Lindaflor

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Lindaflor

Lindaflor

(Vaginal duş)

 

Tərkibi:

Çay ağacının efir  yağı (Melaleuca Alternifolia)

Dərman adaçayının (Salvia officinalis) qlikol ekstraktı

Çobanyastığının (Matricaria chamomilla) qlikol ekstraktı

Ölü dənizin duzu

Süd turşusu

Bor turşusu

LindoFlor uşaqlıq yolunda  patogen mikroorqanizmlərin artıb-çoxalmasının qarşısını alaraq, uşaqlıq yolu iltihabı zamanı müşayiət olunan qıcıqlanma, göynəmə, pis qoxu və ifrazatı aradan qaldırır.

Çay ağacının efir yağı – antiseptik, bakterisid,virus və göbələk əleyhinə güclü təbii vasitədir. Dəri və selikli qişaların ödemini aradan qaldırır və regenerasiyasını sürətləndirir.

Dərman adaçayı – antiseptik, iltihab əleyhinə və büzüşdürücü təsirə malikdir.

Çobanyastığı ekstraktı –  gigiyenik vasitəyə spazmolitik, sakitləşdirici və ödem əleyhinə xüsusiyyətlərinə görə əlavə olunub.

Ölü dənizin duzu – göbələk əleyhinə və bərpaedici xüsusiyyətlərə malikdir. Dermatologiya və kosmetologiyada məhz bu təsirlərinə görə uğurla istifadə olunur. Bitki mənşəli efir yağları ilə kombinasiyada təsiri güclənir.

Süd turşusuuşaqlıq yolunun fizioloji pH-nı qoruyub saxlayır, patogen mikroorqanizmlərin yayılmasının qarşısını alır, uşaqlıq yolu selikli qişasının süd turşusu bakteriyalarının normal fəaliyyətini təmin edir.

Bor turşusu antiseptik təsir göstərərək uşaqlıq yolunda patogen mikroorqanizmlərin artmasının qarşısını almaqla yanaşı normal floranı da bərpa edir. Bor turşusunun təsiri çay ağacının hasil etdiyi efir yağlarının iştirakı ilə güclənir.

uşaqlıq yolunun göbələk və bakterial mənşəli infeksiyalarının müalicəsi.

Preparatın komponentlərinə qarşı hiperhəssaslıq. Hamiləlik zamanı istifadə etmək olmaz. Həkim məsləhəti olmadan uzun müddət istifadə etmək olmaz.

Lindoflor 5 gün ərzində, gündə 1 dəfə olmaqla axşamlar istifadə olunur.

140 ml-lik 5 ədəd flakon və 5 ədəd birdəfəlik aplikator.

PHARMALUCE S.r.l. (San Marino)

Eksklüziv nümayəndə : Norma – Pharm

Spelling error report

The following text will be sent to our editors: