MELOSEDİN suspenziya

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

MELOSEDİN suspenziya

MELOSEDİN suspenziya

Sakitləşdirici vasitədir

Tərkibi:

5 ml hazır suspenziyanın tərkibinə daxildir:

Maqnezium (maqnezium sitrat) …………30 mq

L-triptofan …………50 mq

Dərman Çobanyastığı çiçəklərinin ekstraktı (Marticaria Chamomilla) …………80 mq

Dərman Melissası (Ballı nanə və ya Bədrənc) yarpaqlarının ekstraktı (Melissa Officinalis) …………50 mq

Ürəkvari Cökə çiçəklərinin ekstraktı (Tilia cordata) …………20 mq

Melosedin kombinəolunmuş sedativ vasitə olmaqla maqnezium, L-triptofan amin turşusu və bitkilərin kombinasiyasından təşkil olunmuşdur. Preparat həyəcan, psixi gərginlik hissini aradan qaldırır, ifrat yorğunluq, yüksək oyanıqlıq və streslər zamanı sakitləşdirici təsir göstərməklə yanaşı əhval-ruhiyyəni də yaxşılaşdırır və normal yuxu ritmini bərpa edir.

Maqnezium – əksər mübadilə proseslərində iştirak edir, sinir impulslarının ötürülməsini, əzələ yığılmalarını, sinir oyanıqlığının azalmasını təmin edir. Stress və yüksək gərginlik zamanı maqneziuma tələbat artır. Maqnezium çatışmazlığı özünü nevrotik vəziyyət, oyanıqlıq, yuxu pozulmaları, qıcolmalar, mədə-bağırsaq spazmları və ürəkdöyünmənin artması şəklində göstərir.

L-triptofan əvəzolunmayan amin turşu olmaqla orqanizmə zülalla zəngin qidalarla daxil olur. L-triptofan nikotin turşusu (PP vitamini) və serotoninin sintezində iştirak etməklə sinir sistemində həyəcan, narahatlıq, aqressivlik, ifrat oyanıqlıq və yuxu pozulmalarını aradan qaldırır və bununla da fizioloji psixoemosional vəziyyəti və əhval –ruhiyyəni tənzimləyir. L-triptofan yuxu pozulmaları, qorxu hissi, gərginlik, disforiya, predmenstrual sindrom, alkoqol, opiat və barbiturat asılılığının kompleks müalicəsində, alkoqol intoksikasiyasında, depressiyalarda geniş tətbiq edilir.

Çobanyastığı, Melissa və Cökə çiçəklərinin ekstraktları yüngül sedativ, antidepressant effektlərə malik olmaqla, sinir sistemini sakitləşdirir və yuxunu normallaşdırırlar.

Pediatriyada göstərişləri:

– Kəllədaxili təzyiqin yüksəlməsi

– Uşaqlarda nevrozabənzər hallar

– Yenidoğulmuşlar və uşaqlarda yüngül yuxu pozulmaları

– Uşaqlarda psixomotor oyanıqlıq

İlk istifadə zamanı flakondakı tozun üzərinə işarələnmiş hissəyə qədər (150ml) qaynadılmış və soyudulmuş su tökərək çalxalamaq lazımdır. Hazır suspenziyanı hər istifadə etdikdə yaxşı çalxalamaq lazımdır.

Uşaqlar:

0-1 yaş: ½ ç/q (2.5 ml) gündə 2 dəfə

1-3 yaş: 1ç/q (5 ml) gündə 2 dəfə

3-6 yaş: 1 ç/q (5 ml) gündə 2-3 dəfə

6-12 yaş: 2 ç/q (10 ml) gündə 2 dəfə

12 yaşdan yuxarı yeniyetmələr və böyüklərdə: 1x/q (15 ml) gündə 2 dəfə

Məsləhət görülən dozanı aşmamaq tövsiyə olunur.

Dozalanma üçün ölçü stəkanından istifadə etmək və suspenziyanın ətraf mühitin təsirlərinə uğramamasına çalışmaq lazımdır.

Preparatın komponentlərinə qarşı fərdi həssaslığın olması.

150 ml suspenziya hazırlamaq üçün toz

Melosedinin tərkibində konservantlar olmadığından hazır suspenziyanı soyuducuda 30 gündən artıq saxlamaq olmaz. Qutunun üzərində göstərilən son istifadə müddəti ağzı açılmamış quru toza şamil edilir. Quru, sərin, uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

Perrery Farmaceutici, İtaliya

Spelling error report

The following text will be sent to our editors: