KLOMİFERT®

Ticari adı

KLOMİFERT®

KLOMİFERT®

Təsiredici maddə: 1 tabletin tərkibində 50 mq klomifen (sitrat duzu şəklində) vardır.

Köməkçi maddələr: jelatin, maqnezium-stearat, laktoza-monohidrat, nişasta, stearin turşusu.

Ağ, dairəvi tabletlər.

Antiestrogen vasitə.

Klomifen-sitrat antiestrogen dərman vasitəsi olub, qeyri-steroid quruluşa malikdir. Klomifen-sitrat spesifik olaraq yumurtalıqların və hipotalamusun estrogenlərə həssas reseptorları ilə birləşir. Kiçik dozada qonadotropinin sintezini gücləndirir və ovulyasiyanı stimullaşdırır. Dövr edən estrogenlərin səviyyəsini azaldaraq qonadotropinlərin sintezini gücləndirir. Yüksək dozada isə qonadotropinlərin sintezini ləngidə bilir. Gestagen və androgen fəallığa malik deyil. Mədə-bağırsaq traktından tez sorulur. Qaraciyərdə metabolizmə uğrayır. T½ 5-7 gündür. Preparatın 37-51 %-i nəcislə, qalan faizi isə sidiklə xaric olur

Yumurtalıqların anovulyator disfunksiyası və onunla əlaqədar olan sonsuzluq, uşaqlıq qanaxması, amenoreyanın disqonadotrop forması, süd vəzisinin xərcəngi, qalaktoreya, oliqospermiya, yeniyetmələrin cinsi və fiziki inkişafının ləngiməsi, həmçinin hipofizin qonadotrop funksiyasını yoxlamaq məqsədilə.

Preparatın tərkib komponentlərinə qarşı yüksək həssaslıq, xoşxassəli şişlər, MSS-nin üzvi xəstəlikləri, qaraciyər xəstəlikləri, ovulyasiya pozğunluğu ilə əlaqədar olmayan qanaxmalar.

Preparatın qəbulu ginekoloq nəzarəti altında olmalıdır.

Müalicənin əvvəlində görmənin müvəqqəti pozğunluğunu yaratdığı üçün cəld psixi və fiziki reaksiya tələb edən fəaliyyət növləri ilə məşğul olan şəxslərə təyin olunmamalıdır.

Ovulyasiyanı stimullaşdırmaq üçün menstrual siklin 5-ci günündən başlayaraq, 50 mq dozada gündə 1 dəfə yatmazdan qabaq təyin edilir. Müalicə kursu 5 gündür. Effektin olmaması zamanı müalicə 3-5 kurs da davam etdirilir, bu zaman doza 75-100 mq-a qədər artırıla bilər və ya müalicə müddəti 10 günə qədər artırılır. Kurs dozası 500 mq-ı keçməməlidir.

Süd vəzinin xərcəngi zamanı 100 mq dozada gündə 2 dəfə (səhər və axşam) qəbul edilir. Uzun müddət ərzində qəbul olunur, xəstəlik proqressivləşdikdə preparatın qəbulu dayandırılır.

Kişilərə 3-4 ay müddətində 50 mq dozada gündə 1-2 dəfə təyin olunur. Fiziki və cinsi pozğunluqlar zamanı 10 gün müddətində 50-100 mq dozada gündə 1 dəfə təyin olunur. 1-3 ay fasilə ilə 3 kurs müalicə aparılır

Qarında ağrılar, meteorizm, mennoragiya, yumurtalıqların ölçüsünün böyüməsi, ürəkbulanma, diareya, allergik reaksiyala

Yumurtalıqların hiperstimulyasiyası əlamətləri meydana çıxdıqda dozanı azaltmaq və ya preparatın qəbulunu dayandırmaq lazımdır.

CLOMİFERT 50 mq, 10 tablet içlik vərəqəsi ilə birlikdə karton qutuya qablaşdırılır.

15-25 C temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Resept əsasında buraxılır.

Dar Al Dawa, İordaniya