarşı həssaslıq;
dəmirin utilizasiyası mexanizimlərinin pozulması (qurğuşun anemiyası, sideroaxrestik

anemiya) və talassemiya;

dəmir çatışmazlığı ilə əlaqədar olmayan anemiyalar(hemolitik anemiya vəya B12

vitamini çatışmazlığı nəticəsində yaranan meqaloblastik anemiya), təkrar qan

transfuziyası, dəmir preparatlarının yeridilməsi

Dəmiri eyni zamanda həm venadaxili, həm də renteral yolla təyin etmək olmaz.

Santafer 3 forte tərkibindəki üçvalentli dəmir hidroksid-polimaltoz kompleksi heç bir preparatla

qarşılıqlı təsirdə olmamışdır, halbuki, ikivalentli dəmir preparatlarının qida məhsulları və dərman

preparatları (məs. tetrasiklin) ilə qəbulu zamanı bu hal yaranır.

Mədə xorası və ya bağırsaq xorası olan xəstələrdə təyin olunarkən ehtiyatlı olmaq lazımdır.

Daxilə qəbul zamanı nəcisin tünd rəngə boyanması baş verir ki, bu da heç bir kliniki əhəmiyyət daşımır və nəcisdə gizlin qanaxmanın aşkarlanmasına dəlalət etmir

Dölə təsirinə görə FDA-nın A kateqoriyasına aiddir. Hamiləliyin I və II üçaylığında ana və

dölün həyatı üçün heş bir mənfi təsir qeyd olunmamışdır. Fol turşusu teratogen faktorlara qarşı

qoruyucu funksiya daşıyır. Dəmir kliniki olaraq az miqdarda (gündə 0,5 mq) ana südünə keçir.

Uşağa zərər vermir.

Meqafer forte preparatı yemək zamanı və yeməkdən sonra qəbul olunur.

Anemiyanın dərəcəsindən aslı olaraq hemoqlobin göstəricilərinin normallaşmasına qədər gündə

2 dəfə, hər dəfə 1 tablet qəbul olunur, daha sonra gündə 1 tablet qəbul edilməklə müalicə davam

etdirilir.

Anemiyanın profilaktikası üçün gündə 1 dəfə 1 tablet qəbul edilir.

Müalicə müddəti dəmir çatışmazlığının dərəcəsindən aslıdır, həkim tərəfindən müəyyən olunur.

Dəmir çatışmazlığının simptomlarının laborator və kliniki göstəricilərinin normallaşması zamanı

preparatın qəbulu ay ərzində orqanizmdə dəmir ehtiyatını bərpa etmək üçün davam

etdirilməlidir.

Cədvəl. Yaşından və cinsindən asılı olaraq orqanizmin dəmirə olan tələbatı:

Yaşından və cinsindən asılı olaraq 97,5% fizioloji sutkalıq tələbatının

Sorulan dəmirə1 görə hesablanması

Yaşı/Cinsi

mkq/kq bədən

kütləsi/sutkada

mq/sutkada2

4-12 aylıq

120

0.96

13-24 aylıq

56

0.61

2-5 yaş

44

0.70

6-11 yaş

40

1.17

12-16 yaş (qızlar)

40

2.02

12-16 yaş (oğlan)

34

1.82

Böyüklər (kişi)

18

1.14

Hamilə qadınlar3

24

1.31

Klimakterik dövrə qədər olan qadınlar

43

2.38

Menopauzadan sonrakı dövr (qadınlar)

18

0.96

qastrointestinal kanaldan sorulan dəmir miqdarı1

yaşdan aslı olaraq çəki hesabı ilə götürülür2

Hamiləlik dövründə olan tələbat əvvəlki ehtiyatdan aslı olur3

Ədəbiyyat: WHO-EM/177,E/G/11,96/1000

Santafer 3 Forte adətən yaxşı mənimsənilir, əlavə təsirləri keçici xarakterlidir, gedəndir və

özünü zəif göstərir. MBT tərəfindən: epiqastral nahiyədə ağrı, ürəkbulanma, qusma, köpmə,

diareya olur.

Dozadan artıq sorulma nadir hallarda mümkündür.Dəmirdefesitli anemiyanın qeyri düzgün

diaqnostikası orqanizmin dəmirlə yüksəlməsinə səbəb ola bilir.

Dəmirlə zəhərlənmə zamanı desferroksamin və ya etilendiamin tetrasirkə turşsunun (EDTA)

kalsium dinatrium duzu təyin olunur. Desferroksamin (xelat agent) teratogen xüsusiyyətlərə malikdir.

Hərəsində 10 tablet olmaqla, 3 blister (30 tablet) içlik vərəqə ilə birgə karton qutuya

yerləşdirilir.

25 C –dən yüksək olmayan tempraturda, uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

2 ildir

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz

Həkim reseptilə buraxılır.

Santa Farma İlaç Sanai A.Ş

P.K.262, 3461 Şişli – İstanbul/Türkiyə

Spelling error report

The following text will be sent to our editors: