LOPRIL-H 20 mq

Ticari adı

LOPRIL-H 20 mq

LOPRIL-H 20 mq

Hər 10 mq həbin tərkibində:

Təsiredici maddə: Lizinopril 10 mq + hidroxlortiazid 12,5 mq

Hər 20 mq həbin tərkibində:

Təsiredici maddə: Lizinopril 20 mq + hidroxlortiazid 12,5 mq

Köməkçi maddələr:

Kalsium hidrofosfat dihidrat, mannitol, maqnezium stearat,

qarğıdalı nişastası, silisium 4 oksid 

AÇF inhibitoru + diuretik

Farmakodinamikası: Lopril H tərkibindəki lizinopril angiotenzin çevirici fermentin (AÇF)  inhibitoru olub, angiotenzin

I-in angiotenzin II-yə çevrilməsinin qarşısını alır. Lopril  arterial və koronar vazodilatasiya yaradır, həmçinin aldestoronun sekresiyasını ləngitməklə natrium və suyun xaric olmasına səbəb olur. Lopril H tərkibindəki hidroxlortiazid tiazid qrupundan olan diuretik  olaraq, böyrək yumaqcıqlarının distal kanalcıqlarında elektrolitlərin reabsorbsiyasını ləngidir, diurezin artmasına, ümumi sirkulyasiya edən qanın həcminin azalmasına və nəticə olaraq arterial qan təzyiqinin enməsinə səbəb olur.

Farmakokinetikası: Lizinopril mədə-bağırsaq traktından tədricən sovrulur. Biomənimsənilməsi təxminən  30 %-dir, plazmada maksimal konsentrasiyası 7 saatdan sonra müşahidə edilir. Qida qəbulu lizinoprilin absorbsiyasına təsir etmir. Plazma zülalları ilə birləşməsi minimaldır. Biotransformasiyaya məruz qalmır və sidiklə dəyişilməmiş halda xaric edilir. Hidroxlortiazid metabolizmə uğramır və 61 % – i dəyişilməmiş formada ilk 24 saat ərzində xaric olur. Plasentar baryeri keçir, hematoensefalik baryerdən keçmir.

Diuretiklərlə kombinə olunmuş müalicə tələb olunan müxtəlif mənşəli hipertoniya

Lizinopril və digər AÇF inhibitorlarına qarşı yüksək həssaslıq, hidroxlortiazid və digər tiazidlərə qarşı yüksək həssaslıq, anuriya və aortal stenoz, irsi və idiopatik angionevrotik ödem

Ən çox rast gəlinən əlavə təsir başgicəllənmədir ki, bu da preparatın dozasının azaldılmasından sonra aradan qalxır. Digər əlavə təsirlər: başağrısı, quru öskürək, süstlük, hipotenziya. Nadir rast gəlinən yan təsirlər: diareya, ürəkbulanma, qusma, ağızda quruluq, dəri səpgiləri, impotensiya

Müalicə 10 mq doza ilə başlanılır. Maksimal doza günlük 40 mq-dır.

Lopril H 10 mq-lıq № 20 həb

Lopril H 20 mq-lıq № 20 həb

Bosnalijek, Bosniya Herseqovina