KUATRE-FOL

Ticari adı

KUATRE-FOL

KUATRE-FOL

Hər bir kapsulun tərkibində vardır:

(6S)-5-methyltetrahydrofolic acid, glucosamine salt (5MTHF-glucosamine) 800 mcg (1 cps)-5-metiltetrahidrofol turşusuna müvafiqdir).

Köməkçi maddələr: mikrokristallik sellüloza, hidroksipropilmetilsellüloza, maqnezium-stearat, silisium-dioksid, titan-dioksid, qarğıdalı nişastası.

Kuatre-Fol tərkibində (6S)-5-metiltetrahidrofol turşusunun qlükozamin duzunu ((6S)-5-MTHF, Quatrefolic®) saxlayır. Bu duz fol turşusu preparatlarının ən yeni dördüncü nəslini təmsil edir və patentləşdirilmiş formuldur. 5-metiltetrahidrofol turşusu (5-Me-THFA) fol turşusunun fəal forması olub, orqanizmdə müxtəlif bioloji proseslərdə, xüsusilə hüceyrə proliferasiyası və qanyaranmada koenzim kimi iştirak edir. Qida məhsulları və bioloji aktiv əlavələrlə qəbul edilən fol turşusu birləşmələri orqanizmdə öz təsirini göstərmək üçün 5-metiltetrahidrofol turşusuna çevrilməlidir. Əhalinin təxminən 10%-də (homoziqot TT), fol turşusunun mənimsənilməsi və bioloji fəal formaya çevrilməsi üçün lazım olan fermentlər çatışmır. Əhalinin 40%-ində (heteroziqot CT) isə oqranizm məhdud miqdarda fol turşusunu 5-metiltetrahidrofol turşusuna çevirə bilir. Bu insanların orqanizmi qəbul edilən fol turşusunu tam mənimsəyə bilmir. Kuatre-Fol tərkibində 5-metiltetrahidrofol turşusunu saxladığı üçün, orqanizmdə heç bir çevrilməyə məruz qalmadan bilavasitə qana sorulur və biokimyəvi proseslərə qoşulur. Bununla yanaşı 5-metiltetrahidrofol turşusunun qlükozamin duzunun (kalsium duzundan fərqli olaraq) suda həllolma qabiliyyəti 100 dəfə daha yüksəkdir və bu maddə daha stabildir. Nəticədə, Kuatre-Folun biomənimsənilməsi və bioloji effekti maksimuma çatır. Bu da daha kiçik dozalarla maksimal effekt əldə etməyə imkan verir.

İstifadəsinə dair tövsiyələr.

Fol turşusu çatışmazlığı səbəbindən baş verən anemiyalar və fol turşusunun çatışmazlığına səbəb olan mədə-bağırsaq xəstəlikləri zamanı, fol turşusu çatışmazlığı müşahidə olunan və ya ehtimal edilən digər hallar və xəstəliklər zamanı, o cümlədən, hamiləlik və südvermə dövründə ananın və körpənin fol turşusuna olan ehtiyacını ödəmək üçün istifadə olunur.

İstifadəsinə dair məhdudiyyətlər.

Bioloji fəal əlavənin tərkib hissələrindən hər hansı birinə qarşı fərdi yüksək həssaslıq. Yalnız B12 vitamini çatışmazlığı nəticəsində yaranan anemiyaların müalicəsində istifadə olunmamalıdır. 3 yaşından kiçik uşaqlara təyini tövsiyə olunmur.

İstifadə qaydası.

Gündəlik məsləhət görülən doza 1-2 kapsuldur. Gündəlik doza su ilə daxilə qəbul olunur. Yeməkdən sonra qəbulu tövsiyə olunur.

Bioloji fəal əlavə.

Gün işığı düşməyən, quru və sərin yerdə (25-30 °C-dən aşağı temperaturda) saxlanmalıdır. Son istifadə müddəti qutunun üzərində göstərilmişdir. Qablaşdırması zədələnmiş məhsullardan istifadə etməyin. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz

Hər blisterdə 10 kapsul, qutuda 3 blister istifadəsinə dair təlimatla birlikdə

İstehsal olunmuşdur Salix, Viale del Lavoro 14, 36030 – Monte di Malo (Vl), Viçensa, İtaliya, “Azerimed” MMC üçün, Azərbaycan, Bakı şəh., Asif Məmmədov küç., 30.