KRATAL

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

KRATAL

KRATAL

KRATAL kombinəolunmuş ürəyin fəaliyyətini yaxşılaşdıran, ürək döyüntülərini, arterial təzyiqi normallaşdıran və sakitləşdirici təsirə malik preparatdır. 

Tərkibi:

Təsiredici maddə:

Taurin    867 mq

Yemişan meyvələrinin ekstraktı    43 mq

Qatı damotu ekstraktı    87 mq

Köməkçi maddələr: kartof nişastası, maqnezium stearat, aerosil.

Fitopreparat olub, ürək-damar sisteminin funksional pozulmaları zamanı istifadə olunur.

Kratal 3 təbii komponentdən ibarət kardiotonik, antianginal, antioksidant, antiaritmik, antihipoksik və antiaqreqant təsirlərə malik preparatdır.

Taurin  kardiotonik, antianginal, antiaqreqant, antiaritmik, kardioprotektor, membranstabilləşdirici, antioksidant, hipoxolesterinemik, hipoqlikemik, hepatoprotektor və  neyroprotektor təsirlərə malikdir.

Yemişan  meyvələrinin ekstraktı beyin və koronar qan dövranını yaxşılaşdırır, spazmolitik, antioksidant  və hipotenziv təsir göstərir, miokardın yığılma funksiyasını, ürək qlikozidlərinə qarşı həssaslığı artırır,  yuxunu və ümumi vəziyyəti  normallaşdırır.

Qatı  damotu   ekstraktı sedativ, hipotenziv, sidikqovucu və ümumi möhkəmləndirici təsir göstərir.

Kratal renin-anqiotenzin və kallikrein-kinin sistemlərini, lipidlərin oksidləşmə proseslərini inhibə edir, tsiklik AMF-in produksiyasına müsbət  təsir göstərir. Qan dövranını və miokardın funksional vəziyyətini  yaxşılaşdırır, “koronar ehtiyatı” çoxaldır, ürək əzələsinin nasos və yığılma funksiyalarını artırır, yüksəlmiş arterial təzyiqi aşağı salır və ürək döyüntülərin tezliyini normallaşdırır. Kratal diqitalis intoksikasiyanın əlamətlərini azaldır. İş qabiliyyətini artırır, əhval-ruhiyyəni yaxşılaşdırır, sakitləşdirici və neyroprotektor təsir göstərir. Preparatın komponentləri mədə-bağırsaq sistemindən tamamilə absorbsiya olunur. 2 saatdan sonra taurin və preparatın digər komponentləri plazmada maksimal konsentrasiyada toplanır. Kratal orqanizmin toxuma və mayelərində bərabər paylanır. Əsasən sidiklə xaric olunur. Yarımxaric olma dövrü (T ½)  6 – 8 saatdır.

Neyrosirkulyator distoniya, hipertoniya və  ürəyin işemik xəstəliklərinin kompleks müalicəsi.

Kratal 1tablet gündə 3 dəfə yeməkdən əvvəl  qəbul olunur. Müalicə müddəti  3-4 həftə təşkil edir.

Hiperhəssaslıq reaksiyaları, dispeptik əlamətlər, yuxuya meyillik meydana çıxır ki, bu zaman preparatın qəbulu dayandırılmalı və simptomatik müalicə aparılmalıdır. 

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq .

Preparata qarşı həssaslığın yüksəlməsi, dispeptik əlamətlər.

Preparat  ilə müalicə zamanı pasiyentlərə avtomobil idarə etmək və təhlükəli cihazlar ilə işləmək məsləhət görülmür.

Neyroprotektorların, antihipoksantların, β-adrenoblokatorların, kalsium antaqonistlərin və nitratların antianginal effektlərini gücləndirir.

Hər birində 10 tablet olmaqla 2 blister.

Borşaqov kimya-əczaçılıq zavodu.

Spelling error report

The following text will be sent to our editors: