MELAZ

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

MELAZ

MELAZ

Melatonin 3 mq

Yuxugətiricilər

Melatonin maddəsinin xarakteristikası:

Epifiz hormonunun sintetik analoqu
Farmakoloji təsiri:

Farmakoloji təsiri – adaptogen, yuxugətirici, antioksidant

Mərkəzi sinir sistemində QAYT (qamma aminoyağ turşusu) və serotoninin orta beyin və hipotalamus səviyyəsində miqdarını, konsentrasiyasını artırır, QAYT, dofaminin və serotoninin sintezində iştirak edən piridoksalkinazanın aktivliyini artırır. Gün ərzində dövri şəkildə dəyişən yuxu və gümrahlıq müddətini, hərəki aktivliyi, bədən temperaturunu tənzimləyir, beynin intellektual-düşüncə qabiliyyətinə, emosional – şəxsi sferasına müsbət təsir edir. Bioloji ritmi təşkil edir və gecə yuxusunu normallaşdırır. Yuxunun keyfiyyətini artırır, tutma şəkilli baş ağrılarının sayını, başgicəllənməni azaldır, əhval-ruhiyəni yüksəldir. Yuxuyagetməni asanlaşdırır, gecə oyanmalarının sayını azaldır, gündüz gümrah şəkildə oyanmaya səbəb olur, oyandıqda əzginlik, halsızlıq halları yaratmır. Yuxugörməni daha parlaq, emosional dolğun şəkildə edir. Orqanizmin saat dəyişmələrinə qarşı uyğunlaşmasını təmin edir, srtres reaksiyalarını azaldır, neyroendokrin funksiyaları tənzimləyir. İmunostimuləedici və antioksidant xüsusiyyətə malikdir, aterosklerozun və şiş törəmələrinin əmələ gəlməsinin qarşısını alır. Daha uzun müddətdən bəri davam edən yuxu pozuntuları zamanı xüsusilə nəzərəçarpacaq təsir göstərmiş olur. Daxilə qəbul zamanı tez və tam şəkildə absorbsiyaya (bağırsaqlardan sorulur) uğrayır, hematoensefalik baryeri (beyin toxuması- damarlar arasında baryer) asanlıqla keçir.

Göstərişləri: Yuxu pozuntusu, yorğunluq, depressiv sindrom, desinxronoz.

Hiperhəssaslıq, xroniki böyrək çatmazlığı, autoimmun xəstəliklər, hamiləlik, süd vermə dövrü

Baş ağrıları, ürəkbulanma, qusma, diareya, allergik reaksiyalar
Qarşılıqlı təsiri:

Qarşılıqlı təsiri:

MSS – ni (mərkəzi sinir sistemini) tormozlayan preparatların və beta-blokatorların təsirini gücləndirir

Daxilə, 1 tablet gündə 1 dəfə, axşam yatmazdan qabaq qəbul olunur.

Hamilə qalmaq istəyən qadınlara da öncədən preparatın yüngül kontraseptiv təsiri barədə məlumat verilməlidir.

Müalicə müddətində güclü işıqlandırılmış otaqda olmamağa çalışmalı.

üzərində qeyd olunmuşdur. Əgər istifadə müddəti bitərsə, preparatdan istifadə etmək olmaz.

Tablet 3 mq, №30

Reseptsiz. Dərman vasitəsi deyildir.

Balen, Türkiyə

Spelling error report

The following text will be sent to our editors: