MAKSİLEVO

Ticari adı

MAKSİLEVO

MAKSİLEVO

1 tablet: levofloksasin 500 mq

İnfuziya üçün venadaxili məhlul: levofloksasin 5 mq/ml

Maksilevo geniş spektrli III nəsil ftorxinolon qrupu antibiotik olub, ofloksasinin L-izomeridir. Maksilevo bakteriyanın DNT-giraza (Topoizomeraza II) və Topoizomeraza IV fermentlərini blokada edərək DNT –nin çarpaz bağlanmasını və superspirallaşmasını pozur, sitoplazma, hüceyrə divarında və membranında dərin morfoloji dəyişikliklər əmələ gətirir. Maksilevo in vitro və in vivo şəraitdə bir çox mikroorqanizm ştammlarına (aerob qram müsbət, aerob qram mənfi və bəzi anaeroblar, atipik) qarşı aktivdir.

60 dəqiqə ərzində vena daxilinə yeridilən Maksilevo infuziyanın plazmadakı pik konsentrasiyası 6,2 mkq/ml təşkil edir. Maksilevo tablet qida qəbulundan asılı olmadan tez və tam sorulur. Peroral qəbul zamanı Maksilevo 500 mq tabletin bioyararlığı təqribən 100% təşkil edir. Daxilə qəbul olunan preparatın maksimum konsentrasiyası 5,2-6,9 mkq/ml, maksimum zamanı 1,3 saat, yarımatılma dövrü isə 6-8 saat təşkil edir. Zülallarla birləşməsi 30-40% -dir. Bütün orqan və toxumalara asanlıqla penetrasiya olunur: ağciyər, bronxların selikli qişası, bəlğəm, sidik ifrazat sistemi, sümük toxuması, beyin-onurğa mayesi, prostat vəzi, polimorfnüvəli leykosit, alveolyar makrofaqlar. Maksilevo preparatının müəyyən hissəsi qaraciyərdə oksidləşir və ya dezasetilləşir. Preparat 48 saat ərzində dəyişilməmiş halda 87% sidiklə və 72 saat ərzində 4% nəcislə atılır.

  • Yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları: kəskin sinusit, kəskin otit, AXOX, xəstəxanadankənar pnevmoniya, vərəmin kompleks müalicəsi
  • Sidik-cinsiyyət sisteminin kompleks infeksiyaları: pielonefrit, sistit, uretrit, prostatit
  • Dəri və yumşaq toxumanın infeksiyaları
  • Kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri: endometrit, salpinqooforit, vaginit
  • Cinsi yolla ötürülən infeksiyalar (xlamidioz, mikoplazmoz, ureoplazmoz)
  • Septisemiya/bakteriemiya
  • Cərrahi infeksiyalar (əməliyyatdan əvvəl və sonra), intra-abdominal infeksiyalar
  • Sümük və oynaq infeksiyaları

Preparata və digər ftorxinolonlara qarşı həssaslığın olması

–          Uşaqlar və 18 yaşına qədər olan yeniyetmələr

–          Hamiləlik və laktasiya zamanı

500 mq gündə 1 dəfə təyin olunur. Daxilə qəbul zamanı  qidadan asılı olmadan  qəbul olunur. Müalicə müddəti törədicinin həssaslığına və infeksiyanın ağırlıq dərəcəsinə görə təyin olunur.

 Aşagıda qeyd olunan preparatlarla kombinə şəklində verilə bilər: 0,9% -li NaCl məhlulu, 5% -li dekstroza məhlulu, 2,5%-li Ringer məhlulu və s (aminturşular, karbohidratlar, elektrolitlər).

Diqqət: Qeparin və qələvi mühitli məhlullarla (natrium bikarbonat məhlulu) qarışdırmaq olmaz.

500 mq örtüklü tabletlər № 10

İnfuziya üçün venadaxili məhlul 100 ml

Pharmathen – Yunanıstan