LOPRİL 10 mq

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

LOPRİL 10 mq

LOPRİL 10 mq

Hər 10 mq həbin tərkibində:

Təsiredici maddə: Lizinopril 10 mq

Hər 20 mq həbin tərkibində:

Təsiredici maddə: Lizinopril 20 mq

Angiotenzin çevirici ferment (AÇF) inhibitoru.

Lopril angiotenzin çevirici ferment inhibitoru olub pressor sistemlərini inhibə edir. Angiotenzin I-in angiotenzin II-yə çevrilməsinin qarşısını alır. Aldosteron sekresiyasını tormozlayaraq natrium və suyun xaric olmasını sürətləndirir, simpatoadrenal sistemin aktivliyini azaldır. Lopril koronar vazodilatasiya yaradaraq miokardın hipertrofiyasını və remodelləşməsini tormozlayır.

Lopril mədə-bağırsaq traktından tədricən sorulur. Biomənimsənilməsi 30 %-dir. Qəbulundan 7 saat sonra plazmada maksimal konsentrasiyaya çatır. Qida qəbulu LOPRİL-in absorbsiyasına təsir etmir. Plazma zülalları ilə birləşməsi minimaldır. Biotransformasiyaya məruz qalmır və sidiklə dəyişilməmiş halda xaric edilir.

Esensial və renovaskulyar  hipertenziya, ürək çatışmazlığı, infarktdan sonra sol mədəcik çatışmazlığının baş vermə təhlükəsi, diabetik nefro və retinopatiya

Lizinoprilə qarşı yüksək həssaslıq, anamnezdə angio-nevrotik ödemin olması, aortal stenoz

 

LOPRİL Başlanğıc doza Saxlayıcı doza Maksimal doza Gündə 1 dəfə
Esensial hipertenziya 5 mq 10-20 mq 40 mq
Ürək çatışmazlığı 2,5 mq 5-10 mq  20 mq
Kəskin miokard infarktı (stabil hemodinamika zamanı) 5 mq (48 saatdan sonra 10 mq) 10 mq 10 mq
Kəskin miokard infarktı (sistolik arterial təzyiq 120 mm.c.süt. aşağı olarsa) ilk 3 gün 2.5 mq 5 mq 5 mq
Diabetik nefro və retinopatiya 2,5 mq 10 mq 20 mq
Renovaskulyar hipertenziya 5-10 mq 5-40 mq 40 mq

Böyrək çatışmazlığı doza sxemi:

Kreatininin klirensi (ml/dəq) İlkin doza (mq/gündə)
<70 5-10
<30 2.5-5
<10 2.5

Lopril 10 mq № 20 həb

Lopril 20 mq № 20 həb

Bosnalijek, Bosniya Herseqovina

Spelling error report

The following text will be sent to our editors: