MEGAGLUKAN SYNBİO

Ticari adı

MEGAGLUKAN SYNBİO

MEGAGLUKAN SYNBİO

Hər tabletin tərkibində vardır:

Beta-(β -(1,3/1,6)-Qlükan 500 mq

Probisis (Bacillus subtilis) 20 mq

Vitamin C 80 mq

Sink qlükonat 34,86 mq (5 mq sinkə ekvivalent )

Exinaseya 30 mq

Beta Qlükan (β -(1,3/1,6) -Qlükan)- təbii polisaxariddir. Beta-qlükan orqanizmin təbii immun cavabına təkan verən və immun mexanizmlərin aktivləşməsində mühüm rol oynayan immunomodulyatordur. MBT fermentləri tərəfindən parçalanmır, mədə və öd turşularının təsirinə məruz qalmır. Nazik bağırsaqda dəyişilməmiş şəkildə təsir göstərir. Bağırsaqdakı Peyer ilgəyində olan immun hüceyrələrin (makrofaq) membranlarındakı xüsusi reseptorlarla birləşir, antigeni digər immun hüceyrələrə tanıdır. Fagositoz prosesini aktivləşdirir, bakteriosid maddələrin ifrazını sürətləndirir (lizosim, komplement hissələri, NO və s.). Eyni zamanda interferon, interleykinlər, şiş hüceyrələrini nekrozlaşdırıcı faktoru və s. sintez olunur (IL-1,IL-12,IL-10, IFN-γ,TNF-α və s.). Eyni zamanda,digər immun hüceyrələr və ümumi immun sistem aktivləşir. Beta-qlükan bağırsaqda qismən adi qlükozaya parçalanan təhlükəsiz maddədir. Parçalanmamış qlükan isə orqanizmdən qida lifləri şəklində xaric olunur. Probisis (Bacillus subtilis)- xüsusi seçilmiş immunostimuləedici təsirə malik olan və fransanın “Mikroorqanizm kulturalarının milli kolleksiyasında” I-2745 nömrə ilə qeydiyyata alınmış probiotik ştammdır. Probisis mədə şirəsinin və öd turşunun təsirinə qarşı yüksək davamiyyətə malikdir. Bağırsaq mikroflorasını normallaşdırır, müdafiə funksiyasını gücləndirir və antibiotiklərin mənfi təsirindən qoruyur. Immunokompetent hüceyrələrin miqdarını artıraraq orqanizmin təbii müqavimətini gücləndirir. Probisis diareyanın profilaktikasında və müalicəsində istifadə olunur, qısa müddət ərzində diareyanı aradan qaldırır.

Vitamin C güclü antioksidant olub, immunostimulyator təsirə malikdir. Vitamin C bir sıra bioloji fəal maddələrin oksidləşməsində, birləşdirici toxumanın maddələr mübadiləsində, karbohidrat mübadiləsində, qanın laxtalanmasında, toxumaların regenerasiyasında, steroid hormonların əmələ gəlməsində iştirak edir. Kapilyarların keçiriciliyini bərpa edir. Orqanizmin infeksiyalara qarşı müqavimətini artırır. Sink – 90-a yaxın fermentin vacib tərkib hissəsidir.Sink yeni hüceyrələrin əmələ gəlməsini sürətləndirir, immun sistemin normal fəaliyyəti üçün vacib rol oynayır. Sink orqanizmin infeksiyalara qarşı müqavimətini artırır, xəstəliklər zamanı sağalmanı sürətləndirir. Echinacea purpurea – nın tərkibində qeyri-spesifik stimulyator kimi təsir göstərən və orqanizmin təbii müdafiə gücünü aktivləşdirən aktiv maddələr vardır. Exinaseyanın aktiv maddələri leykositlərin (qranulositlərin) miqdarını çoxaldaraq və faqositozu aktivləşdirərək, insan orqanizmindəki patogen mikroorqanizmlərin çoxalmasına mane olur və onların məhv olmasına şərait yaradırlar. Bundan əlavə, Echinacea purpurea qrip və herpes viruslarına qarşı effektivliyə malikdir.

İmmunodefisit vəziyyət
Tez-tez xəstələnmə halları
Qrip və soyuqdəymə
Yuxarı tənəffüs yollarının kəskin virus infeksiyaları (KRVİ)
Uzun müddətli antibiotikoterapiya
Dizbakterioz
Qaraciyərin müxtəlif etiologiyalı zədələnmələri (virus hepatitləri və s.)
Kəskin bağırsaq infeksiyaları
İinfeksion xəstəliklər (toksoplazmoz, sitomeqalovirus infeksiyası və s.)
Cinsi yolla ötürülən infeksiyaların müalicə və profilaktikası zamanı (xlamidioz, mikoplazmoz və s.)
Allergik xəstəliklər
Radio-və kimya terapiyası nəticəsində immunitetin zəifləməsi
Dəri xəstəliklərinin kompleks müalicəsi
Xroniki yorğunluq sindromu

preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslıq.

6 yaşdan 12 yaşa qədər uşaqlar: 1 həbt gündə 1 dəfə yeməkdən əvvəl.

Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: 2-3 həb gündə 1 dəfə yeməkdən əvvəl

30 həb, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

S.C Pharmex Rom İndustry SRL, Crizantemelor street, no. 1, Mogosoaia, Ilfov, Romania.

NORMA PAN