MELASOM PLUS

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

MELASOM PLUS

MELASOM PLUS

Melasom plus təbii sakitləşdirici və yuxugətirici preparatdır. Psixi və fiziki gərginliyi aradan qaldıraraq rahat yuxuya getməni təmin edir və təbii gecə yuxusunu bərpa edir. Melasom plus həyəcanı, fizioloji gərginliyi, sinir mənşəli spazmları aradan qaldırır, ümumi və psixoloji vəziyyəti yaxşılaşdırır. Emosional fonda artmış təzyiqi idarə edir.

Tərkibi:

Kalsium 50 mq

Maqnezium 25 mq

Pişikotu 100 mq

Mayaotu 50 mq

Çobanyastığı 50 mq

Qonaqotu 25 mq

Melatonin 5 mq

L-Taurin 50 mq

Maqnezium (Mg) bütün hüceyrələrin normal fəaliyyəti üçün vacib elementdir. Hüceyrələrin həyatı vacib elementi kimi maddələr mübadiləsinin bir sıra reaksiyalarında iştirak edir. Maqnezium ionları neyronların oyanıqlığını azaldır, sinir-əzələ ötürücülüyünü tənzimləyir. Mg defisiti zamanı orqanizmdə titrəyiş, tetaniya, ataksiya, yüksək reflektor oyanıqlıq, yuxu pozğunluğu, ürək ritminin pozulması kimi problemlər yaranır.

Çobanyastığı ekstraktı saya əzələlərin spazmını aradan qaldırır. Sakitləşdirici təsir göstərərək, gərginlik, əsəbilik və yuxusuzluğu kimi problemləri aradan qaldırır.

Melatonin beynin epifiz vəzi tərəfindən sintez olunan maddədir. Yuxu ritmini və keyfiyyətini normallaşdırır. Qocalmanın qarşısını alır. Melatonin stress əleyhinə, antioksidant və immuniteti stimulə edici xüsusiyyətlərə malikdir. Endokrin sistemin işini tənzimləməklə piylənmənin qarşısını alır. Arterial təzyiqi normallaşdırır.

Qonaqotu (passiflora) – əsəbilik, qorxu və həyacan hissini, yuxu pozğunluğunu effektiv olaraq aradan qaldırır. Stressə davamlılığı artırır. Sakitləşdirici və yuxugətirici təsirə malikdir. Yüngül antidepressiv təsir göstərir. MBT- nın neyrogen mənşəli spazmını aradan qaldırır.

Mayaotu ekstraktı tərkibində əsas sakitləşdirici və yuxugətirici maddə – metilbutinondur. Antraglikozid lipulin isə biliyi, qıcıqlanmanı, koronar damarların spazmını aradan qaldırır, nevrozlarda, nevralgiyada zamanı istifadə olunur.

Pişikotu (aktiv komponenti valeporiatlardır) mərkəzi sinir sisteminin oyanıqlığını azaldır, sedativ maddələrin təsirini artırır, spazmolitik təsir göstərir.

Taurin metabolik, hepatoprotektor, kardiotonik və hipotenziv təsirlərə malikdir. Baş beyində neyromediator funksiyasını yerinə yetirir, sinaptik əlaqəni tormozlayır, qıcolma əleyhinə təsir göstərir.

Kalsium (Ca) sümüklərin və dişlərin mineralizasiyası üçün lazım olan əsas mikroelementdir. Sinir-əzələ keçiriciliyində iştirak edir. Kalsiumun digər vacib funksiyaları yerinə yetirir: əzələ və sinirlərin qıcıqlanması, hüceyrədaxili siqnalların ötürülməsi, hüceyrələrin hərəkəti və bölünməsi və s. Kalsiumun çatışmazlığı zamanı sinir – əzələ keçiriciliyinin pozulması, tetanik qıcolmalar və larinqospazm müşahidə oluna bilər.

Yüksək sinir oyanıqlığı, yuxu pozğunluğu

– Stress, qorxu, həyəcan və gərginlik halları, depresiya

– Nevrasteniya, klimakterik sindrom, NSD

– Hipertireoz

– Kardionevroz, hipertoniya, stenokardiya

– Şəkərli diabet zamanı yaranan stress

– Xroniki fiziki və psixi yorğunluq, asteniya

– Pilorospazm, qıçıqlanmış bağırsaq sindromu

1 kapsul yatmazdan 1-1,5 saat əvvəl, hər gün eyni vaxtda qəbul olunmalıdır.

Preparatın tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq, sürücülər və cihazlarla işləyən şəxslər, hamiləlik və laktasiya dövrü

Natures Bounty – ABŞ

Azərbaycanda rəsmi distributor: AZERİMED şirkətidir.

Spelling error report

The following text will be sent to our editors: