Kroven

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Kroven

Kroven

İmmunoqlobulin G-nin immunoloji aktiv zülal fraksiyası

Preparatın aktiv komponenti-müxtəlif spesifikliyi olan  anticisim  aktivliyinə malik immunoqlobulinlərdir.Preparat eləcədə,orqanizmin rezistentliyinin  artması  ilə özünü biruzə verən qeyri-spesifik aktivliyə malikdir.

Bakterial və virus infeksiyalarının ağır toksiki formaları;

ü Uşaq və böyüklərdə septisemiya ilə müşahidə olunan  əməliyyatdan sonrakı  fəsadlar;

ü Birincili və ikincili immunodefisitlər zamanı əvəzedici terapiya.

Hamilələrdə: Kroven hamiləliyin ilkin olaraq 12-ci həftəsindən başlayaraq, müxtəlif  müddətlərdə(yəni 2-ci  trimestrdən  sonra) təyin oluna bilər.

ü Vaxtından əvvəl doguşlar;

ü Hamiləliyin sona çatmaması hallarında;

ü Antifosfolipidsindrom.

Piylənmə, trombotik  ağırlaşmalar, arterial  hipertenziya, şəkərli  diabet, damar  xəstəlikləri, tromboza  meyillilik, uzunmüddətli  hərəkətsizlik, hipovolemiya (sirkulyasiya  edən  qanın  miqdarının  aşağı  olması), qanın  qatılığının  yüksək  olması.

Kəskin böyrək  çatışmazlığı  və  tromboembolik  ağırlaşmalar  zamanı  preparat  minimal  dozada  və  minimal  sürətlə  yeridilməlidir!

Köçürülən zülal preparatlarına qarşı ağır allergik reaksiyalar.

Preparat venadaxili damcı üsulu ilə köçürülür(1 dəqiqə ərzində 8 –10 damcı).

Hamilə qadınlarda təyinat qaydası: Müalicə kursu cəmi 2 flakon olmaqla – 25,0 ml-dən (25,0 ml = 1 flakon) günaşırı olaraq venadaxili infuziya şəklində təyin olunur.İkinci trimestrdən sonra (əgər  hər hansı bir virusun titri yüksək qalıbsa) həmin kurs təkrar olunur. Təkrar kurs 3-4 həftədən bir təyin oluna bilər.

Kroven  heç bir məhlulla həll olunmur.

25,0 ml flakon №1

Biofarma”Ukrayna, Kiyev   www.biofarma.kiev.ua

Eksklüziv nümayəndə: Norma – Pharm

Spelling error report

The following text will be sent to our editors: