KANOPREVİT

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

KANOPREVİT

KANOPREVİT

Tərkibi

Hər bir kapsulda

Vitamin A

1200 mkq

Vitamin B1

1.84 mq

Vitamin B2

1.7 mq

Vitamin B6

2.6 mq

Vitamin B12

4 mkq

Vitamin D

50 mkq

Vitamin E

7.37 mq

Vitamin C

100 mq

Fol turşusu

800 mkq

Niasin

18 mq

Kalsium

200 mq

Yod

200 mkq

Dəmir

60 mq

Sink

25 mq

Selen

55 mkq

Kanoprevitin tərkibində orqanizmin çox saylı biokimyəvi proseslərində iştirak edən vitamin və mineral kompleksi vardır. B qrupu vitaminləri karbohidratların, zülalların və yağların mübadiləsində və neyromediatorların sintezində iştirak edir. Vitamin A gözdə işığa həssas piqmentin biosintezi üçün zəruridir. Vitamin D kalsiumun mənimsənilməsini tənzimləyir. Vitamin C dəmirin absorbsiyasını təmın edir, orqanizmdə bir çox oksidləşmə – reduksiya proseslərində iştirak edir. Vitamin E hüceyrə membranlarını zədələnmədən qoruyan və funksional aktivliyini saxlayan fizioloji antioksidantdır.

Kanoprevit həmçinin hamiləliyə hazırlıq, hamiləlik və hamiləlikdən sonrakı dövrlərdə qadın orqanizminin vitaminlərə və minerallara olan artmış təlabatını ödəmək üçun də təyin oluna bilər.

Kanoprevit hamiləlik və döşlə qidalandırma dövründə istifadə üçün münasib olan, yaxşı balanslaşdırılmış vitamin, mineral və mikroelementlər kompleksindən ibarətdir.

Kanoprevitin komponentləri:

– gələcək ananın orqanizmində vitamin və mineralların defisitini bərpa edir;

– anadangəlmə qüsurların inkişaf riskini azaldır;

– hamiləlik vaxtı toksikozların (yorğunluq, başgicəllənmə, ürəkbulanma, qusma) ağırlığını və tezliyini azaldır;

– anemiyanın inkişafının qarşısını alır;

– immuniteti artırır, ananın və körpənin orqanizmini virus və infeksiyalardan qoruyur.

Kanoprevit hipovitaminoz və mineralların çatışmazlığı zamanı tövsiyyə olunur (xüsusilə də yaz və payız fəsillərində):

Fiziki və ya psixi yüklənmələr zamanı
Hamiləlik və laktasiya dövründə
Idmanla intensiv məşğul olduqda
Iştahanın azalması zamanı
Arıqlamaq üçün pəhriz saxladıqda

Sutkada 1 kapsul yeməkdən sonra səhərlər qəbul edilir. Kurs müddəti orqanizmin vəziyyətindən asılı olaraq fərdi olaraq müəyyən olunur.

Kanoprevit preparatının tövsiyyə olunan dozalarda qəbulu, adətən arzuolunmaz təsirlər törətmir.

Allergik reaksiyalar baş verərsə preparatın qəbulunu dayandırmaq və həkimlə məsləhətləşmək lazımdır.

Preparatın hər hansı komponentinə qarşı həssaslıq.

INV POLAND sp.z o.o.sp.k.

Spelling error report

The following text will be sent to our editors: