Levozin

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Levozin

Levozin

LEVOZIN

Loratadin 10 mg N10

Loratadin 1mg/ml – 120 ml

Antihistamin,allergiya əleyhinə

Tərkibi:

Loratadin 1mg/1ml,şərbət-120 ml;

Loratadin 10 mg,tablet N 10

Loratadin H1 reseptorların blokatoru olub,onların histaminlə qıcıqlanmasının qarşısını alır və eyni zamanda tosqun hüceyrələri blokada edərək,histamin ifrazının qarşısını alır.Allergiya,iltihab,ödem,qaşınma,ekssudasiya , saya əzələlərin spazmı,damar keçiriciliyi əleyhinə təsir göstərir.Loratadin daxilə qəbuldan sonra mədə-bağırsaq traktından tez bir zamanda sovrulur,plazmada maksimal konsentrasiyaya 1-1,5 saatdan sonra çatır.Preparatın birdəfəlik daxilə qəbulundan sonra təsiri 0,5 saat sonra başlayır,24-48 saat davam edir. Loratadin  plazma züllaları ilə 97-99% birləşir.Loratadin CYP3A4 və CYP2D6 izoenzimlərinin təsiri altında tamamilə qara ciyərdə metabolizmə uğrayır.Loratadinin yarımatılma dövrü 8,4 saatdır.Qəbuldan 24 saat sonra dozanın 27%-i böyrəklərlə xaric olur.

Müxtəlif mənşəli allergiyalar

Mövsümi və ilboyu davam edən allergik rinit

İdiopatik xroniki övrə

Allergik-obstruktiv bronxit

Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr:

1tablet gündə bir dəfə.

Uşaqlar:

6 yaşdan 12 yaşadək və bədən çəkisi 30 kq-dan çox olan uşaqlar: 10 ml (2 ölçü stəkanı)gündə bir dəfə.

2 yaşdan 6 yaşadək və bədən çəkisi 30 kq-dan az olan uşaqlar : 5 ml(1 ölçü stəkanı) gündə bir dəfə.

Levozin preparatı 2 yaşadək uşaqlara tövsiyə olunmur.

Yaşlı pasiyentlərdə doza korreksiyasına ehtiyac yoxdur.

Loratadinə və preparatın komponentlərinə qarşı hiperhəssaslıq.

yuxululuq(1,2%),baş ağrısı (0,6%),iştahanın yüksəlməsi (0,5%) və yuxusuzluq(0,1%).

Levozin tablet 10 mg N10

Levozin sirop 1 mg/ml,120 ml

Levozin tablet – 5il

Levozin sirop – 3 il

Reseptsiz buraxılır

EGİS Farmasevtik zavod ASC,Macarıstan

Spelling error report

The following text will be sent to our editors: