Kalmafort

Ticari adı

Kalmafort

Kalmafort

Pişikotu kökü və kökümsovlarının ekstraktı……………………150 mq

Yemişan meyvəsinin ekstraktı……………………………………..150 mq

Damotu otunun ekstraktı …………………………………………….50 mq

Maqnezium laktat dihidrat …………………………………………..150 mq

Piridoksin hidroxlorid ………………………………………………………1mq

Sedativ vasitə

Kalmafort unikal kombinə olunmuş tərkibə malik olub, yuxusuzluğu və həyəcanı aradan qaldırır, sinir sisteminə sakitləşdirici və spazmolitik təsir göstərir.

Pişikotu ekstraktı: tərkibinə daxil olan izovalerian turşusu sedativ və spazmolitik təsir göstərir. Valerian oyanma ilə tormozlanma arasında pozulmuş tarazlığı bərpa edir, trankvilizatorlar kimi təsir edərək MSS-də oyanmanı azaldır, yuxuya getmə müddətini qısaldır və yuxunun keyfiyyətini yaxşılaşdırır, ürək fəaliyyətinə müsbət təsir göstərir. Qan damarlarında, bağırsaqda spazmı aradan qaldırır, koronar damarları genişləndirir. Adaptogen və tonuslandırıcı təsir göstərir.Yemişan ekstraktı: təsir göstərən maddə qlikozidlər, flavonoid və prosianidlərdir ki, onlar da kardiotonik, spazmolitik, hipotenziv və ürək ritmini normallaşdıraraq aritmiya əleyhinə təsir göstərir. Yemişan ekstraktı qan damarlarını genişləndirərək koronar və beyin qan dövranını yaxşılaşdırır, ürək yığılmalarının sayını azaldır və eyni zamanda ürək əzələsinin oyanmasını azaldır. Mərkəzi sinir sisteminin oyanıqlığını azaldır, sedativ təsir göstərir, qanda xolesterinin miqdarını azaldır. Damotu ekstraktı: təsiredici maddə qlikozidlərdən, alkaloidlərdən, saponinlərdən və s. ibarət olub sedativ, hipotenziv və kardiotonik təsir göstərir, ürək yığılmalarının tezliyini azaldır və gücünü artırır. Damotundan alınan efir yağları ürək və baş beyin damarlarında spazmı aradan qaldırır. Damotunun ağrıkəsici və spazmolitik təsiri nəzərə alınaraq qarında sancı, meteorizm və həzm pozğunluqlarında təyin olunur, qadınlarda isə menstrual tsikli tənzimləyir, ləngimələri aradan qaldırır. Maqnezium: bütün hüceyrələrin normal fəaliyyəti üçün vacib bir elementdir. Baş beyində neyropeptidlərin sintezi maqneziumun mütləq iştirakı ilə baş verir. Maqnezium sinir hüceyrələrinin oyanıqlığını aradan qaldıraraq, sinir-əzələ ötürücülüyünü zəiflədir, uşaqlığın tonusunu azaldır. Maqnezium çatışmazlığı orqanizmdə tremor, tetaniya, ataksiya, yüksək reflektor oyanıqlıq, yuxu pozğunluğu, ürək ritmi pozğunluğu, mədə-bağırsaq pozğunluğu, diareya , erkən doğuş və ya düşük, cift çatışmazlığı, hestoz kimi patologiyaların əmələ gəlməsinə səbəb olur.Piridoksin hidroxlorid – B6 vitamini bir sıra metabolik proseslərdə, o cümlədən, aktiv olaraq triptofan, metionin, sistein, qlutamin və başqa amin turşularının mübadiləsində, sinir sisteminin metabolizminin tənzimlənməsində iştirak edir. Həmçinin, mədə-bağırsaq sistemindən maqneziumun sorulmasını və onun hüceyrəyə keçməsini yaxşılaşdırır.

Nevroz, nevrasteniya, yüksək sinir oyanıqlığı, stress, psixoemosional gərginlik, ruh düşkünlüyü, fobiyalar, yüngül depressiyalar
Xroniki yorğunluq, fiziki və psixi tükənmə, asteniya, neyrosirkulyator distoniya
Yuxu pozğunluğu, yuxusuzluq
Hipertoniya, ürək fəaliyyətinin funksional pozğunluqları, ÜİX–nin kompleks müalicəsi
Miqren, sinir gərginliyi ilə əlaqədar baş ağrıları
Mədə bağırsaq traktının funksional pozğunluqları, qıcıqlanmış bağırsaq sindromu
Klimaks dövrü və predmenstrual sindrom, hamilə qadınlarda nevroloji pozğunluqlar, hipertonus, hestozlar
Şəkərli diabet, hipertireoz
Psixoloji gərginliklə əlaqəli dermatozlar və s.

Həkim məsləhəti ilə istifadə oluna bilər

Preparatın komponentlərinə qarşı həssaslıq

Kalmafort 6-12 yaşlı uşaqlarda (çəkisi >20 kq) gün ərzində 1 tablet (2 və daha artıq qəbula bölünmüş),12 yaşdan böyük uşaqlar və böyüklərdə 1 tabletdən gündə 2-3 dəfə daxilə qəbul olunur. Yuxu pozğunluğu zamanı böyüklərə 2 tablet yatmazdan əvvəl təyin edilir. Kalmafort-un qəbulu yeməkdən sonra bol maye ilə tövsiyə edilir.

PHARMEX ROM INDUSTRY, Str Crizantemelor 1, Mogosoaia – Ilfov, Rumıniya.