MEGALAN

Ticari adı

MEGALAN

MEGALAN

Hər 5 ml şərbətin tərkibi:

Çobanyastığı efir yağı (Matricaria chamomilla) 0,003 ml

Ballı nanə efir yağı (Melissa officinalis) 0,002 ml

Razyana efir yağı (Foeniculum vulgare) 0.001 ml

Megalan- kombinə olunmuş preparat olub, köpü (meteorizm) və sancını (kolika) aradan qaldırır, həzmi yaxşılaşdırmaqla köpün əmələ gəlməsinin qarşısını alır. Həmçinin körpələrdə sakitləşdirici təsir göstərir.

Çobanyastığı – köpqovucu, spazmolitik, antiseptik, iltihab əleyhinə, sedativ xüsusiyyətlərə malikdir. Bağırsaq divarının spazmını azaltmaqla peristaltikanı normallaşdırır. Mədə-bağırsaq traktında qıcqırma və iltihabi prosesləri azaldır.

Ballı nanə – tərkibi müxtəlif bioloji aktiv maddələrlə zəngin olduğu üçün, təsir spektri genişdir: qeraniol efir yağına görə spazmolitik təsir, sitronella efir yağına görə isə sedativ təsir göstərir. Mədə şirəsi sintezini artırır, mədədə həzmi yaxşılaşdırır və köpün əmələ gəlməsinin qarşısını alır.

Razyana – güclü köpqovucu və mədə-bağırsaq traktında ağrını azaldıcı təsirə malikdir. Həzm pozğunluğu, qıcqırma, ürəkbulanmanı aradan qaldırır. Həmçinin südverən analarda laktasiyanı artırır.

Preparatın tərkibindəki bitkilər efir yağı şəklində olduğundan daha tez (istifadədən 5-20 dəq. sonra) effekt göstərir.

Aerofagiya

– Meteorizm

– Kolika

– Spastik kolit

– Narahatlıq, həyacan hissi

– Qıcıqlanma, gərginlik

– Yuxunun pozulması

Preparatın hər hansı bir tərkib hissəsinə qarşı individual həssaslığın olması

0-2 yaş: 2,5 ml gündə 2 dəfə

2-6 yaş: 2,5 ml gündə 3 dəfə

6-12 yaş: 5 ml gündə 2 dəfə

12-16 yaş: 5 ml gündə 3 dəfə

Preparat yeməkdən 5-10 dəqiqə əvvəl istifadə olunur.

şərbət 100 ml flakonda, istifadə təlimatı ilə birgə karton qutuda.

PHARMEX ROM INDUSTRY