Meganorm

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Meganorm

Meganorm

Meganorm

Vasitənin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Tərkibi: 10 ml siropun tərkibinə daxildir:

Balıq yağı (treska balığının qaraciyərindən alınmış)……………… 1800 mq

o cümlədən omeqa-3 polidoymamış yağ turşuları:

EPT ……………………………………. 216 mq
DHT ……………………………………….. 180 mq

Vitamin E ………………………………………….. 1 mkq

Balıq yağı Omeqa-3 polidoymamış yağ turşularının (PDYT) əsas mənbəyindən biri hesab olunur. Omeqa-3 PDYT əsas komponentləri olan eykozapentaen turşusu (EPT) və dokozaheksaen turşusu (DHT) orqanizmdə sintez olunmadığı üçün xüsusi əhəmiyyət kəsb edir. Əvəzolunmaz omeqa-3 PDYT-ları araxidon turşusunun sələfləri ilə rəqabət antaqonizmə girərək bir çox patoloji proseslərin başlanmasına maneçilik törədir. Omeqa-3 PDYT orqanizmdə mübadilə proseslərini normallaşdırır, triqliseridlərin, aşağı sıxlıqlı lipoproteinlərin miqdarını azaldır və bunun nəticəsində beyin qan dövranını yaxşılaşdırır, arterial təzyiqin dəyişməsində baş beyin damarlarının dözümlülüyünü təmin edir. Omeqa-3 polidoymamış yağ turşuları əhəmiyyətli miqdarda baş beyinin qabıq maddəsinində, gözün torlu qişasında və xayalarda mövcuddur. Bu səbəbdən, Meganorm siropun tərkibindəki omeqa-3 PDYT-ları beyin fəaliyyətini və yaddaşı yaxşılaşdırmaq, aterosklerotik prosesin qarşısını almalq, ürək-damar, sinir və cinsiyyət sisteminin funksiyasını aktivləşdirir. Bundan başqa, omeqa-3 polidoymamış yağ turşuları antioksidant təsirə malik olmaqla xolesterini və sərbəst radikalları orqanizmdən xaric edir, həmçinin onkoloji xəstəliklərin profilaktikasında mühüm rol oynayır. Yaraların və çapıqların sağalmasını sürətləndirir.

Omeqa-3 PDYT-ları həmçinin uşaqların inkişafı üçün də çox vacibdir. Omeqa-3 PDYT-larının tərkibinə daxil olan maddələr uşaqların diqqətinin və konsentrasiyasının yaxşılaşdırılması, iltihabi və allergik proseslərin tənzimlənməsi ücun tətbiq olunur. Omeqa-3 PDYT- ları sinir impulslarının ötürülməsini və sinir toxumasında metabolik prosesləri yaxşılaşdırır, dölün mərkəzi sinir sisteminin normal inkişafında mühüm rol oynayır.

Vitamin E antioksidant təsirə malikdir, hüceyrə tənəffüsü prosesində iştirak edir. Orqanizmin toxumalarında metobolizmi yaxşılaşdırır və hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyur, hemin biosintezində iştirak edir. E vitamini çatışmazlığı yarımçıqdoğulmuş və aşağı çəkili uşaqlarda qabarıq şəkildə təzahür edərək miopatiya və nevroloji pozulmalara gətirib çıxara bilər.

Əsas müalicə tədbirləri ilə kompleks şəkildə istifadə edilə bilər:

Uşaqlarda əqli inkişafının ləngiməsində;
Yarımçıqdoğulmuşlarda beynin hipoksik zədələnməsində;
Uşaqlarda yaddaş zəifliyində, diqqət defisiti ilə müşayiət olunan hiperaktivlik sindromunda;
Xroniki yorğunluq sindromunda;
Ürək funksiyasının zəifləməsində;
Dəri xəstəliklərində (müxtəlif növ dermatit və dermatozlar, o cümlədən psoriaz, atopik dermatit);
İmmunitetin zəifləməsində;
Depressiya və digər əhval pozulmalarında;
Anemiya;
Nevroloji pozulmalarda (baş beyin qan dövranının pozulması, kəllədaxili təzyiqinin artması, yaddaş və nitq pozulmaları, digər koqnitiv pozulmalar);
Görmə qabiliyyətinin pozulmalarında;
Cərrahi yaraların müalicəsində (trofiki xoralar, osteomielit, sınıqlar).

Preparatın tərkibinə daxil olan hər hansı bir komponentinə qarşı yüksək həssaslıq;

Yüksək dozada aspirin və antikoaqulyantların qəbulu.

Preparat yeməkdən sonra qəbul olunur.

Yaş

Dozalanma

Qəbul

0 – 1 yaş

2.5 ml

1 dəfə

1 – 3 yaş

5 ml

1 dəfə

3 – 6 yaş

5 ml

2 dəfə

6 – 12 yaş

5 ml

3 dəfə

Böyüklər

10 ml

2 dəfə

Kurs müalicə: 1 – 2 ay

Nadir hallarda − ishal, çox nadir hallarda − səpgilər.

25ºC-dən aşağı temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Qutu və flakonun üstündə göstərilib.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Reseptsiz buraxılır.

Biofaktor Sp. z o.o. Export Department Office Al. Ken 55/28 02-797 Warszawa, Polşa

Rəsmi distribyutor: AzeriMed MMC şirkəti

Spelling error report

The following text will be sent to our editors: