KEPROPLAST (transdermal plastr)

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

KEPROPLAST (transdermal plastr)

KEPROPLAST (transdermal plastr)

Aktiv maddə: 1 plastrın tərkibində 30mq ketoprofen var

Toxunmamış parça materialın səthinə rəngsiz, şəffaf pasta püskürtülüb və qoruyucu kağız örtük yapışdırılaraq örtülüb.

Yerli olaraq xaricə (dəri üzərinə yapışdırılaraq) istifadə olunan qeyri steroid iltihab əleyhinə preparat (QSİƏP)

Ketoprofen qeyri steroid iltihab əleyhinə preparat (QSİƏP) olub, iltihab əleyhinə, ağrıkəsici təsirə malikdır. Təsir mexanizmi prostoqlandinlərin sintezini blokada etməsi ilə bağlıdır. Yerli olaraq xaricə istifadə olunduğu üçün dəri nahiyəsindən asanlıqla sorulur, iltihab ocağına penetrasiya edir.

Yumşaq toxumaların travmatik zədələnmələri (dartılma, əzilmə)
İdmanla məşğul olan zaman kəskin zədələnmələr (məşqdən sonrakı oynaq və əzələ ağrılarında, bağ və vətərlərin gərilməsində və s.)
Revmatik və qeyri-revmatik mənşəli ağrılar: oynaq ağrıları, əzələ agrıları (boyun və bel), artroz və artrit, sinir ağrıları (işalgiya, lyumbaqo, radikulit)
Bağ və vətərlərin iltihabi xəstəlikləri (tenosinovit, bursit)
Əzələlərin fiziki yüklənməsi (turizm, intensiv fiziki iş)
Sümük travması və sınıqlardan sonrakı vəziyyət

Ağrı sahəsinin ölçüsündən asılı olaraq Keproplast transdermal plastr zədələnmiş (ağrıyan) dəri üzərinə yapışdırılır.
Plastrın üzərindəki qoruyucu kağız örtük çıxardılır.
Plastr zədələnmiş (ağrıyan) dəri üzərinə düzgün bir şəkildə yapışdırılır.

7 yaşından yuxarı uşaqlar və böyüklər: Gündə 2 dəfə zədələnmiş (ağrıyan) dəri nahiyəsinə yapışdırılır.

Yaşlılar: Yaşlılarda müalicə sahəsinin dəri vəziyyətini nəzərə alaraq istifadə edin.

7 yaşından kiçik uşaqlarda təhlükəsizlik müəyyən edilməyib

1~30℃ otaq temperaturunda işığa davamlı quru yerdə saxlayın.

Uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

Aptekdən reseptsiz satılır

Sinil Pharmaceutical Co., Ltd.

San 5-1, Bonpyeong-ri, Angseong Myun, Chungju-si

Chungchengbuk-do, Koreya

Spelling error report

The following text will be sent to our editors: