MEGAFER sirop

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

MEGAFER sirop

MEGAFER sirop

Hər 5 ml-də 50 mq dəmir (dəmir (III) hidroksidin polimaltozla kompleksi) var

Antianemik preparatdır. Megafer siropun tərkibində dəmir – dəmir(III) hidroksid polimaltoz kompleksi şəklindədir. Bu makromolekulyar kompleks stabil olub, dəmir ionlarını sərbəst şəkildə ayırmır. Kompleks quruluşuna görə dəmirin ferritinlə təbii birləşməsinə uyğundur, Ona görə dəmir(III) daxilə qəbul zamanı bağırsaqlardan qana aktiv transport vasitəsilə sorulur və ona görə də dozadan artıq sorulma, preparatla zəhərlənmə praktiki olaraq mümkün olmur. Megafer (dəmir(III) hidroksid polimaltoz kompleksi) prooksidant xüsusiyyətlərə dəmir(II)-nin duzlarından fərqli olaraq malik deyildir.

Dəmirin plazmada transportu qaraciyərdə sintez olunan transferrin vasitəsilədir. Dəmir transferrinlə kompleks şəkildə orqanizmin hüceyrələrinə daşınır, burada isə hemoqlobinin, mioqlobinin və digər fermentlərin sintezinə sərf edilir. Sorulmuş dəmir ferritinin tərkibində qaraciyərdə saxlanılır. Üçvalentli dəmir hemin əmələ gəlməsinə sərf edilir və hemoqlobinin səviyyəsinin qalxmasına səbəb olur. Preparatın qəbulu zamanı həm kliniki simptomların( zəiflik, tez yorulma, başgicəllənmə, taxikardiya, dəri örtüyünün quruması) azalması, həm də dəmir defisiti ilə əlaqədar labarator göstəricilərin normallaşması baş verir.

Preparatın daxilə qəbulu zamanı dəmirin maksimal absorbsiyası onikibarmaq bağırsaqda və nazik bağırsaqda olur. Dəmir defisiti ilə ümumi qan dövranına sorulmuş dəmir arasında korrelyasiya (uyğunluq) mövcuddur, yəni dəmir defisiti nə qədər çox olarsa dəmirin sorulması bir o qədər artıq olur.

latent və kliniki nəzərə çarpan dəmir defisitli anemiya

– dəmir defisitinin profilaktikası: hamiləlik, laktasiya dövrü, uşaqlarda, keçid dövrünün uşaqları, böyüklər( vegeterian pəhrizi saxlayanlar, ahıl dövrü)

Həzm sistemi tərəfdən: nadir hallarda mədə nahiyyəsində ağırlıq hissi, diskomfort, ürəkbulanma, qəbizlik, diareya.

orqanizmdə dəmirin artıq miqdarı (hemosideroz, xroniki hemoliz)

– dəmirin utilizasiyası (mənimsənilməsi) mexanizminin pozulması

– talassemiya

Hamiləlik və laktasiya dövründə dəmir defisitinin uzunmüddətli profilaktikası məqsədilə daxilə qəbulu zamanı preparatın heç bir toksiki, kanserogen və ya mutogen təsiri aşkarlanmamışdır

Preparatın daxilə qəbulu zamanı nəcisin tünd rəngə boyanması müşahidə olunur, bu sorulmamış dəmirin xaric olması ilə əlaqadardır

Hal-hazırkı dövrə qədər Megafer siropun daxilə qəbulu ilə əlaqədar intoksikasiya əlamətləri müşahidə edilməmişdir.

Megafer sirop – 3-5 mq/kq/sut.

Yaş

Dozalanma

Qəbul

0-1 yaş

2.5 ml

1 dəfə

1- 2 yaş

5 ml

1-2 dəfə

2-6 yaş

5 ml

2 dəfə

6-14 yaş

5 ml

2-3 dəfə

Sirop: 50mq/5ml, 150 ml

Spelling error report

The following text will be sent to our editors: