Laktober 150ml

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Laktober 150ml

Laktober 150ml

LAKTOBER

Vasitənin istifadəsi üzrə təlimat

Tərkibi: (hər 5 ml – də)

Laktuloza…………………………………………………… 260 mq

Fruktooliqosaxarid (inulin 90%)…………………. 1000 mq

Həll olan qida lifləri (fibergum)…………………….. 700 mq

Qara gavalı şirəsi ……………………………………….. 125 mq

Laktober bağırsağın peristaltikasını və evakuasiya funksiyasını artırır, həzm fermentlərinin və ödün sekresiyasını stimullaşdırır. Bağırsaq mikroflorasını bərpa edir. Spazmolitik təsir göstərir.

Laktuloza yarımsintetik disaxarid olub 1 molekul qalaktoza və 1 molekul fruktozadan ibarətdir. Laktuloza osmotik təsir göstərən işlədicidir. Daxilə qəbul etdikdən sonra dəyişilməmiş şəkildə yoğun bağırsağa qədər çatır. Belə ki, nazik bağırsaqda onu parçalayan enzimlər yoxdur. Yoğun bağırsaqda bakteriyaların təsirindən laktulozanın parçalanması nəticəsində kiçik molekullu üzvi turşular əmələ gəlir. Bu zaman yoğun bağırsaq boşluğunda osmotik təzyiq və turşuluq artır, pH azalır, bağırsağın peristaltikası və sekresiyası qüvvətlənir. Laktulozanın təsirindən nəcis daha yumşaq və formalaşmış olur. İşlədici effekt 1-3 gün ərzində əhəmiyyətli dərəcəyə çatır. Portal – sistem ensefalopatiya zamanı istifadə olunarkən Laktober yoğun bağırsaqda parçalanır, əmələ gələn üzvi turşular bağırsaqdakı ammonyakla birləşərək ammonium duzlarına çevrilir. Yoğun bağırsaqda amonyakın miqdarı azaldıqca qanda yüksək səviyyədə olan amonyak bağırsağa keçir və ammonium duzları şəklində bağlanır. Yoğun bağırsaqda toplanan amonyak və ammonium ionları sürətlə orqanizmdən xaric olur ki, bu da onların toplanmasını və absorbsiyasını azaldır, qanda ammonyakın miqdarını aşağı salır. Nəticədə qaraciyər prekoması və koması zamanı xəstənin vəziyyətini yaxşılaşdırır və ya xəstəliyin inkişaf etməsinin qarşısını alır.
Laktuloza molekulu kor bağırsağa dəyişilməmiş şəkildə çatır. Kor bağırsaqda metabolizmi başlayan laktuloza bağırsaq bakteriyalarının təsirindən əvvəlcə qalaktoza və fruktozaya qədər parçalanır, sonra isə onlar süd, sirkə və qarışqa turşularına çevrilirlər. Bu parçalanma məhsullarının yalnız bir hissəsi sorulur. Eyni zamanda sorulmamış molekulların toplanmasına görə yoğun bağırsağın boşluğunda osmotik təzyiq artır və işlədici effekt yaranır.
İnsanlar və heyvanlar üzərində aparılan tədqiqatlar göstərir ki, laktulozanın çox az hissəsi qana sorulur. Laktuloza nazik bağırsaq ekstraktları ilə inkubasiya olunarsa, 24 saat ərzində heç bir kimyəvi dəyişikliyə uğramır. Həmçinin, bu ekstraktlar bakteriyaların laktulozanı parçalamasına da heç bir təsir göstərmir. Daxilə qəbul zamanı 24 saat ərzində laktulozanın bir dozasının təxminən 3%-i sidiklə xaric olur.

Fruktooliqosaxaridlər (FOS) bağırsağın normal mikroflorası üçün qida mənbəyi olmaqla bifidobakteriyaların sürətli çoxalmasını təmin edərək patogen mikrofloranı sıxışdırır və bununla da disbioz əlamətlərini aradan qaldırır. Bağırsaq peristaltikasını bərpa edir, həzmi yaxşılaşdırır, detoksikant, adaptogen, antioksidant, immunomodulyator təsir göstərir. Vitaminlərin, mineralların, yağların, zülalların və karbohidratların bağırsaq tərəfindən sorulmasını təmin edir.

İnulin mədənin xlorid turşusunun və bağırsaq fermentlərinin təsiri altında fruktoza və fruktoza zəncirlərinə parçalanaraq qana sorulur. İnulin vitamin və mineralların mənimsənilməsində iştirak edir (əsasən Са, Mg, Zn, Сu, Fe və Р). Parçalanmamış hissəsi orqanizmi yağ turşuları, kimyəvi maddələr, ağır metallar kimi zərərli maddələrdən təmizləyir. Eyni zamanda inulin orqanizmdən şlakların xaric olunmasını təmin edir. İnulin bifido və laktobakteriyaların miqdarının artmasına şərait yaradaraq bağırsaqdakı patogen bakteriyaların inkişafının qarşısını alır. Yüngül işlədici, antitoksik, müdafiə və bürüyücü təsir göstərərək mədənin selikli qişasının qida tərəfindən mexaniki qıcıqlanmasının qarşısını alır.

Həll olan qida lifləri (fibergum) – suyu bağırsaq mənfəzində saxlayaraq, bağırsağın hərəki funksiyasını təmin edərək orqanizmin təbii təmizlənməsinə səbəb olur. Qida lifləri bağırsaqda xeyirli bakteriyaların həyat fəaliyyətini (vitaminlərin, aminturşuların, xüsusi yağ turşularının sintezində iştirak edərək bağırsaq hüceyrələrinin yenilənməsində iştirak edir) yüksəldir, nəticədə bakteriyaların miqdarı artır. Qida lifləri ağır metal duzlarını, radionukleidləri adsorbsiya edərək sorulmasına mane olur. Qida lifləri yoğun bağırsağın funksiyasını normallaşdırır. Əgər qida liflərinin çatışmazlığı olarsa, adət halını almış qəbizlik yaranır və gələcəkdə spastik kolitə çevrilir.

Qara gavalı şirəsi fruktoza, qlükoza, vitamin A, B1, B2, C, kalium, fosfor, kalsium, maqnezium, dəmir, manqan, mis, xrom, yod, flor, sink, pektin və dubil maddələri, azot birləşmələri, üzvi turşularla (alma, limon) zəngindir. Qara gavalı şirəsi antibakterial, ödqovucu xüsusiyyətə malikdir . Həmçinin, immuniteti, iştahanı və bağırsaqların peristaltikasını artırır, mədə-bağırsağın motor-sekretor funksiyalarını normallaşdırır, yüngül işlədici təsir göstərir. Escherichia coli, staphylococcus aureus, salmonella, shigella dysenteriae və bir çox patogen mikroorqanizmlərə qarşı antaqonist təsir edərək prebiotik təsir göstərir. Normal bağırsaq mikroflorasını bərpa edir, uzun sürən qəbizlikdə, mədə qıcqırmasında effektiv təsir edir. Sidikqovucu, spazmolitik təsirlərə malikdir. Bağırsağın peristaltikasını artırır. Qara gavalı orqanizmdən xolеstеrini çıxarır, atеrosklеroz və öd kisəsi xəstəliklərində faydalıdır.

Uşaqlarda və böyüklərdə kəskin və xroniki qəbizliklərin müalicəsində işlədici kimi;
Hamiləlik dövründə qəbizliyin müalicəsi məqsədilə (2 trimestrdən sonra);
Qurd invaziyasının kompleks müalicəsi
Yoğun bağırsağın peristaltikasının ləngiməsi zamanı yaranan qəbizlik
Disbiozu olan şəxslərin qida rasionunun tərkibində
Babasil, proktit, anal çatın kompleks müalicəsi zamanı
Antibiotikoterapiyadan, şüa və kimyəvi müalicədən sonra bağırsağın normal mikroflorasını bərpa etmək məqsədilə

Preparatın komponentlərinə qarşı fərdi həssaslığın olması, bağırsaq keçməməzliyi

Digər dərmanlarla və maddələrlə birlikdə təyin oluna bilər.

Vasitə yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur.

Yaş

Doza

Qəbul

0 – 1 yaş

2,5 ml

gündə 1-2 dəfə

1 – 3 yaş

5 ml

gündə 2 dəfə

3 – 6 yaş

5 ml

gündə 3 dəfə

6 – 12 yaş

10 ml

gündə 2 – 3 dəfə

Yeniyetmələr və böyüklərdə

10 ml

gündə 3 – 4 dəfə

Heç bir əlavə təsir müşahidə olunmur.

Laktober 150 ml məhlul, ölçü qaşığı, içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Otaq temperaturu 25°C- dən aşağı olmaq şərti ilə quru, sərin, qaranlıq, uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

İstehsal tarixi flakonun və qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş preparatdan istifadə etmək olmaz.

Reseptsiz buraxılır. Dərman vasitəsi deyildir.

S.C. Pharmex Rom Industry SRL. Crizantemelor street, 1. Mogosoaia-Ilfov, Romania

Eksklüziv distribütor

“AZERİMED” MMC

Spelling error report

The following text will be sent to our editors: