KRATAL

Ticari adı

KRATAL

KRATAL

KRATAL kombinəolunmuş ürəyin fəaliyyətini yaxşılaşdıran, ürək döyüntülərini, arterial təzyiqi normallaşdıran və sakitləşdirici təsirə malik preparatdır.

Tərkibi:

Təsiredici maddə:

Taurin 867 mq

Yemişan meyvələrinin ekstraktı 43 mq

Qatı damotu ekstraktı 87 mq

Köməkçi maddələr: kartof nişastası, maqnezium stearat, aerosil.

Fitopreparat olub, ürək-damar sisteminin funksional pozulmaları zamanı istifadə olunur

Kratal 3 təbii komponentdən ibarət kardiotonik, antianginal, antioksidant, antiaritmik, antihipoksik və antiaqreqant təsirlərə malik preparatdır.

Taurin kardiotonik, antianginal, antiaqreqant, antiaritmik, kardioprotektor, membranstabilləşdirici, antioksidant, hipoxolesterinemik, hipoqlikemik, hepatoprotektor və neyroprotektor təsirlərə malikdir.

Yemişan meyvələrinin ekstraktı beyin və koronar qan dövranını yaxşılaşdırır, spazmolitik, antioksidant və hipotenziv təsir göstərir, miokardın yığılma funksiyasını, ürək qlikozidlərinə qarşı həssaslığı artırır, yuxunu və ümumi vəziyyəti normallaşdırır.

Qatı damotu ekstraktı sedativ, hipotenziv, sidikqovucu və ümumi möhkəmləndirici təsir göstərir.

Kratal renin-anqiotenzin və kallikrein-kinin sistemlərini, lipidlərin oksidləşmə proseslərini inhibə edir, tsiklik AMF-in produksiyasına müsbət təsir göstərir. Qan dövranını və miokardın funksional vəziyyətini yaxşılaşdırır, “koronar ehtiyatı” çoxaldır, ürək əzələsinin nasos və yığılma funksiyalarını artırır, yüksəlmiş arterial təzyiqi aşağı salır və ürək döyüntülərin tezliyini normallaşdırır. Kratal diqitalis intoksikasiyanın əlamətlərini azaldır. İş qabiliyyətini artırır, əhval-ruhiyyəni yaxşılaşdırır, sakitləşdirici və neyroprotektor təsir göstərir. Preparatın komponentləri mədə-bağırsaq sistemindən tamamilə absorbsiya olunur. 2 saatdan sonra taurin və preparatın digər komponentləri plazmada maksimal konsentrasiyada toplanır. Kratal orqanizmin toxuma və mayelərində bərabər paylanır. Əsasən sidiklə xaric olunur. Yarımxaric olma dövrü (T ½) 6 – 8 saatdır.

Neyrosirkulyator distoniya, hipertoniya və ürəyin işemik xəstəliklərinin kompleks müalicəsi.

Kratal 1tablet gündə 3 dəfə yeməkdən əvvəl qəbul olunur. Müalicə müddəti 3-4 həftə təşkil edir.

Hiperhəssaslıq reaksiyaları, dispeptik əlamətlər, yuxuya meyillik meydana çıxır ki, bu zaman preparatın qəbulu dayandırılmalı və simptomatik müalicə aparılmalıdır.

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq .

Preparata qarşı həssaslığın yüksəlməsi, dispeptik əlamətlər.

Preparat ilə müalicə zamanı pasiyentlərə avtomobil idarə etmək və təhlükəli cihazlar ilə işləmək məsləhət görülmür.

Neyroprotektorların, antihipoksantların, β-adrenoblokatorların, kalsium antaqonistlərin və nitratların antianginal effektlərini gücləndirir.

Hər birində 10 tablet olmaqla 2 blister.

: Borşaqov kimya-əczaçılıq zavodu.