KALSİVİT M

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

KALSİVİT M

KALSİVİT M

KALSİVİT M

Vasitənin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Farmasevtik forması

Sirop

Tətbiq olunma yolu

Per os

Tərkibi: Siropun hər 5 ml-də:

Kalsium………………………………………………………………. 250 mq

(Kalsium trifosfat)

Maqnezium………………………………………………………….. 10 mq

(Maqnezium laktat)

Vitamin D3……………………………………………………………. 5 mkq

Vitamin B12………………………………………………………… 2.5 mkq

Kalsium (kalsium trifosfat şəklində)

Sümükləri və dişləri möhkəmləndirir.

Maqnezium (maqnezium laktat şəklində)

Kalsiumun endogen metabolizmində iştirak edir;
Sinir tiklərini aradan qaldırır.

Vitamin D3

Kalsiumun sorulmasında və sümüklərin formalaşması üçün istifadə olunur;
Çatların və osteoporozun əmələ gəlməsinin qarşısını alır.

Vitamin B12

Hüceyrə nüvəsinin DNT-nun sintezində aktiv iştirak edir;
Mərkəzi sinir sisteminə qoruyucu təsir göstərir;
Fol turşusunun metabolizmində əsas rol oynayır.

Raxitin müalicə və profilaktikası;
Kalsium mübadiləsinin pozğunluğu, osteopatiya, qıcolma sindromu, spazmofiliya;
Südlə və süni qidalarla bəslənən və ya təmiz havada az olan uşaqlarda;
Kariesin profilaktikası;
Uşaqlarda kalsium defisiti zamanı (əmgəyin gec bağlanması, dişlərin gec çıxması, dişlərin qıcanması, aritmiya, hissiyat pozğunluğu, əzələ ağrıları və spazmları, ətrafların əsməsi);
Allergik xəstəliklər və iltihabi prosesdə;
Uşaqlarda pubertant dövrdə boy artımını sürətləndirmək məqsədilə;
Sümük sınıqlarının qarşısının alınması, reparasiya və sümüklərin möhkəmlənməsi məqsədilə;
İdmanla aktiv məşğul olanlar və pəhriz saxlayan şəxslərdə kalsium defisitinin profilaktikası məqsədilə;
Kalsium və D vitaminin sorulmasının pozulması (malabsorbsiya sindromu, enteropatiyalar, xroniki diareyalar);
Diuretiklərin, qıcolma əleyhinə preparatların, fenobarbitalın, antibiotiklərin və qlükokortikosteroidlərin uzunmüddətli qəbulu;
Kalsiuma tələbatın artması halları (hamiləlik, laktasiya, menopauza, postmenopauza, yaşlı şəxslər);
Müxtəlif mənşəli osteoporozun profilaktikası.

Yaş

Dozalanma

Qəbul

0 – 1 yaş

2.5 ml

2 dəfə

1 – 3 yaş

5 ml

2 dəfə

3 – 12 yaş

5 ml

3 dəfə

12 yaşdan yuxarı

10 ml

2 dəfə

Hər hansı komponentdən birinə qarşı həssaslığın artıq olması;

Kalsium və D vitamini preparatları hiperkalsemiya və ya hiperkalsemiya törədə bilən vəziyyətlərdə istifadə olunmur.

Allergiya və ya hiperhəssaslıq reaksiyaları preparatın tərkibində olan hər bir komponentə qarşı əmələ gələ bilər

25 C-dən aşağı temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır

Qutu və flakonun üstündə göstərilib. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz

Reseptsiz buraxılır.

İnv Poland” sp. zo.o.ul. Krolowej Jadwigi 257C/A2, 30-218 Krakow, Poland/ Polşa

Rəsmi distribyutor: Azerimed MMC

Spelling error report

The following text will be sent to our editors: