LARGOVIT KIDS

Ticari adı

LARGOVIT KIDS

LARGOVIT KIDS

Tərkibindəki vitaminlər təbii üsulla alınıb. Orqanizmi infeksiyalara qarşı müqavimətini artırır.

Ürək, həzm və sinir sistemin normal fəaliyyətinə kömək edir. İştahanı yaxşılaşdırır.

Orqanizmdən tam sorularaq tez təsir göstərir.

Tərkibi:

A vit. 2500 BV

E vit. 15 BV

D vit. 400 BV

B1 vit. 1,05 mq

B2 vit. 1,2 mq

B6 vit. 1,05 mq

B12 vit. 5 mkq

PP vit. 13,5 mq

C vit. 250 mq

Fol turşusu 300 mkq

Natrium 15 mq

Uşaq üçün təbii polivitamin kompleksi

A vit. – gözün görmə funksiyasını normallaşdırır. Sümüklərin böyüməsinə, möhkəmlənməsinə, dərinin, saçın, dişlərin və damağın sağlam qalmasına kömək edir. Orqanizmi infeksiyalara qarşı müqavimətini artırır. Uşaqlarda maddələr mübadiləsini və boyun inkişafını normallaşdırır.

E vit. – antioksidant təsir göstərir. E Vitamin toxuma tənəffüsündə iştirak edir, zülalların, karbohidratların və yağların mübadiləsində iştirak edir.

D2 vit. – bağırsaqdan kalsium və fosforun sorulmasını normallaşdırır, sümüklərin normal böyüməsini və inkişafını təmin edərək raxitin əmələ gəlməsinin qarşısını alır.

B1 vit. – antinervitik vitamindir, orqanizmdə fosforlaşma prosesləri hesabına kokarboksilazaya çevrilir ki, o da bir çox fermentlərin kofermentidir. Tiamin karbohidrat, zülal və yağ mübadiləsində, sinapslarda impulsların ötürülməsində iştirak edir. Ürək, həzm və sinir sistemin normal fəaliyyətinə kömək edir.

B2 vit. – karbohidrat, zülal və yağ mübadiləsində iştirak edir. Riboflavin qırmızı qan hüceyrələrinin, hemoqlobinin sintezində, antitellərin əmələ gəlməsində, görmənin yaxşılaşmasında, toxuma tənəffüsündə və regenerasiyasında iştirak edir. Riboflavinin əsas funksiyalarından biri də B6 vitaminini aktiv formaya keçirir.

B6 vit. – maddələr mübadiləsində əsas rol oynayır, aminturşuların və zülalların metabolizmində, eritrositlərin yetişməsində, hemoqlobinin, neyromediatorların (asetilxolin, QAYT sintezində iştirak edir. Piridoksin mərkəzi və periferik sinir sisteminin fəaliyyətini normallaşdırır.

B12 vit. – kəskin və xroniki hipoksiya zamanı oksigenin hüceyrələr tərəfindən mənimsənilməsini artırır. Sinir sistemin funksiyasını normallaşdırır, yaddaşı yaxşılaşdırır, normal boy inkişafı üçün vacibdir. B12 vitamini antianemik təsir göstərərək, qan yaranma orqanlarının funksiyasını idarə edir. Fol turşusunu aktiv formaya keçirir. Mielin qişanın sintezini bərpa edir.

Fol turşusu – qan yaranma orqanlarının funksiyasını aktivləşdirərək, anemiyanın yaranmasının qarşısını alır.

C vit. – fol turşusu və dəmirin metabolizmində iştirak edir. Kapillyar keçiriciliyini normallaşdırır. Vitamin C orqanizmin infeksiyalara qarşı olan müqavimətini gücləndirir, iştahanı yaxşılaşdırır.

PP vit. – hüceyrə tənəffüsündə, yağ və karbohidrat mübadiləsində iştirak edir. Sinirin fəaliyyətində və həzm sisteminin funksiyasında iştirak edir. PP vitamini orqanizmdən toksinləri xaric edir, xırda kapilyarlarda qan dövranını yaxşılaşdırır.

Natrium sinir-əzələ sisteminin funksiyasında vacib elementlərdən biri sayılır.

Hipo- və avitaminozların müalicə və profilaktikası

– İştahasızlıq

– Tez-tez xəstələnən uşaq sindromu

– İmmunitetin zəifləməsi

– Müxtəlif infeksion xəstəliklər zamanı

– Intensiv inkişaf dövrü

– Fiziki və əqli inkişafdan geri qalma

– Mədə-bağırsaq xəstəlikləri (kolit, enterit, disbakterioz)

– Dermatit, piodermiya, dermatoz

tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq.

2 – 6 ½ çeynəmə həb gündə 1 dəfə

6 yaşdan yuxarı uşaqlara 1 çeynəmə həb gündə1 dəfə

№ 30 çeynəmə həb

Nature’s Bounty – ABŞ

Azərbaycanda rəsmi distributor: AZERİMED şirkətidir.