LUTEMAX

Ticari adı

LUTEMAX

LUTEMAX

Kombinəolunmuş mineral, vitamin və antioksidant kompleksidir. İnfeksiyalara qarşı müqaviməti artırır, xərçənq hüceyrələrinin inkişafını, saçların tökülməsini, dırnaqların sınmasını, dəri quruluğunu, patoloji piqmentlərin və qırışların yaranmasının qarşısını alır.  Gözün görmə qabiliyyətini yaxşılaşdırır, göz yorğunluğunu aradan qaldırır. 

Tərkibi:

A vit. 3500 TV D vit.  400 TV
B1 vit.  1,5 mq B6 vit.  2 mq
E vit. 30 TV PP 20 mq
B2 vit. 1,7 mq B5 vit. 10 mq
B9  vit.  400 mkq B12  vit.  6 mkq
C vit.  60 mq K vit.  25 mkq
Likopin 300 mkq Lutein  250 mkq
Biotin  30 mkq Yod 150 mkq
Selen 20 mkq Mis 2 mq
Manqan 2 mq Xrom 120 mkq
Xlor 72 mq Kalium   80 mq
Molibden 75 mkq Vanadium     10 mkq
Dəmir 18 mq Maqnezium 100 mq
Sink  15 mq Qalay   10 mkq
Kalsium  162 mq Fosfor  109 mq
Bor  150 mkq Nikel 5 mkq

Lutemax-ın tərkibi zəngin olub, aşağıdakı prosesləri həyata keçirir:

–  Cu, Se, Zn, C vit., E, A, likopin və lutein güclü antioksidant və detoksikant təsir göstərir.

–  B9, B12, C vitaminləri və dəmir orqanizmdə yeni qan hüceyrələrinin əmələ gəlməsində iştirak edir. 

–  E vit. və  Zn hormonların sintezində iştirak edir. 

–  B qrup vitaminlər, Mg, Ca sinir impulslarının ötürülməsini və beyin qan dövranını yaxşılaşdırır. 

–  C vit. və B qrup vitaminlər immuniteti gücləndirir, iştahanı normallaşdırır.

–  Bütün orqan və sistemlərin funksiyasını stimulə edir.

–  Kardioprotektor, hepatoprotektor, nootrop təsirlərə malikdir. 

–  Tərkibindəki Lütein, Likopin və A vit. gözün görmə itiliyini artırır, torlu qişanın qan dövranını yaxşılaşdırır. 

–  B qrup vitaminlər stressin, bağırsaq disbakteriozun və sərbəst radikalların orqanizmdə toplanmasının qarşısını alır. 

Hipo- və avitaminozların müalicə və profilaktikası

–  Mineral maddələrin və mikroelementlərin çatışmazlığı

–  Mədə-bağırasaq pozğunluqları (kolit, enterit, disbakterioz)

–  Vitamin və minerallara tələbatın artdığı dövr: laktasiya dövrü , yeniyetmə dövrü, antibiotikterapiyası, kimyaterapiya, vərəməleyhinə preparatlarla müalicə zamanı, kəskin və xroniki infeksion xəstəliklər, əqli və fiziki yüklənmə

–  İmmunitetin zəifləməsi

–  Müxtəlif dəri xəstəliklərinin kompleks müalicəsi

–  İştahasızlıq 

Preparatın tərkibinə qarşı yüksək həssaslıq

1 həb gündə 1 dəfə yeməkdən sonra

Natures Bounty – ABŞ

Azərbaycanda rəsmi distributor: AZERİMED şirkətidir.