KLEEN ENEMA 60 ML

Ticari adı

KLEEN ENEMA 60 ML

KLEEN ENEMA 60 ML

KLEEN ENEMA 60 ml

TƏRKİB

Hər 60 ml daxildir :

Təkəsaslı natrium fosfat U.S.P-9,6q

İkiəsaslı natrium fosfat U.S.P-3,6q

Köməkçi maddə:

Natrium benzoat U.S.P , distillə olunmuş su B.Pq.s 135m

fosfatlı imalə

Kleen Enema imaləsi qəbizliyin yumşaldılmasında
Rektal müayinədən əvvəl bağırsağın təmizlənməsində
Qarın boşluğunun rentgenoqrafiyasında
Doğuş zamani bağırsaqların təmizlənməsində istifadə olunur.

Kleen Enema imaləsi qəbizliyin yumşaldılmasında işlədici vasitə kimi faydalıdır, eləcə də , bağırsağın sonrakı müalicəsi və diaqnostikası, cərrahi əməliyyat zamanı da bağırsaqların boşaldılmasında istifadə olunur. Kleen Enema imaləsi bağırsağın təhlükəsiz təmizlənməsini və 2-5 dəq. müddətində ağrı hissi və spazmı olmadan tam boşalmasını təmin edir. Kleen Enema imaləsi qəbizliyin yüngülləşməsində də istifadə etmək mümkündür , eləcə də adi imalə kimi rektal müayinəyə hazırladıqda , hamiləlik zamanı , doğuşdan əvvəl və sonrakı dövr , cərrahi müdaxilə zamanı bağırsaqların təmizlnməsində , ümumi cərrahi əməliyyatdan sonrakı terapiyada, nəcis kütləsinin stimulyasiyasında istifadə olunur. Proseduraya başlamamışdan əvvəl qoruyucu qapağı yağlanmış ucluqdan çıxarın.

Səliqəli və ehmalca ucluğu yuxarıya istiqamətlənmiş şəkildə , göbək istiqamətində düz bağırsağa yeridin. Balonu bütün maye qurtarana qədər sıxın. Sonra ucluğu düz bağırsaqdan çıxarın.

Balonun sıxılması və əməliyyatın başa çatcırılması: Onda bir az maye qala bilər , balonu axıra qədər boşaltmaq vacib deyil, belə ki, onda kicik miqdarda qalmış maye olur ki , bu da lazımi dozanı təmin edə bilər. Bu vəziyyəti o vaxta qədər saxlayın ki , bağırsağı boşaltmaq üçün tam hislər əmələ gəlsin, təqribən 2-5 dəqiqə ərzində

Kleen Enema – nı düzgün və təhlükəsiz istifadə etmək üçün, təyinat tamamilə göstərişə uyğun olmalıdır. Tibb işçisi bilməlidir ki , Kleen Enema imaləsini yeridərkən ucluğu səliqəli və ehmalca göbək istiqamətində salmaq lazımdır.

Kleen Enema imaləsi düz bağırsağın hissi innervasiya çatmamazlığı və bağırsağın deşilmə ehtimalı olduğuna görə ehtiyatla yeridilməlidir.Uşaqlarda 2 yaşdan yuxarı : Böyüklər üçün olan dozanın yarısı (təqribən 60ml) və ya müalicə həkiminin məsləhəti əsasında.

Kleen Enema imaləsi yeridildikdən sonra 5 dəqiqə ərzində bağırsağın boşalmasını təmin edir.

Proseduranı aparmaq üçün insana vacib olan vəziyyət : sol tərəf üzrə uzanın və sağ ayağı diz oynağı səviyyəsində qatlayın, ya da diz oynağını döş istiqamətində yuxarı qatlanmış vəziyyətdə saxlayın üzünüzü və qarnınızı aşağı doğru əyin və eləcə də , əllər rahat vəziyyətdə olmalıdır. Hər iki vəziyyət ucluğun anal dəliyə yeridilməsinə şərait yaradır.

60 ml-lik plastik qablaşdırmada(birdəfəlik istifadə üçün)

Əgər ürəkbulanma, qusma və qarında ağrı kimi simptomlar müşahidə olunursa, mayeni tibbi göstəriş olmadan istifadə etmək olmaz. Uşaqlardan qoruyun.

Uşaqlar üçün əlçatmaz yerdə saxlayın . 10-30 C-də otaq şəraitində saxlayın

NABİKASIM İNDUSTRIES, KARACHI—PAKİSTAN