LANOMYCİN

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

LANOMYCİN

LANOMYCİN

1 ampulun tərkibi:

Amikasin sulfat  500 mq/2 ml

Geniş təsir spektrli III nəsil aminoqlikozid qrupu antibiotik

Amikasin sulfat parenteral təyin olunan, geniş təsir spektrli, amino- qlikozid qrupuna aid olan antibiotikdir. Amikasin 30S ribosomuna birləşərək zülal sintezini inhibə edir, bakteriyanın sitoplazmatik membranının morfoloji strukturunu pozur, ona görə də bakterisid təsir göstərir. Aerob qram-mənfi bakteriyalara qarşı yüksək aktivlik göstərir: Pseudomonas aeruginosa, Escherichia coli, Klebsiella spp., Serratia spp., Providencia spp., Enterobacter spp., Salmonella spp., Shigella spp. Bəzi qram-müsbət bakteriyalara qarşı da aktivlik göstərir: Staphylococcus spp. (həmçinin penisillinə və bəzi sefalosporinlərə qarşı rezistent olan). Streptococcus spp. qarşı çox zəif aktivlik göstərir.

Penisillin qrupu antibiotiklər ilə birgə təyini zamanı Enterococcus faecalis ştammlarına qarşı sinergist təsir müşahidə olunur. Amikasin sulfat tobramisin, gentamisin, kanamisin antibiotiklərindən fərqli olaraq Pseudomonas aeruginosae ştammlarına qarşı aktivlik göstərir.

Əzələ daxilinə birdəfəlik yeridildikdən sonra tez bir müddətdə və tamamilə sorulur. Plazmada maksimum konsentrasiya toplayır və terapevtik konsentrasiyasını 10-12 saat qoruyub saxlayır. Bütün orqan və toxumalara asanlıqla penetrasiya olunur: ağciyərlər, bronxların selikli qişası, bəlğəm, sidik- ifrazat sistemi, beyin-onurğa mayesi, az miqdarda öd və s. Böyüklərdə hematoensefalik baryeri keçmir, amma uşaqlarda beyin-onurğa beyni mayesində yüksək konsentrasiya toplayır. Plasentar baryeri asanlıqla aşır: dölün qanında və amnion mayesində amikasin sulfat müşahidə olunur. Amikasin sulfat plazma zülalları ilə 10-15 % birləşir, metabolizmə uğramır. Yarımatılma dövrü böyüklərdə təqribən 2-4 saat təşkil edir. 65-94% dəyişilməmiş halda sidiklə xaric olunur. Böyrək klirensi 79-100 ml/dəqiqəyə yaxındır.

Lanomycin qram-mənfi mikroorqanizmlər tərəfindən törədilmiş infeksion-iltihabi xəstəliklər zamanı təyin olunur (kanamisin, gentamisin, tobramisinə qarşı rezistent olanlar):

–          Tənəffüs yollarının infeksion xəstəlikləri: bronxit, pnevmoniya, plevrit, ağciyərlərin absesi, plevranın empieması

–          Vərəmin kompleks müalicəsi

–          Mədə-bağırsaq traktı infeksiyaları

–          Qarın boşluğu orqanlarının infeksion xəstəlikləri: peritonit, öd yolları infeksiyaları

–          Sepsis, bakterial endokardit

–          Mərkəzi sinir sisteminin infeksiyaları (meningit daxil olmaqla)

–          Sidikçıxarıcı yolların infeksion xəstəlikləri: pielonefrit, sistit, uretrit, prostatit

–          Dəri və yumşaq toxumanın infeksiyaları, irinli yara və yanıq infeksiyaları

–          Sümük və oynaq infeksiyaları (osteomielit daxil olmaqla)

–          Ginekoloji infeksiyalar: salpinqooforit, endometrit, yumurtalıqların kistası

–          Cərrahi infeksiyaların profilaktikası məqsədilə (əməliyyatdan əvvəl və sonra)

Preparatın dozalanması individual olaraq xəstənin bədən çəkisi, xəstəliyin ağırlıq dərəcəsi, infeksiyanın növü və lokalizasiyasından asılı olaraq təyin olunur. Lanomycin əzələ daxilinə və ya vena daxilinə (şırnaqla 2 dəq. ərzində və ya damcı üsulu ilə) təyin olunur.

Böyüklər və 12 yaşından böyük uşaqlar: 5 mq/kq/gün 8 saat fasilə ilə və ya 7,5 mq/kq /gün 12 saat fasilə ilə 7-10 gün müddətində təyin olunur. Böyüklər üçün maksimal doza 15 mq/kq/gün olub, gün ərzində 1,5 q-dan artıq olmamalıdır.

Tənəffüs yolu infeksiyaları, septisemiya, sidikcinsiyyət yollarının infeksiyaları, febril neyropeniya zamanı: 15 mq/kq dozada gündə 1 dəfə v/d təyin olunur. Sidikçıxarıcı yolların fəsadlaşmamış infeksiyaları zamanı: 250 mq hər 12 saatdan bir təyin olunur, hemodializdən sonra 3-5 mq/kq/gün  dozada təyin olunur. Yanıq infeksiyaları zamanı 5-7,5 mq/kq doza gün ərzində 4-6 saat fasilə ilə təyin olunur (belə xəstəliklərdə T ½ qısa olduğundan – 1-1,5 saat). V/d damcı üsulu ilə yeridilən zaman: Amikasin sulfat 5%-li 200 ml qlükoza (dekstroza) və ya 0,9% -li natrium xloridin izotonik məhlulunda həll edilir və 30-60 dəqiqə ərzində vena daxilinə damcı üsulu ilə yeridilir. Lanomycin preparatının vena daxilinə yeridilən məhlulda həllolma konsentrasiyası 5 mq/ml dozadan artıq olmamalıdır.

Lanomycin-lə kurs müalicə v/d istifadə zamanı 3-7 gün, ə/d istifadə zamanı 7-10 gündür.

Allergiya əlamətləri: dəri səpkisi, Kvinke ödemi və s.

Mədə-bağırsaq traktının pozğunluqları (2% hallarda): ürəkbulanma, qusma, ishal, hiperbilirubinemiya

Nadir hallarda neyrotoksik, nefrotoksik, ototoksik təsir

Preparata qarşı yüksək həssaslıq, eşitmə sinirinin nevriti, ağır xroniki böyrək çatışmazlığı (azotemiya, uremiya), hamiləlik və laktasiya dövrü

Lanomycin 500 mq/ 2 ml №1 ampul, içlik vərəqə ilə birlikdə karton qutuda.

PHARMATHEN S.A. – 6, DERVENAKION STR.

153 51 PALLINI, ATTICA, Yunanıstan

Spelling error report

The following text will be sent to our editors: