Kanokarnit 150ml

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Kanokarnit 150ml

Kanokarnit 150ml

İstifadəsi üzrə təlimat (xəstələr üçün)

Tərkibi:

5 ml siropun tərkibinə daxildir:

L-Karnitin……………………………..350 mq

Koenzim Q10……………………………60 mq

B6 vitamini………………………………10 mq

Köməkçi maddələr: Kalsium sorbat, Natrium benzoat, Alfa-tokoferol (Vitamin E), Distillə olunmuş su, Sitrat turşusu, Ksantan Gum, Stevia

Antihipoksantlar. Vitamin qrupu preparatları

Kanokarnit-in tərkibində L-Karnitin (levokarnitin və ya Bt vitamini) B qrupu vitaminlərinə mənsub olub bioloji aktivliyə malikdir.

L-Karnitin lizin və metionin aminturşularının törəməsidir, insan orqanizmində eninə-zolaqlı əzələlərin və qaraciyərin toxumalarında yüksək konsentrasiyada toplanır (orqanizmdə olan L-Karnitinin təxminən 97%-i skelet əzələlərində toplanır).

L-Karnitin koenzim-A-nın aktivliyini təmin edən metabolik proseslərin kofaktorudur. L-Karnitin təbabətdə metabolik proseslərin korreksiyası məqsədilə istifadə olunur. O, skelet əzələsi, ürək və qaraciyərdə yağ turşularının mitoxondrilərə nəqliyyatını təmin edərək enerji metabolizmində aktiv iştirak edir. Müxtəlif qan dövranı, sümük və əzələ sistemi xəstəliklərində müsbət təsir göstərir.

L-Karnitin anabolik və antihipoksik təsir göstərir, yağ mübadiləsini aktivləşdirir, regenerativ prosesləri stimulə edir, iştahanı artırır. L-karnitin uzunzəncirli yağ turşularının (palmitin turşusu və s.) mitoxondri membranından keçməsini artıraraq

asetil-KoA-nın sintezi üçün əlverişli zəmin yaradır və son nəticədə enerji ayrılmasını təmin edir.

L-Karnitin yağ depolarından yağları mobilizə edilməsi üçün şərait yaradır. Oksigendən asılı qlükoza metabolizminin (anaerob və ya aerob qlikoliz) oksigendən asılı olmayan yağ turşusu metabolik şuntunu aktivləşdirir, bu səbəbdən də

L-Karnitin kəskin hipoksiyada (o cümlədən, ürək və beynin) və digər kritik vəziyyətlərdə effektivliyə malikdir. Skelet əzələlərində yağ mübadiləsini fəallaşdıraraq piylənmənin qarşısını alır və fiziki iş görmə qabiliyyətini artırır. L-Karnitin neyrotrofik təsir göstərir və sinir toxumasının bərpa edilməsi üçün şərait yaradır. Həzm sistemində sorularaq L-Karnitin qanda maksimal konsentrasiyaya 4 saat ərzində çatır. Plazmadan yarımçıxarılma dövrü 15 saatdır, orqanizmdən sidiklə xaric olur.

Koenzim Q10 hüceyrədaxili enerji mənbəyi olan mitoxondrilərin normal fəaliyyət göstərməsini təmin edən əsas maddədir. Yaşlılarda miqdarı azalmağa meylli olduğundan Koenzim Q10-nun qida əlavəsi şəklində qəbul edilməsinə ehtiyac yaranır. Koenzim Q10 antioksidant təsir göstərir, hüceyrə metabolizmini və oksidləşmə-reduksiya proseslərini sürətləndirir, ferment reaksiyalarında vacib kofaktor olub enerji mübadiləsində iştirak edir, ATF sintezində, elektronların daşınmasında mühüm rol oynayır. Koenzim Q10 sərbəst radikalları neytrallaşdıraraq beyin və ürək hüceyrələrini qoruyur. İnsult, ürək həmlələri və qan dövranı pozulmalarında oksigen çatışmamazlığından yaranan toxumaların zədələnməsinin azalmasında Koenzim Q10-nun rolu vardır. Aterosklerozun qarşısının alınması üçün vacib antioksidantlardandır.

B6 vitamini – mərkəzi və periferik sinir sisteminin normal fəaliyyəti üçün vacibdir. İmmuniteti möhkəmləndirir, maddələr mübadiləsində aktiv iştirak edir, xüsusilə xolesterin mübadiləsini normallaşdırır, eritrositlərin və hemoqlobinin sintezində iştirak edir. Lipotrop təsir nəticəsində qaraciyərin normal fəaliyyət göstərməsini təmin edir.

İştahanın pozulması
İmmun zəiflik
Yenidoğulmuşların hipoksiyası, yarımçıq doğulma, doğuş travması
Beyin qan dövranı pozulmaları, dissirkulyator ensefalopatiyalar, baş beynin travmatik və toksik zədələnmələri, nevrasteniyalar
Hipoksiya ilə müşayət olunan ürək qüsurları, aritmiyalar, kardiomiopatiya
Uşaqlarda və 16 yaşına qədər yeniyetmələrdə fiziki və əqli inkişafın pozulmaları
Piylənmə
Hemodializ

Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq

Preparat yeməkdən 0,5 – 1 saat əvvəl qəbul olunur.

Arzu olunarsa, qəbul olunan dozanı hər hansı maye ilə qarışdırmaq olar.

Yaş

Dozalanma

Qəbul

0 – 3 yaş

2.5 ml

2 dəfə

3 – 6 yaş

5 ml

2 dəfə

6 – 12 yaş

5 ml

3 dəfə

Böyüklər

10 ml

2 – 3 dəfə

Ehtiyac olarsa, qəbul olunan dozanı artırmaq olar.

Nadir hallarda dispeptik əlamətlər, qarın nahiyəsində ağrı, səpgilər.

25 C – dən aşağı temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

Qutu və flakonun üstündə göstərilib. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Reseptsiz buraxılır. Dərman vasitəsi deyildir.

Akson İlaç ve Tıb. Ürünler San. Tic. Ltd. Şti.Taşkın Sokak No: 14, Yenimahalle/Ankara

Rəsmi distribyutor: Azerimed MMC

Spelling error report

The following text will be sent to our editors: