Lactober sirop

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Lactober sirop

Lactober sirop

LACTOBER sirop

TƏRKİBİ:

Hər 10ml siropun tərkibinə 6,8q laktuloza daxildir.

Laktuloza disaxariddir. Peroral istifadədə mədə-bağırsaq sistemindən sorulmur. Orqanizmdə müvafiq fermentlər olmadığı üçün laktuloza parçalanmadan yoğun bağırsağa dəyişilməmiş şəkildə çatır. Lactobacillus acidophilus və Lactobacillus bifidus kimi bakteriyaların miqdarının artması səbəb olur. Yoğun bağırsaqda laktuloza bağırsaq florasının təsirilə kiçik molekullu üzvi turşulara – əsasən süd turşusuna və qismən qarışqa və sirkə turşusuna parçalanır. Bunun nəticəsində yoğun bağırsaq mənfəzində pH enir və osmotik təzyiq artır. Nəcis kütləsinin həcmi artır, bu da yoğun bağırsağın peristaltikasını stimullaşdırır və nəcis kütləsinin konsistensiyasını normallaşdırır. İşlətmə effekti qəbuldan 24-48 saat sonra baş verir.

Laktuloza ammonyakın qandan bağırsağa diffuziyasını artırır və orqanizmdən xaric edilməsinə şərait yaradır. Həmçinin, ammonyakın ionlaşmış (bağırsaqdan sorulmayan) formaya keçməsini təmin edərək, MSS-ni neyrotoksinlərin təsirindən qoruyur.

Laktuloza yoğun bağırsaqda salmonellaların inkişafını ingibə edir, ona görə də salmonellyozun kompleks müalicəsində istifadə edilir.

Qəbizlik (həmçinin, uşaqlarda, yaşlı insanlarda və hamilələrdə xroniki qəbizlik zamanı)
Bağırsaqların fizioloji ritmini normallaşdırması
Qaraciyər ensefalopatiyası, qaraciyər prekoma/koması (müalicə və profilaktikası)
Tibbi məqsədlə nəcisin yumşaldılması (hemorroidal düyünlər, yoğun bağırsaqda və anal dəlik ətrafında aparılan cərrahi əməliyyatlar, cərrahi əməliyyatdan sonrakı dövr)
Bağırsağın dizbakteriozu
Antibiotikoterapiyadan sonra bağırsaq mikroflorasının korreksiyası
Salmonella və ya şigella-rın törətdiyi enterit
İşlətmə dərmanlarından sui istifadə

LACTOBER səhər yemək vaxtı daxilə qəbul edilir.

Qəbizliyin müalicəsi:

Yaş həddi

Başlanğıc doza

(3 gün)

Saxlayıcı doza

0-1 yaş

5 ml

5 ml

1- 6 yaş

5-10 ml

5-10 ml

7-14 yaş

15 ml

10 ml

Böyüklər

15-45 ml

10-30 ml

Disbakteriozun müalicəsi: uzun müddət antibiotiklərin istifadəsindən sonra bağırsaq florasının pozulması zamanı böyüklərə gündə 15-30 ml, uşaqlara 5-10 ml təyin olunur.

Salmonelyoz və ya şigellyozun müalicəsi: ilk 10-12 gün ərzində 15 ml gündə 3 dəfə, 1 həftə fasilədən sonra eyni dozada gündə 5 dəfə təyin olunur.
Qaraciyər ensefalopatiyası və ya qaraciyər prekoma/komasının müalicəsi: 30-50 ml gündə 3 dəfə, gündəlik doza 90-190 ml təşkil edə bilər, sonra fərdi olaraq saxlayıcı doza təyin edilir. Qaraciyər ensefalopatiyası zamanı doza elə seçilir ki, yumşaq stul gündə 2-3 dəfə olsun. Müalicə 3 aya və daha çox müddətə davam edə bilər

Nadir hallarda meteorizm qeyd oluna bilər.

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq
Qalaktozemiya
Bağırsaq keçməzliyi

Hilton Pharma (Pvt.) Ltd

Spelling error report

The following text will be sent to our editors: