KALSIRAN plus

Ticari adı

KALSIRAN plus

KALSIRAN plus

KALSIRAN plus-un tərkibindəki mərcan kalsium ən təhlükəsiz və rahat sorulan formadır. Mərcan kalsium 15-ə qədər orqanizmi digər mineral növü ilə təmin edir. Mineral mübadilədə iştirak edir. Sümükləri və dişləri möhkəmləndirir.

Hər kapsulun tərkibi:

Mərcan kalsium (aktiv sorulan 370 mq) 1000 mq

Maqnezium (Mg-oksid və Mg-sitrat duzu şəklində) 56 mq

D3 vit. (xolekalsiferol) 400 TV

C vit. 5 mq

Kalsium preparatı

Mərcan kalsium təbii olub, kalsiumun orqanizmə asan sorulan formasıdır. Orqanizmdə sümük, diş, saç və dırnaqların möhkəm olmasında, qanın laxtalanmasında iştirak edir. Sinir impulslarının ötürülməsini təmin edir. Allergiya və iltihabəleyhinə təsirlərə malikdir.

Maqnezium sümük toxumasının 70%-ni təşkil edir. Maqnezium orqanizmdə kalsiumun sorulmasını aktivləşdirir, müəyyən olunmuş nisbətdə (2:1) bir-birinin fəaliyyətini tamamlayırlar. Maqnezium həmçinin kalsium (Ca2+) kanallarını aktivləşdirməklə sinir impulslarının ötürülməsini təmin edir.

Xolekalsiferol (D3 vitamini) bağırsaqlardan kalsiumun sorulmasını 70-75%-ə qədər aktivləşdirir. Sümük toxumasının minerallaşmasında və formalaşmasında iştirak edir.

C vitamini kalsiumun bağırsaqdan sorulmasını sürətləndirir. D vitamininin aktiv formasının normal inkişafı üçün vacibdir. C vitamini osteogenez prosesində iştirak edir. O, sümük toxumasının vacib zülalı – kollagenin sintezini həyata keçirir və sümüklərə elastiklik verərək deformasiyanın qarşısını alır.

Kalsium və D vitaminin çatışmazlığı və profilaktikası
Mərkəzi sinir sistemi funksiyalarının tənzimlənməsi: nevroz, stress, xroniki yorğunluq, baş ağrıları
Sümük-oynaq sisteminin xəstəlikləri zamanı: osteoartit, osteoxondroz, revnatik xəstəliklər və s.
Müxtəlif sümük travmaları və posttravmatik period
Osteoporozun (klimakterik dövr, qlükokortikoidlərlə müalicə) müalicəsi və profilaktikası
Stomatoloji xəstələiklər: paradontoz, karies, pulpit, üz-çənə əməliyyatlarından sonra
Hamiləlik və laktasiya zamanı mineral defisitin qarşısının alınması
Perinatal və uşaqlıq dövrü raxitin profilaktikası məqsədilə
Yeniyetmə və uşaqlarda intensiv fiziki inkişaf, boyatma dövrü
İmmun sistemin güclənməsi, allergik-iltihabi vəziyyətlər
Ürək-damar sağlamlığının möhkəmləndirilməsi, aritmiya, hipertoniya zamanı

Preparatın tərkibinə qarşı yüksək həssaslığın olması, hiperkalsiemiya

1 kapsul sutkada 1 – 2 dəfə yemək zamanı qəbul olunur.

Nature’s Bounty – ABŞ

Azərbaycanda rəsmi distributor: AZERİMED şirkətidir.