KANOMAG

Ticari adı

KANOMAG

KANOMAG

KANOMAG

Daxilə qəbul üçün kapsullar

Tərkibi: Təsiredici maddə: Maqnezium laktat dihidrat – 470 mq (48 mq Mg++ ekvivalentdir) ,Piridoksin hidroxlorid (vit. B6)– 5 mq

maqnezium preparatı

Maqnezium həyati vacib element olub, orqanizmin bütün toxumalarında mövcuddur və hüceyrələrin normal fəaliyyəti üçün lazımdır, maddələr mübadiləsinin əksər reaksiyalarında iştirak edir. Əsasən sinir impulslarının ötürülməsi və əzələlərin yığılmasının tənzimində iştirak edir. Orqanizm maqneziumu qida ilə qəbul edir. Orqanizmdə maqnezium çatışmazlığı qidalanma rejimi pozulduqda (pəhriz) və ya maqneziuma təlabat artdıqda (yüksək fiziki və əqli yüklənmə, stress, hamiləlik, diuretiklərin qəbulu) baş verir. Piridoksin (vitamin B6) bir çox metabolik proseslərdə, sinir sisteminin tənzimlənməsində iştirak edir. Vitamin B6 maqneziumun mədə -bağırsaq traktından sorulmasını və hüceyrələrə daxil olmasını yaxşılaşdırır. Qan zərdabında maqneziumun miqdarı:

– 12 – 17 mq/l olduqda (0.5 – 0.7 mmol/l) maqneziumun nisbi çatışmazlığı

– 12 mq/l-dən (0.5 mmol/l) aşağı olduqda ağır maqnezium çatışmazlığını göstərir.

Daxilə qəbul edilən maqneziumun dozasının 50 %-i mədə bağırsaq traktından sorulur. Orqanizmdə maqneziumun 99%-i hüceyrə daxilində olur. Təxminən hüceyrədaxili maqneziumun 2/3 hissəsi sümük toxumasında paylanır, 1/3 hissəsi isə saya və eninəzolaqlı əzələ toxumasında olur. Qəbul edilən dozanın ən azı 1/3 hissəsi sidiklə xarıic edilir.

Maqneziumun müəyyən edilmiş defisiti, izoləolunmuş və ya digər defisitli vəziyyətlərlə müştərək olan, aşağıdakı simptomlarla müşayiət olunan hallarda:

– Yüksək oyanıqlıq, yuxunun pozulması, mədə -bağırsaq spazmı və ya taxikardiya, yorğunluğun artması, əzələ spazmı və ağrısı, sancma hissi.

Dərman vasitəsinin komponentlərinə qarşı yüksək həssaslıq, aydın təzahür edən böyrək çatışmazlığı (kreatinin klirensi 30 ml/dəq-dən az olduqda), fenilketonuriya, 6 yaşa qədər uşaqlar, fruktozaya qarşı dözümsüzlük, qlükoza və ya qalaktozanın absorbsiyasının pozulması sindromu və ya saxaroza –izomaltoza defisitində.

Yanaşı olaraq kalsium defisiti müşahidə edilirsə, kalsiumun əlavə dozasının qəbulundan əvvəl maqnezium defisiti aradan qaldırılmalıdır. İşlədici maddələr tez –tez istifadə edildikdə, alkoqol qəbulu zamanı, gərgin fiziki və əqli yüklənmə zamanı maqneziuma təlabat artır ki, bu da maqnezium defisitinə gətirib çıxara bilər.

KANOMAG hamiləlik zamanı yalnız həkim göstərişinə əsasən təyin edilir. Maqnezium ana südünə keçir. Laktasiya zamanı dərman vasitəsindən istifadə etməkdən çəkinmək lazımdır

Böyüklərə sutkada 1 və ya 2 kapsuldan gündə 2dəfə təyin olunur. 6 yaşdan böyük uşaqlara (bədən çəkisı 20 kq-dan artıq) isə sutkada 1-2 kapsul istifadə etmək olar.

Dərman vasitəsinin komponentlərinə qarşı allergik reaksiyalar, MBT tərəfindən pozulmalar (qarında ağrı, qəbzlik, ürəkbulanma, qusma, köp) az hallarda rast gəlinə bilər.

Böyrəklərin normal funksiyası zamanı maqneziumun peroral qəbulu toksiki reaksiyalar yaratmır.

Biofaktor Sp.z.o.o. Poland