LİZOBAKT

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

LİZOBAKT

LİZOBAKT

Ağız boşluğu və yuxarı tənəffüs yollarının

xəstəlikləri üçün yerli antiseptik vasitə.

Tərkibi:

Təsiredici maddə:

Lizosim hidroxlorid 20 mq

Piridoksin hidroxlorid 10 mq

Köməkçi maddə: laktoza, maqnezium stearat, saxarin natrium, vanilin.

Ağız boşluğu və yuxarı tənəffüs yollarının xəstəlikləri üçün yerli antiseptik vasitə

LİZOBAKT həbləri tərkibində lisozim hidroxlorid və piridoksin hidroxlorid adlı iki aktiv komponentdən ibarət kombinə olunmuş oral antiseptikdir. Lizosim hidroxlorid zülal mənşəli ferment olub, bir sıra qram müsbət və qram mənfi bakteriyalara, eləcə də göbələk və viruslara qarşı yüksək həssaslıq göstərir. Piridoksin hidroxlorid antiaftoz effekt göstərərək, ağız boşluğunun selikli qişasına qoruyucu təsir göstərir.

Peroral qəbuldan sonra lizosim və piridoksin mədə-bağırsaq sistemindən yaxşı sorulur. Lizosim qanda maksimal həddə 1 – 1.5 saata, piridoksin isə 1.25 saat sonra çatır. Hər iki komponent orqanizmdə yaxşı paylanır. Lizosim xüsusilə selikli qişalarda, piridoksin əzələlərdə toplanır. Piridoksin plasentar səddən keçir və ana südü ilə xaric olur. Metabolik parçalanmadan sonra lizosim sidiklə xaric olur.

LİZOBAKT ağız boşluğu və yuxarı tənəffüs yollarının xəstəliklərində istifadə edilən lokal antiseptik vasitə olub angina, tonzillit, tonzilektomiyadan sonra profilaktik məqsədlə, faringit, gingivit, stomatit, ağız boşluğunun kandidozu, xoralı-eroziv və herpetik zədələnmələri və həmçinin süd yarasının müalicəsində istifadə edilir.

Lizosim hidroxlorid, piridoksin hidroxlorid və ya tərkibdə olan digər maddələrə qarşı həddindən artıq həssaslıq zamanı qəbul etmək məsləhət görülmür .

Hamiləlik və laktasiya dövründə istifadəsi mümkündür.

LİZOBAKT preparatının antibiotiklərlə (penisilin, xloramfenixol, nitrofuran) birgə qəbulu zamanı antibakterial vasitələrin terapevtik effektliyini daha da artıraraq yüksək müalicəvi təsir göstərir.

12 yaşdan yuxarı uşaqlar və böyüklər 2 həb gündə 4 dəfə, 10-12 yaş arası uşaqlar 1 həb gündə 4 dəfə, 7-10 yaş arası uşaqlar 1 həb gündə 3 dəfə, 3-7 yaş arası uşaqlar 1 həb gündə 2 dəfə qəbul edilir. LİZOBAKT 3 yaşdan aşağı uşaqlarda həkim təyinatına uyğun istifadə edilir.

Qəbul qaydası:

Həb yavaş-yavaş sorularaq əridilir. Həll olmuş maddəni mümkün qədər uzun müddət ağzınızda saxlayın. Həbləri udmaq olmaz! Müalicə müddəti 8 gündür, lazım gələrsə müalicə müddətini uzatmaq olar.

Sovurma həb №30

Bosnalijek, Bosniya Herseqovina

Spelling error report

The following text will be sent to our editors: