KALSİRAN D

Ticari adı

KALSİRAN D

KALSİRAN D

Kalsiran D kombinəolunmuş kalsium preparatıdır. Uşaqların sümük, əzələ və sinir sistemini möhkəmləndirir. Dişlərin sağlamlığında, çəki və boy artımında mühim rol oynayır. Kalsium, fosfor və D vitaminin mübadiləsini tənzimləyir.

Tərkibi:

D2 vit. 400 BV

Kalsium 560 mq

Fosfor 100 mq

D2 vitamini – raxitəleyhinə vitamindir. D vitamini sümüklərin böyüməsini və inkişafını təmin edərək, raxit və osteoporozun yaranmasının qarşısını alır. Orqanizmdə mineral mübadiləsini idarə edir, ən əsas kalsium və fosforun. Onların MBT-ından sourulmasına və sümük toxumasında çökməsinə kömək edir.

Kalsium – uşaq orqanizmi üçün vacib olan minerallardan biridir. Kalsium sümük toxumasının formalaşmasında, inkişafında, sinir toxumasının oyanma prosesində, əzələ yığılmasında, qanın laxtalanmasında iştirak edir, asidozun əmələ gəlməsinin qarşısını alır, bir çox ferment və hormonları aktivləşdirir.

Fosfor – 80 %-i orqanizmdə olan fosfor sümük toxumasında rast gəlir. Kalsiumla birlikdə sümüyün strukturunu təşkil edir. Fosfor karbohidrat və yağ mübadiləsində, nuklein turşusunun və zülalların yaranmasında iştirak edir, sinir sisteminin funksiyasına təsir göstərir. Fosforun çatışmazlığı nəticəsində uşaqlarda sümük toxumasının böyüməsi və inkişafı zəifləyir.

Kalsium və D vitaminin profilaktikası
Dişlərin çıxmasının ləngiməsi
Karies
Osteoporoz və raxitin kompleks müalicəsində
Sınıqlar zamanı (profilaktika və kompleks müalicədə)
Sinir sistemi xəstəliklərinin kompleks müalicəsində
Qıcolma
Tetaniya

preparatın tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq, hiperkalsiemiya, nefrolitiaz

nadir hallarda allergik reaksiyalar

0 – 1 yaş arası uşaqlara 1 həb sutkada 1 dəfə

1 – 5 yaş arası uşaqlara 1 həb sutkada 2 dəfə

5-12 yaş arası uşaqlara 1 həb sutkada 2-3 dəfə

12 yaşdan yuxarı uşaqlara 1 həb. sutkada 3 dəfə

Körpə uşaqlara həb əzilib ağza səpilir.

çeynəmə həb № 30

Natures Bounty – ABŞ

Azərbaycanda rəsmi distributor: AZERİMED şirkətidir.