KLEEN ENEMA 120 ml

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

KLEEN ENEMA 120 ml

KLEEN ENEMA 120 ml

Hər 120ml daxildir :

Təkəsaslı natrium fosfat U.S.P-19,2q

İkiəsaslı natrium fosfat U.S.P-7,2q

Köməkçi maddə:

Natrium benzoat U.S.P , distillə olunmuş su B.Pq.s 135ml

fosfatlı imalə

Kleen Enema imaləsi qəbizliyin yumşaldılmasında
Rektal müayinədən əvvəl bağırsağın təmizlənməsində
Qarın boşluğunun rentgenoqrafiyasında
Doğuş zamani bağırsaqların təmizlənməsində istifadə olunur

Boyüklərdə: Bir flakon (təqribən 120ml dozaya müvafiq) və ya müalicə həkiminin məsləhətinə uyğun.

Uşaqlarda 2 yaşdan yuxarı : Böyüklər üçün olan dozanın yarısı (təqribən 60ml) və ya müalicə həkiminin məsləhəti əsasında.

Kleen Enema imaləsi yeridildikdən sonra 5 dəqiqə ərzində bağırsağın boşalmasını təmin edir.

Kleen Enema imaləsi qəbizliyin yumşaldılmasında işlədici vasitə kimi faydalıdır, eləcə də , bağırsağın sonrakı müalicəsi və diaqnostikası, cərrahi əməliyyat zamanı da bağırsaqların boşaldılmasında istifadə olunur. Kleen Enema imaləsi bağırsağın təhlükəsiz təmizlənməsini və 2-5 dəq. müddətində ağrı hissi və spazmı olmadan tam boşalmasını təmin edir. Kleen Enema imaləsi qəbizliyin yüngülləşməsində də istifadə etmək mümkündür , eləcə də adi imalə kimi rektal müayinəyə hazırladıqda , hamiləlik zamanı , doğuşdan əvvəl və sonrakı dövr , cərrahi müdaxilə zamanı bağırsaqların təmizlnməsində , ümumi cərrahi əməliyyatdan sonrakı terapiyada, nəcis kütləsinin stimulyasiyasında istifadə olunur.

İstidafəsinə göstəriş

Proseduranı aparmaq üçün insana vacib olan vəziyyət : sol tərəf üzrə uzanın və sağ ayağı diz oynağı səviyyəsində qatlayın, ya da diz oynağını döş istiqamətində yuxarı qatlanmış vəziyyətdə saxlayın üzünüzü və qarnınızı aşağı doğru əyin və eləcə də , əllər rahat vəziyyətdə olmalıdır. Hər iki vəziyyət ucluğun anal dəliyə yeridilməsinə şərait yaradır.

İmalənin yeridilməsi

Proseduraya başlamamışdan əvvəl qoruyucu qapağı yağlanmış ucluqdan çıxarın.

Səliqəli və ehmalca ucluğu yuxarıya istiqamətlənmiş şəkildə , göbək istiqamətində düz bağırsağa yeridin. Balonu bütün maye qurtarana qədər sıxın. Sonra ucluğu düz bağırsaqdan çıxarın.

Balonun sıxılması və əməliyyatın başa çatcırılması: Onda bir az maye qala bilər , balonu axıra qədər boşaltmaq vacib deyil, belə ki, onda kicik miqdarda qalmış maye olur ki , bu da lazımi dozanı təmin edə bilər. Bu vəziyyəti o vaxta qədər saxlayın ki , bağırsağı boşaltmaq üçün tam hislər əmələ gəlsin, təqribən 2-5 dəqiqə ərzində

Kleen Enema – nı düzgün və təhlükəsiz istifadə etmək üçün, təyinat tamamilə göstərişə uyğun olmalıdır. Tibb işçisi bilməlidir ki , Kleen Enema imaləsini yeridərkən ucluğu səliqəli və ehmalca göbək istiqamətində salmaq lazımdır.

Kleen Enema imaləsi düz bağırsağın hissi innervasiya çatmamazlığı və bağırsağın deşilmə ehtimalı olduğuna görə ehtiyatla yeridilməlidir.

120 ml-lik plastik qablaşdırmada(birdəfəlik istifadə üçün)

Əgər ürəkbulanma, qusma və qarında ağrı kimi simptomlar müşahidə olunursa, mayeni tibbi göstəriş olmadan istifadə etmək olmaz. Uşaqlardan qoruyun

Uşaqlar üçün əlçatmaz yerdə saxlayın . 10-30 0 C-də otaq şəraitində saxlayın.

NABİKASIM İNDUSTRIES, KARACHI—PAKİSTAN

Spelling error report

The following text will be sent to our editors: