Maqtripin

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Maqtripin

Maqtripin

Maqnezium hidroksid 75 mq

Kalifornia laləsi 110 mq

Yer fındığı 100 mq

L – triptofan 80 mq

Aptek pişikotu 55 mq

Yemişan meyvələrinin ekstraktı 50 mq

Sedativ, antidepressant.

Depressiya, narahatlıq, qorxu, yuxusuzluq;
Fiziki yüklənmə, yorulma ilə əlaqədar olan nevrozabənzər vəziyyətlər;
Klimakterik sindrom, predmenstural sindrom, doğuşdan sonrakı nevrozlar;
Ürək fəaliyyətinin funksional pozğunluqları (kardionevroz, səyrici aritmiya, paroksizmal taxikardiya), hipertoniya;
Hipertireoz, şəkərli diabet.

Maqnezium hidroksid sinir sisteminə təsir göstərərək, həyəcanı aradan qaldırır.

Kalifornia laləsi tərkibi alkaloidlərdən, həmçinin protopindən ibarətdir. Bu isə həyəcanı aradan qaldıraraq, fizioloji yuxunu bərpa edir. Həmçinin anksiolitik və spazmolitik təsirə malikdir.

Yer fındığı tərkibində neyromediator serotonin sələfi olan 5-hidroksi-triptofan saxlayır. Beləki, bu da həyəcanı aradan qaldıraraq, fizioloji yuxunu bərpa edir.

L – triptofan beyində melatoninin miqdarını artıraraq, yuxu və gümrahlıq tsiklini requlə edir.

Dərman pişikotu benzodiazepin və QAMT reseptorlarına təsir göstərərək, MSS – nə anksiolitik və sedativ təsir göstərir. Bu isə narahatlığı aradan qaldırır.

Yemişan meyvələrinin ekstraktı tərkibində proantosianidlər saxlayır. Bu isə MSS-nə sedativ təsir göstərir. Əsasən, stress və narahatlılıqla müşahidə olunan, yuxusuzluq və nevroloji pozğunluqlar zamanı istifadə olunur.

1-2 tablet, axşam saatlarında tövsiyyə olunur.

preparatın komponentlərinə qarşı hiperhəssaslıq.

PHARMALUCE S.r.l. (San Marino)

Eksklüziv nümayəndə: Norma – Pharm

Spelling error report

The following text will be sent to our editors: