Klin Enema 60ml

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Klin Enema 60ml

Klin Enema 60ml

Kleen Enema

Birdəfəlik fosfatlı imalə

Vasitəsinin istifadəsi üçün təlimat

Tərkibi: Hər 60 ml daxildir:

Təsiredici maddə:

Təkəsaslı natrium fosfat U.S.P – 9,6 q

İkiəsaslı natrium fosfat U.S.P – 3,6 q

Köməkçi maddə: Natrium benzoat U.S.P, distillə olunmuş su B.Pq.s 60 ml

Hazır birdəfəlik istifadə üçün plastik balonda qablaşdırılmış 60 ml – lik şəffaf, iysiz və rəngsiz Kleen məhlulu olan rektal imalə

Kleen Enema imaləsi nəcisin yumşaldılmasında, qurd invaziyalarında, rektal müayinədən əvvəl bağırsağın təmizlənməsində, qarın boşluğunun rentgenoqrafiyasında, qarın boşluğuna və qasıq nahiyəsinə cərrahi müdaxilə zamanı istifadə olunur.

Tək və ikiəsaslı natrium fosfat duzlarının qarışığından alınmış məhlulun pH –ı bağırsağın selikli qişasını qıcıqlandırmır. Alınmış hipertonik maye bağırsağın mənfəzinə suyun toplanmasını təmin edərək nəcıs kütləsini yumşaldır. 2-5 dəqiqə müddətində ağrı hissi və spazm vermədən defekasiya aktı yaradır. Kleen Enema – nın tərkibindəki komponentlər parçalanmır və sorulmur.

Proseduranı aparmaq üçün insana vacib olan vəziyyət: sol tərəf üzrə uzanın və sağ ayağı diz oynağı səviyyəsində qatlayın, ya da diz oynağını döş istiqamətində yuxarı qatlanmış vəziyyətdə saxlayın üzünüzü və qarnınızı aşağı doğru əyin və eləcə də, əllər rahat vəziyyətdə olmalıdır. Hər iki vəziyyət ucluğun anal dəliyə yeridilməsinə şərait yaradır.

İmalənin yeridilməsi

Proseduraya başlamamışdan əvvəl qoruyucu qapağı yağlanmış ucluqdan çıxarın. Səliqəli və ehmalca ucluğu yuxarıya istiqamətlənmiş şəkildə, göbək istiqamətində düz bağırsağa yeridin. Balonu bütün maye qurtarana qədər sıxın. Sonra ucluğu düz bağırsaqdan çıxarın.

Balonun sıxılması və əməliyyatın başa çatdırılması: Onda bir az maye qala bilər, balonu axıra qədər boşaltmaq vacib deyil, belə ki, onda kicik miqdarda qalmış maye olur ki, bu da lazımi dozaya təsir etmir. Bu vəziyyəti o vaxta qədər saxlayın ki, bağırsağı boşaltmaq üçün tam hiss əmələ gəlsin (təqribən 2-5 dəqiqə).

Kleen Enema – nı düzgün və təhlükəsiz istifadə etmək üçün, təyinat tamamilə göstərişə uyğun olmalıdır. Tibb işçisi bilməlidir ki, Kleen Enema imaləsini yeridərkən ucluğu səliqəli və ehmalca göbək istiqamətində salmaq lazımdır.

Kleen Enema imaləsinin istifadəsi zamanı düz bağırsağın hissi innervasiya çatmamazlığı və bağırsağın deşilmə ehtimalı olduğuna görə ehtiyatla yeridilməlidir. Dozalanma qaydası:

Uşaqlarda: 2- 5 yaşarası uşaqlar yarım flakon və ya həkim tərəfindən təyin olunan doza,

5-11 yaşarası uşaqlar 60 ml-lik bir flakon (dozaya uyğun olaraq) təyin olunur.

2 yaşdan kiçik uşaqlara həkim təyinatı ilə istifadə etmək olar.

Yarım hissə flakonun hazırlanması: Qapaq burulub açılır, tıxac çıxarılır və flakondakı mayenin yarısı boşaldılır. Sonra qapaq yerinə qoyulur və istifadəsinə göstəriş haqqında məlumat oxunulur. Kleen Enema imaləsi yeridildikdən sonra 2- 5 dəqidə ərzində bağırsağın boşalmasını təmin edir.

Kleen Enema imaləsi yeridildikdən sonra 2-5 dəqiqə ərzində bağırsağın boşalmasını təmin edir.

60 ml-lik plastik qablaşdırmada (birdəfəlik istifadə üçün)

Əgər ürəkbulanma, qusma və qarında ağrı kimi simptomlar müşahidə olunursa, mayeni tibbi göstəriş olmadan istifadə etmək olmaz. Uşaqlardan qoruyun.

Uşaqlar üçün əlçatmaz yerdə , 15-30 0 C-də otaq şəraitində saxlayın

Spelling error report

The following text will be sent to our editors: