Maksifol

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Maksifol

Maksifol

Hər tabletin tərkibində 5 mq fol turşusu vardır

Fol turşusu defisitini aradan götürür , hemopoetik təsir göstərir.Orqanizmdə tetrahidrofol turşusuna çevrilir. Bu meqaloblastların yetişərək normoblastlara çevrilməsinə səbəb olur. Fol turşusu çatmamazlığı zamanı meqaloblastik tipli qanyaranma inkişaf edir. Purin və pirimidin mübadiləsində , nuklein turşularının sintezində , aminturşularının metobolizmində (qlisin, metionin, histidin) iştirak edir. Fol turşusu böyümə prosesləri, inkişaf, toxumaların proliferasiyası , qanyaranma prosesi , embriogenez üçün vacib olan nuklein turşularının biosintezində iştirak edir. Klimakterik dövrdə əvəzedici terapiya zamanı hormon qəbulunu aşagı salmaq məqsədilə istifadə edilə bilər. Adrenalinin əmələ gəlməsində, nikotin turşusu katabolizmində və s. rol oynayır.

Daxilə qəbul olunduqdan sonra fol turşusu mədədə Kastlın daxili faktoru (spesifik qlikoprotein) ilə birləşərək onikibarmaq bağırsağın yuxarı hissəsində sorulur. Bütünlüklə plazma zülalları ilə birləşir. Qaraciyərdə dehidrofolat turşusunun təsiri altında metabolizmə uğrayaraq tetrahidrofol turşusuna çevrilir. C max qanda 30-60 dəq. sonra çatır. Böyrəklərdə həm dəyişilməmiş formada, həm də metabolit formasında xaric olunur.

Meqaloblastik anemiya
Spru, dərman və radiasion anemiya və leykopeniya
Postrezeksion anemiya
Xroniki qastroenterit , bağırsaq vərəmi
Hamiləlik düşüklərinin və döl eybəcərliklərinin qarşısını almaq üçün

Fol turşusuna qarşı yüksək həssaslıq , 10 yaşa qədər uşaqlar

Allergik reaksiyalar , bronxospazm , eritema , dəri səpgiləri

Analgetiklərlə , qıcolma əleyhinə təsir edən preparatlar , antasidlər , xolestiramin , sulfanilamidlər , antibiotiklər , sitostatiklərlə birgə qəbulu preparatın effektliyini azaldır.

Müalicə məqsədilə daxilə 1 tab. gündə 1 dəfə qəbul edilir. Kurs müalicə 20-30 gündür. Hamiləlik planlaşdırılırsa 1-2 ay öncədən , hamiləlik dövrünün ilk günündən son gününə qədər və laktasiya periodunun ilk 6 ayı preparatın qəbulu zəruridir.

Maksifol , tablet 5 mq, N30.

: NABİQASIM İNDUSTRIES, KARACHI—PAKİSTAN

Spelling error report

The following text will be sent to our editors: